İsmayıllıya güclü dolu yağıb

İsmayıllıya güclü dolu yağıb: Dağdan qopan qayalar torpaq qatı yolu bağlayıb - VİDEO

1037
Dağlardan axıb gələn qaya parçaları və torpaq qatı İsmayillıdan Lahıca gedən yolu bağlayıb.Dağlardan axıb gələn qaya parçaları və torpaq qatı İsmayillıdan Lahıca gedən yolu bağlayıb.

Rəşad Kərəmoğlu, Sputnik Azərbaycan

BAKI, 3 aprel — Sputnik. İsmayıllı rayonuna güclü dolu yağıb.

Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, axşam saatlarında rayon ərazisinə yağmağa başlayan yağış sonradan qar və güclü dolu ilə müşayiət olunub.

  • İsmayıllıya güclü dolu yağıb
    © Sputnik / Rashad Keremoglu
  • İsmayıllıya güclü dolu yağıb
    © Sputnik / Rashad Keremoglu
  • İsmayıllıya güclü dolu yağıb
    © Sputnik / Rashad Keremoglu
1 / 3
© Sputnik / Rashad Keremoglu
İsmayıllıya güclü dolu yağıb

Dolu səbəbindən İsmayıllı-Qəbələ yolunda avtomobillərin hərəkətində çətinliklər yaranıb.

Bir sira kəndlərdə elektrik enerjisinin verilişi dayandırılıb. Dağlardan axıb gələn qaya parçaları və torpaq qatı İsmayillıdan Lahıca gedən yolu bağlayıb. Hazirda da rayonun kəndlərində yağmurlu hava davam edir.

1037

Azərbaycan Ordusunun sülhməramlı bölmələrində təlim məşqləri keçirilib - VİDEO

2
Hazırda Azərbaycan Ordusunun sülhməramlıları Əfqanıstan və Cənubi Sudanda həyata keçirilən missiyalarda iştirak edirlər.

BAKI, 13 aprel - Sputnik. Müdafiə nazirinin təsdiq etdiyi 2021-ci ilin döyüş hazırlığı planına əsasən, sülhməramlı bölmələrdə təlim məşqləri keçirilib.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Şəxsi heyətin peşəkarlıq səviyyəsinin artırılması məqsədilə keçirilən məşqlərdə hərbi qulluqçuların döyüş, mənəvi-psixoloji, fiziki, tibbi və xüsusi hazırlığı yoxlanılıb.

Qeyd edək ki, hazırda Azərbaycan Ordusunun sülhməramlıları Əfqanıstan və Cənubi Sudanda həyata keçirilən missiyalarda iştirak edirlər.

2
Teqlər:
video, təlim, sülhməramlılar, Azərbaycan Müdafiə Nazirliyi
Entoni Hopkins

Entoni Hopkins üçüncü "Tunc maska"sını aldı

2
(Yenilənib 10:42 13.04.2021)
Bu, 83 yaşlı E.Hopkinsin üçüncü "Tunc maska"sıdır. Bundan əvvəl, o, "Kölgələr ölkəsi" ("Shadowlands", 1993) və "Quzuların səssizliyi" ("The Silence of the Lambs", 1990) filmləri üzrə bu nüfuzlu mükafata layiq görülmüşdü.

BAKI, 13 aprel — Sputnik. Britaniyalı aktyor Entoni Hopkins "Ən yaxşı aktyor" nominasiyası üzrə Britaniyanın Film və Televiziya Sənətləri Akademiyasının (BAFTA) mükafatını qazanıb.

Sputnik Azərbaycan xarici mediaya istinadən xəbər verir ki, aktyor bu mükafatı fransalı rejissor Florian Zellerin çəkdiyi və qocalıq, xəstəlik və uşaqlarla münasibətlərdən bəhs edən dram janrlı "Ata" ("The Father", 2020) filmindəki roluna görə əldə edib.

Bu, 83 yaşlı E.Hopkinsin üçüncü "Tunc maska"sıdır. Bundan əvvəl, o, "Kölgələr ölkəsi" ("Shadowlands", 1993) və "Quzuların səssizliyi" ("The Silence of the Lambs", 1990) filmləri üzrə bu nüfuzlu mükafata layiq görülmüşdü.

Hopkinsin builki əsas rəqibi "Ma Reyni: blyuzun anası" ("Ma Rainey's Black Bottom", 2020) filmində rol alan və ötən ilin avqustunda 43 yaşında xərçəng xəstəliyindən vəfat edən amerikalı Çedvik Bouzman olub. Mükafata digər namizədlər "Metalın səsi" ("Sound of Metal", 2019) filmindəki roluna görə britaniyalı Riz Ahmed, "Ağ pələng" ("The White Tiger", 2020) filminə görə hindistanlı Adarş Qurav, həmçinin "Sərxoş" ("Drunk", 2020) filminə görə danimarkalı Mads Mikkelsen və "Mavritaniyalı" ("The Mauritanian", 2021) filminə görə fransız Tahar Rahim idi.

Qeyd edək ki, məşhur aktyor bir neçə dəfə "Oscar", "Qızıl qlobus", "Emmi" və s. mükafatları qazanıb.

2
Teqlər:
Entoni Hopkins, aktyor, mükafat, film