CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Nazir: "İsrail istehsalı PUA-lar qələbədə vacib rol oynadı"

© Sputnik / Murad OrujovBakıda parada hazırlıq
Bakıda parada hazırlıq - Sputnik Azərbaycan, 1920, 05.04.2021
Abunə olmaq
Bayramov, həmçinin bildirib ki, iki ölkə arasında müxtəlif sahələrdə münasibətlər Vətən müharibəsindən sonra daha da güclənəcək və dərinləşəcək.

 

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 5 aprel — Sputnik. Azərbaycan Silahlı Qüvvələri tərəfindən İsraildə istehsal olunan yüksək texnologiyalar və yüksək dəqiqliyə malik silahların xüsusi ilə dronlardan məharətlə istifadə etməsi hərbi qələbənin əldə olunmasında əhəmiyyətli rol oynayıb. Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İsrailin "Israel Hayom" nəşrinə müsahibəsində bildirib.

Nazir, həmçinin bildirib ki, iki ölkə arasında müxtəlif sahələrdə münasibətlər Vətən müharibəsindən sonra daha da güclənəcək və dərinləşəcək.

Ceyhun Bayramov qeyd edib ki, ərazi bütövlüyü bərpa olunduqdan sonra Azərbaycan yeni post-müharibə dövrünə qədəm qoyub: "İndi əsas prioritetlərimiz azad edilmiş ərazilərin bərpası və yenidən qurulması, məcburi köçkünlərin torpaqlarına geri qayıtmasıdır: "Biz dost və tərəfdaş olan ölkələrimizin bərpa prosesində iştirakını dəstəkləyirik. Təbii ki, İsrail şirkətləri də bu prosesə qoşula bilər. İşlərin miqyası olduqca böyükdür. Bura minaların təmizlənməsi, infrastrukturun qurulması, ağıllı şəhər və ağıllı kəndlərin salınması daxildir, lakin işlər tək bununla da məhdudlaşmır".

Xəbər lenti
0