Tenziometr, arxiv şəkli

Sığortanın Xidmətlər Zərfinə 300-ə yaxın tibbi xidmət əlavə olunacaq

9
(Yenilənib 11:31 06.04.2021)
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi bildirib ki, Xidmətlər Zərfində edilən dəyişikliyə əsasən, ora 300-ə yaxın tibbi xidmətin əlavə olunması planlaşdırılır.

BAKI, 6 aprel — Sputnik. "Hazırda icbari tibbi sığortanın Xidmətlər Zərfinə 2550 sayda müxtəlif tibbi xidmət daxildir. Agentlik tərəfindən Xidmətlər Zərfində dəyişikliklərin edilməsi, tibbi xidmətlərin sayının və çeşidinin artırılması ilə bağlı layihə hazırlanıb və aidiyyəti qurumlara təqdim olunub".

Sputnik Azərbaycan-ın APA-ya istinadən məlumatına görə, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən bildirilib.

Qeyd olunub ki, dəyişikliyə əsasən, Xidmətlər Zərfinə 300-ə yaxın tibbi xidmətin əlavə olunması planlaşdırılır.

"Ümumilikdə Xidmətlər Zərfi ilə təminata alınan tibbi xidmətlərin sayının 2800-dən çox olması nəzərdə tutulur. Məqsəd əhalini daha çox sayda tibbi xidmətlə təmin etmək və xidmətlərin əlçatanlığını artırmaqdır.

"Xidmətlər Zərfində dəyişiklik olduğu təqdirdə bu barədə ictimaiyyətə məlumat verilir", - deyə məlumatda qeyd olunub.

9
Televizor pultu

Zaurun verilişinin yayımı dayandırıldı - Dörd min cərimə iddiası qaldırıldı

0
(Yenilənib 11:14 21.04.2021)
3000 manatdan - 4000 manatadək cərimə olunması ilə bağlı Milli Televiziya və Radio Şurası tərəfindən inzibati xəta haqqında protokol tərtib olunub və müvafiq rayon məhkəməsinə göndərilib.

BAKI, 21 aprel — Sputnik. Milli Televiziya və Radio Şurasının (MTRŞ) iclası keçirilib. İclasda 20 aprel 2021-ci il tarixdə "ATV" televiziya kanalında yayımlanan "Bizimləsən" proqramına dəvət olunan vətəndaş tərəfindən efirdə səsləndirilən faktlar üzrə məsələyə baxılıb.

Sputnik Azərbaycan MTRŞ-a istinadən xəbər verir ki, Milli Televiziya və Radio Şurası "ATV" televiziya kanalı yetkinlik yaşına çatmayanların fiziki, əqli və mənəvi inkişafına ziyan vura bilən proqramların onların baxa biləcəyi vaxtda göstərilməsinə görə "İnzibati icraat haqqında" Azərbaycan Respublikasının 21 oktyabr 2005-ci il tarixli, 1036-IIQ saylı Qanununun 53-56-cı maddələrini, "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikasının 2002-ci il 25 iyun tarixli 345-IIQ saylı Qanununun 11.5.3-cü, 33-cü, və 40.2.2-2-ci maddələrini, Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 05 oktyabr tarixli 795 saylı Fərmanı ilə təsdiq edilmiş "Milli Televiziya və Radio Şurası haqqında Əsasnamə"nin 8.11-1-ci bəndini rəhbər tutaraq "ATV" televiziya kanalının efirində 21 aprel 2021-ci il tarixdə "Bizimləsən" proqramının yayımının dayandırılması, "ATV" televiziya kanalı tərəfindən, ona tətbiq edilmiş məsuliyyət tədbirinin məzmunu barədə məlumatı yayımın dayandırılması müddəti ərzində özünün efirində yayımlanmasının təmin olunması haqqında qərar qəbul edib.

Həmçinin, "ATV" televiziya kanalının İnzibati Xətalar Məcəlləsinin 388-2.0.2-ci maddəsinə əsasən 3000 manatdan - 4000 manatadək (üç min manatdan dörd min manatadək) cərimə olunması ilə bağlı Milli Televiziya və Radio Şurası tərəfindən inzibati xəta haqqında protokol tərtib olunmuş və müvafiq rayon məhkəməsinə göndərilib.

0

Qubadlının Ulaşlı kəndi bu gün necə görünür? Əsrarəngiz təbiət

2
(Yenilənib 11:11 21.04.2021)
Müdafiə Nazirliyi 9 noyabr 2020- ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmiş Qubadlı rayonunun Ulaşlı kəndindən ən son videogörüntüləri ictimaiyyətə təqdim edib.

Müdafiə Nazirliyi Qubadlı rayonunun Ulaşlı kəndindən yeni çəkilmiş videogörüntüləri yayıb.

Sputnik Azərbaycan xəbər verir ki, Ulaşlı kəndi Bərgüşad çayının sahilində, Bərgüşad silsiləsinin ətəyindədir. XIX əsrə aid yazılı mənbələrdə kəndin adı Hulaşlı şəklində qeydə alınıb. Tədqiqatçılara görə, oykonim erkən orta əsrlərdə Şimali Qafqazda yaşamış hulaşar tayfasının (Suriya mənbələrində Kulas) adı ilə bağlıdır. Ərəb mənbələrində onlardan xəzər tayfalarından biri kimi bəhs olunub.

XII əsrədək Volqa çayının sahilində bulqarlan Hulaş şəhəri olub. "Kitabi-Dədə Qorqud" dastanlarındakı Ulaş antroponimi də bu etnonimin variantı hesab edilir. Hulaşlann bir qismi müxtəlif vaxtlarda xəzər, bulqar və suvarlarm tərkibində Azərbaycana gəliblər. Keçmiş Borçalı qəzasında (Gürcüstan) Hulaş (Kulaş), Dağıstanda Ulaşlı kəndi, Ermənistan (XVII osr) və Qazaxıstan ərazilərində Kulaş yaşayış məntəqələrinin adları hulaşlann adı ilə bağlı olub.

Qubadlı rayonunun Ulaşlı kəndi 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib.

9 noyabr 2020- ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilib. 

2