Baş Prokurorluq kənd təsərrüfatı kreditlərinin təyinatında nöqsanları araşdırır

© AR Ministry of AgricultureУборка урожая зерновых
Уборка урожая зерновых - Sputnik Azərbaycan, 1920, 05.04.2021
Abunə olmaq
Hesabatda qeyd edilib ki, həmin faktlarla bağlı "Para" BOKT ASC üzrə ümumilikdə 210,6 min manat məbləğində vəsaiti əhatə edən 5 halda cinayət tərkibinin əlamətlərinin olması ehtimalını nəzərə alaraq materialları Baş Prokurorluğa təqdim edib.

BAKI, 5 aprel — Sputnik. Hesablama Palatası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitlərinin formalaşması və istifadəsinə dair audit üzrə - ayrılmış kredit vəsaitinin təyinatı üzrə istifadə edilməməsi faktları aşkarlayıb.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "Hesablama Palatasının 2020-ci ildə fəaliyyəti haqqında" hesabatda bildirilir.

Hesabatda qeyd edilib ki, həmin faktlarla bağlı "Para" BOKT ASC üzrə ümumilikdə 210,6 min manat məbləğində vəsaiti əhatə edən 5 halda cinayət tərkibinin əlamətlərinin olması ehtimalını nəzərə alaraq materialları Baş Prokurorluğa təqdim edib.

Hesablama Palatasına daxil olmuş məlumata görə, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin müvəkkil kredit təşkilatı olan "Para" BOKT ASC tərəfindən verilmiş kreditlərin təyinatı üzrə istifadə edilməməsi ilə bağlı Baş Prokurorluğa təqdim edilmiş materiallar cinayət işinə əlavə edilərək istintaq aparılır.

Xəbər lenti
0