Bakıda tozlu hava, arxiv şəkli

Bakı Abşeronu toz dumanı bürüyüb - rəsmi

8
(Yenilənib 13:36 06.04.2021)
Avtomat monitorinq stansiyalarından əldə olunan məlumata görə, havada tozun miqdarı normadan 1,4 dəfə artıqdır.

BAKI, 6 aprel — Sputnik. Bu gün səhər saatlarında Bakı və Abşeron yarmadasında havada tozun miqdarının normadan çox olduğu müəyyən edilib. Milli Hidrometeorologiya Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, müşahidə olunan tozlu hava şəraiti lokal xarakter daşıyır. Buna səbəb ölkə ərazisinə daxil olan güclü şimal-qərb istiqamətli küləklərin istehsal sahələrində və torpağın üst quru səthində formalaşan toz kütlələrini atmosferin yuxarı təbəqələrinə qaldırmasıdır.

Avtomat monitorinq stansiyalarından əldə olunan məlumata görə, havada tozun miqdarı normadan 1,4 dəfə artıqdır.

8
ABŞ-ın Hərbi Dəniz Qüvvələrinə məxsus Ross esminetsi Bosfor boğazında

Qara dənizdə baş verir? ABŞ Türkiyəyə xəbərdarlığını geri götürdü

6
"Bəli, ABŞ səfirliyi bizim nazirliyi bu barədə məlumatlandırıb", - gəmilərin keçidinin təxirə salınması barədə suala cavabında XİN əməkdaşı bildirib.

BAKI, 15 aprel - Sputnik. ABŞ-ın Ankaradakı səfirliyi özlərinin iki hərbi gəmisinin Bosfor boğazı vasitəsilə Qara dənizə keçməyəcəyi barədə Türkiyəni məlumatlandırıb.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən məlumat verilib.

Qeyd edək ki, bundan öncə Türkiyə XİN-dəki mənbə RİA Novosti-yə bildirmişdi ki, Vaşinqton Ankaraya iki hərbi gəmisinin Bosfor boğazı vasitəsilə Qara dənizə keçəcəyi və aprelin 14-15-dən mayın 4-5-dək orada qalacağı barədə xəbərdarlıq etmişdi. Pentaqonun rəsmi nümayəndəsi Con Kirbinin sözlərinə görə, Amerika hərbi gəmilərinin Qara dənizdəki əməliyyatları "rutin xarakter" daşıyır və ABŞ bu fəaliyyəti Türkiyə hökuməti ilə Montrö razılaşması çərçivəsində gerçəkləşdirir. 

"Bəli, ABŞ səfirliyi bizim nazirliyi bu barədə məlumatlandırıb", - gəmilərin keçidinin təxirə salınması barədə suala cavabında XİN əməkdaşı bildirib.

 

6
Teqlər:
təxirə salınmaq, keçid, hərbi gəmi, Qara dəniz, ABŞ, Türkiyə
Raket, arxiv şəkli

Türklərin İraqdakı düşərgəsi raket atəşinə tutulub

8
(Yenilənib 23:56 14.04.2021)
​Daha bir raket isə yaxınlıqdakı kəndə düşüb, bir mülki şəxs yaralanıb. Mənbənin sözlərinə görə, Ərbil aerodromu ərazisinə də raket düşüb.

BAKI, 14 aprel - Sputnik. Türkiyə Silahlı Qüvvələrinin İraq Kürdüstanında yerləşən bazası raket atəşinə tutulub. 

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, İraq təhlükəsizlik qüvvələrinin mənsubu raketin Baaşika şəhərində yerləşən Türkiyə SQ düşərgəsinin ərazisinə düşdüyünü söyləyib. Onun sözlərinə görə, xəsarət alanlar barədə məlumat yoxdur.

​Daha bir raket isə yaxınlıqdakı kəndə düşüb, bir mülki şəxs yaralanıb. Mənbənin sözlərinə görə, Ərbil aerodromu ərazisinə də raket düşüb.

Baaşika ilə Ərbil arasında məsafə 90 km-dir. 

L`Orient-Le-Jour nəşri isə Ərbildə Amerika əsgərlərinin hədəf alındığını bildirib. 

Xatırladaq ki, bu ilin fevralında Ərbilin raket atəşinə tutulması nəticəsində bir nəfər həlak olmuş, doqquz nəfər yaralanmışdı. Bəzi amerikalı hərbçilərdə beyin silkələnməsi təsbit edilmişdi. Beynəlxalq koalisiyanın məlumatına görə, ümumilikdə 14 raket buraxılmış, onlardan 3-ü Ərbildəki bazaya düşmüşdü.

8
Teqlər:
İraq, Türkiyə