BAKI, 5 aprel — Sputnik. İrina Şeyk, Bella Hadid, Alek Vek, Dominik Cekson, Patiya Boxa və Hanter Şafer kimi tanınmış supermodellər virtual dəb nümayişi üçün bir araya gəliblər.
Посмотреть эту публикацию в Instagram
Sputnik Azərbaycan xəbər verir ki, "Elle" jurnalının məlumatına görə, məşhurlar "Mugler" brendinin yaz kolleksiyasının çəkilişlərində iştirak ediblər.
Qeyd edək ki, qısametrajlı film şəklində təqdim olunan geyim kolleksiyasının nümayişi dəb evinin "Instagram" və "YouTube" hesablarında yayımlanıb. Virtual podiumda iştirak edən İrina Şeyk də öz səhifəsində çəkilişlərdən görüntüləri paylaşıb.