Əhməd Əhmədzadə

Əhmədzadə baş nazirə müşavir təyin edilib? NK-dan cavab

175
Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədovdan Əhməd Əhmədzadənin Baş nazir Əli Əsədovun müşaviri təyin edilməsi barədə söhbətlərə maraqlı reaksiya.

Züfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 6 aprel — Sputnik. Bir neçə gün əvvəl Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilən Əhməd Əhmədzadə ilə bağlı yeni qərar verilib. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə "Unikal.org" xəbər yayıb. Həmin xəbərdə qeyd olunub ki, Ə.Əhmədzadə Baş nazir Əli Əsədovun müşaviri təyin edilib.

Qeyd edək ki, bu barədə heç bir yerdə rəsmi məlumat öz əksini tapmayıb. Sputnik Azərbaycan məlumatı dəqiqləşdirmək üçün Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədovla əlaqə saxlayıb. İ.Məmmədov onda bu barədə heç bir məlumatın olmadığını söyləyib.

Xatırladaq ki, aprelin 2-də prezident İlham Əliyevin sərəncamı ilə Əhməd Əhmədzadə Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilib. Onun yerinə Zaur Mikayılov təyin edilib.

175
Koronavirus testi, arxiv şəkli

Ermənistanda koronavirusla bağlı son statistika açıqlandı

2
(Yenilənib 11:20 18.04.2021)
Son 24 saat ərzində xəstəlikdən 19 nəfər ölüb, bununla da Ermənistanda indiyə qədər koronavirusdan ölənlərin ümumi sayı 3878 nəfərə çatıb.

BAKI, 18 aprel - Sputnik. Ermənistanda son sutkada yeni növ koronavirusa (COVID-19) 547 yeni yoluxma qeydə alınıb.

Sputnik Ermənistan xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, son 24 saat ərzində xəstəlikdən 19 nəfər ölüb, bununla da Ermənistanda indiyə qədər koronavirusdan ölənlərin ümumi sayı 3878 nəfərə çatıb.

Ölkədə indiyədək 208 520 nəfər koronavirusa yoluxub.

2

Giləzi yaxınlığında silah-sursat aşkarlanıb

2
(Yenilənib 11:16 18.04.2021)
Pirotexniklər polis əməkdaşları ilə birgə ərazidə zəruri təhlükəsizlik tədbirləri həyata keçirdikdən sonra aşkar olunmuş sursata baxış keçiriblər.

BAKI, 18 aprel - Sputnik. Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Xızı rayonu, Giləzi qəsəbəsinin yaxınlığında açıq sahədə sursat aşkar olunması barədə məlumat daxil olub.

Nazirliyin saytında bildirir ki, daxil olmuş məlumat əsasında Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin pirotexniklər qrupu 17 aprel 2021-ci il tarixində əraziyə cəlb olunub.

Pirotexniklər polis əməkdaşları ilə birgə ərazidə zəruri təhlükəsizlik tədbirləri həyata keçirdikdən sonra aşkar olunmuş sursata baxış keçiriblər. Müəyyən olunub ki, bu, 1 ədəd “Qrad" BM-21 mərmisidir.

Sursat pirotexniklər tərəfindən götürülüb Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) mərkəzi məhvetmə ərazisinə daşınaraq, müvafiq qaydada zərərsizləşdirilib.

Təkrar baxış zamanı sursatın tapıldığı ərazidə digər şübhəli əşya aşkar edilməyib.

Qeyd edək ki, aşkar olunan mərminin 27 avqust 2017-ci il tarixində Müdafiə Nazirliyinə məxsus N saylı hərbi hissənin silah-sursat anbarında baş vermiş partlayışla müşayiət olunan yanğın zamanı əraziyə düşdüyü ehtimal olunur.

2