Şamaxı Astrofizika Rəsədxanası, arxiv şəkli

AMEA-da onlayn seçki yolu ilə baş direktor seçilib

7
(Yenilənib 13:14 06.04.2021)
AMEA-nın müxbir üzvü Namiq Cəlilov AMEA-nın Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının baş direktoru vəzifəsinə seçilib və təsdiq edilməsi üçün AMEA Rəyasət Heyəti qarşısında vəsatət qaldırılması barədə qərar qəbul edilib.

BAKI, 6 aprel — Sputnik. Azərbaycan Milli Elmlər Akademiyasının Fizika-Riyaziyyat və Tex¬nika Elmləri Bölməsinin (FRTEB) Ümumi Yığıncağının 02 aprel 2021-ci il tarixində keçirilən onlayn iclasında AMEA-nın Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) baş direktoru vəzifəsinə seçkilər keçirilib. AMEA-dan Sputnik Azərbaycan-a verilən məlumata görə, öncə FRTEB-in Elmi şurasının sədr müavini, akademik Cavad Abdinov qeyd edib ki, AMEA prezidentinin təqdimatına və AMEA Rəyasət Heyətinin 08 yanvar 2021-ci il tarixli qərarına müvafiq olaraq, adıçəkilən vəzifəyə AMEA-nın müxbir üzvü Namiq Cəlilovun namizədliyi irəli sürülüb. 

Akademik Cavad Abdinov qeyd edib ki, AMEA-nın müxbir üzvü Namiq Cəlilov kosmik plazma fizikası sahəsində tanınmış alimdir və Rusiya, Kanada və İspaniya alimləri ilə birlikdə neytrin fizikası sahəsində mühüm işlərin, həmçinin 140 elmi əsərin (xaricdə 120), beynəlxalq bazalarda (Web of Science, Scopus və s.) 95-dən çox əsərin müəllifidir. Namiq Cəlilov 2015-ci ildən AMEA-nın Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktorudur. Alim “Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)” və Rusiya Elmlər Akademiyasının “İZMİRAN-75 ” yubiley medalları ilə təltif olunub.

Onlayn iclasda akademik AMEA-nın müxbir üzvü Namiq Cəlilovun elmi və elmi-təşkilati fəaliyyəti Bölmənin həqiqi və müxbir üzvləri  tərəfindən geniş müzakirə olunub və yüksək qiymətləndirilib.

Onlayn iclasda keçirilən açıq səsvermə ilə AMEA-nın müxbir üzvü Namiq Cəlilov AMEA-nın Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının baş direktoru vəzifəsinə seçilib və təsdiq edilməsi üçün AMEA Rəyasət Heyəti qarşısında vəsatət qaldırılması barədə qərar qəbul edilib.

7

Azərbaycan Ordusunun sülhməramlı bölmələrində təlim məşqləri keçirilib - VİDEO

2
Hazırda Azərbaycan Ordusunun sülhməramlıları Əfqanıstan və Cənubi Sudanda həyata keçirilən missiyalarda iştirak edirlər.

BAKI, 13 aprel - Sputnik. Müdafiə nazirinin təsdiq etdiyi 2021-ci ilin döyüş hazırlığı planına əsasən, sülhməramlı bölmələrdə təlim məşqləri keçirilib.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Şəxsi heyətin peşəkarlıq səviyyəsinin artırılması məqsədilə keçirilən məşqlərdə hərbi qulluqçuların döyüş, mənəvi-psixoloji, fiziki, tibbi və xüsusi hazırlığı yoxlanılıb.

Qeyd edək ki, hazırda Azərbaycan Ordusunun sülhməramlıları Əfqanıstan və Cənubi Sudanda həyata keçirilən missiyalarda iştirak edirlər.

2
Teqlər:
video, təlim, sülhməramlılar, Azərbaycan Müdafiə Nazirliyi
Entoni Hopkins

Entoni Hopkins üçüncü "Tunc maska"sını aldı

2
(Yenilənib 10:42 13.04.2021)
Bu, 83 yaşlı E.Hopkinsin üçüncü "Tunc maska"sıdır. Bundan əvvəl, o, "Kölgələr ölkəsi" ("Shadowlands", 1993) və "Quzuların səssizliyi" ("The Silence of the Lambs", 1990) filmləri üzrə bu nüfuzlu mükafata layiq görülmüşdü.

BAKI, 13 aprel — Sputnik. Britaniyalı aktyor Entoni Hopkins "Ən yaxşı aktyor" nominasiyası üzrə Britaniyanın Film və Televiziya Sənətləri Akademiyasının (BAFTA) mükafatını qazanıb.

Sputnik Azərbaycan xarici mediaya istinadən xəbər verir ki, aktyor bu mükafatı fransalı rejissor Florian Zellerin çəkdiyi və qocalıq, xəstəlik və uşaqlarla münasibətlərdən bəhs edən dram janrlı "Ata" ("The Father", 2020) filmindəki roluna görə əldə edib.

Bu, 83 yaşlı E.Hopkinsin üçüncü "Tunc maska"sıdır. Bundan əvvəl, o, "Kölgələr ölkəsi" ("Shadowlands", 1993) və "Quzuların səssizliyi" ("The Silence of the Lambs", 1990) filmləri üzrə bu nüfuzlu mükafata layiq görülmüşdü.

Hopkinsin builki əsas rəqibi "Ma Reyni: blyuzun anası" ("Ma Rainey's Black Bottom", 2020) filmində rol alan və ötən ilin avqustunda 43 yaşında xərçəng xəstəliyindən vəfat edən amerikalı Çedvik Bouzman olub. Mükafata digər namizədlər "Metalın səsi" ("Sound of Metal", 2019) filmindəki roluna görə britaniyalı Riz Ahmed, "Ağ pələng" ("The White Tiger", 2020) filminə görə hindistanlı Adarş Qurav, həmçinin "Sərxoş" ("Drunk", 2020) filminə görə danimarkalı Mads Mikkelsen və "Mavritaniyalı" ("The Mauritanian", 2021) filminə görə fransız Tahar Rahim idi.

Qeyd edək ki, məşhur aktyor bir neçə dəfə "Oscar", "Qızıl qlobus", "Emmi" və s. mükafatları qazanıb.

2
Teqlər:
Entoni Hopkins, aktyor, mükafat, film