107 yaşlı serbiyalı xanım koronavirusa qarşı peyvənd olunub

© REUTERS / ZORANA JEVTICSerbiyada vaksinasiya prosesi
Serbiyada vaksinasiya prosesi - Sputnik Azərbaycan, 1920, 05.04.2021
Abunə olmaq
Serbiya vətəndaşları istədikləri vaksini seçərək peyvənd vurulması üçün onlayn ərizə ilə müraciət edə bilərlər.

BAKI, 5 aprel — Sputnik. Serbiyanın Novi-sad şəhərinin 107 yaşlı sakini, 1914-cü il təvəllüdlü İlona Kovaç koronavirusa qarşı peyvənd olunub. Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir ki, İlona xanım artıq peyvəndin ikinci dozasını da alıb.

Həkimlərin sözlərinə görə, İlona xanım özünü əla hiss edir. Xanıma məhz hansı peyvəndin vurulması açıqlanmır. Lakin həkimlər bütün peyvəndlərin faydalı olduğunu bildiriblər.

Xəstəxananın ictimaiyyətlə əlaqələr departamentinin əlaqələndiricisi Zorka Bakoviç bildirib ki, 107 yaşlı Kovaç özü peyvənd olunmaq arzusunu bildirib, "hazırda sağ və salamatdır". İlona xanıma peyvəndin ilk dozası xəstəxana, ikinci dozası isə ev şəraitində vurulub.

Qeyd edək ki, Serbiya əhalisi ABŞ və Almaniyanın birgə istehsalı olan "Pfizer/BioNTech", Rusiyanın "Sputnik V", Çinin "Sinopharm", habelə İngiltərə və İsveç alimlərinin birgə hazırladıqları "AstraZeneca" preparatı ilə peyvənd olunur. Serbiya vətəndaşları istədikləri vaksini seçərək peyvənd vurulması üçün onlayn ərizə ilə müraciət edə bilərlər.

Xəbər lenti
0