Robert Koçaryan, arxiv şəkli

Koçaryan Qarabağla bağlı sülhü ədalətsiz hesab edir: "Bu, uzun müddət davam edə bilməz"

719
(Yenilənib 13:26 06.04.2021)
Ermənistanın eks-prezidenti: "Hakimiyyət üçün müharibənin gedişində çox ağır və məsuliyyətli qərar qəbul etməkdənsə, hər yeri və hər şeyi təhvil verib sonra isə "uduzduq, neyləmək olar?" demək daha asan idi".

BAKI, 6 aprel — Sputnik. Ermənistanın keçmiş prezidenti Robert Koçaryan Dağlıq Qarabağdakı müharibəni "tamamilə başqa vəziyyətdə" dayandırmağın mümkün olduğu, lakin erməni tərəfinin bu cür məsuliyyəti üzərinə götürmədiyi barədə rəy bildirib. Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir ki, Moskvanın 1-ci kanalına müsahibəsində Koçaryan Rusiyanın "müharibəni saxlamaq" üçün maksimum səy göstərdiyini xatırladıb. O bildirib ki, "Rusiya prezidentinin oktyabrın 19-da təklifi bəlli idi, lakin bu təklif Ermənistan tərəfindən rədd olunub".

"Yəni müharibəni tamamilə başqa vəziyyətdə dayandırmaq mümkün idi. Lakin erməni tərəfi, Ermənistanın Baş naziri bu cür qərar qəbul etmək üçün məsuliyyəti üzərinə götürmədilər. O, (baş nazir – red.) bunu belə izah etdi ki, xalq onu başa düşməz və xəyanətdə ittiham edər", - deyə Koçaryan bildirib.

Sabiq prezidentin qənaətinə görə, bu səbəbdən 19 oktyabrda olan vəziyyətdən onlarla dəfə çox itirib, daha bir neçə min insan həlak olub və yaralanıb.

"Yəni bu qərarı qəbul etməli olan şəxsin məsuliyyət dərəcəsi bu cür idi. Baş qərargahın müharibədə məğlub olmağımızla bağlı mövqeyi bəlli idi, Baş qərargahın yazılı raportu vardı. Hamı nə baş verdiyini anlayırdı. Hakimiyyət üçün müharibənin gedişində çox ağır və məsuliyyətli qərar qəbul etməkdənsə, hər yeri və hər şeyi təhvil verib sonra isə "uduzduq, neyləmək olar?" demək daha asan idi. Halbuki, bu hazırda şahidi olduğumuz vəziyyətdən daha yaxşı olardı", - deyə Koçaryan vurğulayıb.

Sabiq prezident bildirib ki, bütün baş verənlərə görə fərdi məsuliyyəti Ermənistanın Baş naziri daşıyır.

"Ümumilikdə Ermənistanın və Ermənistan ordusunun vəziyyəti düzgün düşünməyə qadir olan heç kimə bu cür əvəzçıxma haqqında düşünməyə imkan vermir. Lakin ədalətsiz sülh çox uzun sürə və əbədi ola bilməz. Odur ki vəziyyətə belə baxmaq lazımdır: əgər biz bu münaqişədə nöqtəni qoymaq istəyiriksə, kifayət qədər başa düşülən ədalət nöqteyi-nəzərindən qəbul edilə biləcək həll tapılmalıdır", - deyə Koçaryan Ermənistanda hakimiyyət əldə edə bildiyi təqdirdə, "ağlında əvəzçıxma haqqında fikirlər gizlənməyib ki?" sualına cavab verərkən deyib.

"İtirilmiş ərazilərin birdəfəlik itirildiyi, ya onları qaytarmağın mümkün olması" barədə sualı cavablandırarkən Koçaryan deyib ki, "bütün ərazilər barədə bunu deməzdi".

"Düşünürəm ki, hər şey itirilməyib və ən azı danışıqlar prosesində, əvvəllər Dağlıq Qarabağ Muxtar Vilayətinə daxil olmuş əraziləri müzakirə etmək olar. Hansı statusda, necə? Bu çox mürəkkəb prosesdir. Lakin mən düşünürəm ki, burada hansısa mümkün perspektivlər var", - deyə Koçaryan bildirib.

Qeyd edək ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb. Bəyanata əsasən, Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə razılıq əldə olunub.

Bəyanata görə, Ağdam rayonu 2020-ci il noyabrın 20-də, Kəlbəcər rayonu noyabrın 25-də (ilkin olaraq noyabrın 15-i nəzərdə tutulurdu), Laçın rayonu isə dekabrın 1-də Azərbaycana qaytarılıb. Bununla yanaşı, təmas xətti və boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilib.

719
Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu, arxiv şəkli

Çavuşoğlu Rusiyaya gedəcək

4
"Biz turizm nazirimizlə Rusiyaya gedəcəyik. Ancaq koronavirus göstəriciləri aşağı olan halda. İndi mənası yoxdxur. Biz inandırıcı görükməyəcəyik".

BAKI, 20 aprel - Sputnik. Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, ölkəsində koronavirusla bağlı vəziyyət normallaşan kimi uçuşların bərpasının müzakirəsi üçün Rusiyaya gedəcək.

Sputnik Azərbaycan-ın məlumatına görə, Türkiyədə ötən cümə günü pandemiya başlayandan bəri sutka ərzində ən yüksək yoluxma (63082), bu həftənin çərşənbə axşamı isə sutka ərzində ən çox ölüm (346) faktı qeydə alınmışdı. Türkiyədə ağır pandemiya şəraitinə görə Rusiya bu ölkə ilə aprelin 15-dən iyunun 1-dək aviaəlaqəni dayandırıb.

"Türkiyədə koronavirusa yoluxma hallarının artması səbəbindən Rusiya uçuşları məhdudlaşdırdı. İki ölkənin prezidentləri bunu müzakirə etdilər və belə bir qərar alındı, burada siyasət yoxdur. Ancaq biz əlavə məhdudiyyətlər tətbiq etdik. Əgər onları pozsaq, nəticə əldə edə bilmərik, o zaman bizim turizm risk altına düşər", - Çavuşoğlu Habertürk kanalının efirində deyib.

Onun sözlərinə görə, tezliklə Rusiyadan olan nümayəndələr turizm sahəsində təhlükəsizliyi qiymətləndimək üçün Türkiyəyə gələcəklər. 

"Sonra isə biz turizm nazirimizlə Rusiyaya gedəcəyik. Ancaq koronavirus göstəriciləri aşağı olan halda. İndi mənası yoxdxur. Biz inandırıcı görükməyəcəyik. Ramazan ayı ərzində bu göstəriciləri azaltmalıyıq", - Çavuşoğlu əlavə edib.

4
Teqlər:
səfər, Rusiya, Türkiyə, Mövlüd Çavuşoğlu
Yanğın şlanqı, arxiv şəkli

Bakının mərkəzində çaxnaşma: dördmərtəbəli binada yanğın oldu

6
(Yenilənib 00:19 21.04.2021)
Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının baş verdiyi ünvana cəlb olunublar.

BAKI, 21 aprel - Sputnik. Bakının mərkəzində yanğın olub.

Sputnik Azərbaycan bildirir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi 4 ünvanında yerləşən dördmərtəbəli binada yanğın olması barədə məlumat daxil olub.

Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının baş verdiyi ünvana cəlb olunublar. Yanğın söndürülüb.

 

6
Teqlər:
yanğın, Bakı