Naxçıvanda qadın hərbçilər təlimlərdə iştirak ediblər

8
(Yenilənib 20:03 03.04.2021)
Naxçıvan Qarnizonunda qadın hərbi qulluqçuların da cəlb edildiyi növbəti kursların uğurla başa çatması münasibətilə buraxılış mərasimi keçirilib.

BAKI, 03 aprel - Sputnik. Naxçıvan Qarnizonunda qadın hərbi qulluqçuların da cəlb edildiyi növbəti kursların uğurla başa çatması münasibətilə buraxılış mərasimi keçirilib.

Əlahiddə Ümumqoşun Ordunun Mətbuat xidmətindən Sputnik Azərbaycan-a bildirilib ki, mərasimdə Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi yad olunub. Azərbaycan Respublikasının Dövlət himni səsləndirildikdən sonra çıxış edənlər kursları uğurla bitirən məzunları təbrik ediblər.

Bildirilib ki, tariximizə qızıl hərflərlə yazılan Aprel döyüşlərindən 5 il keçir. Bu döyüşlər zamanı işğaldan azad olunan strateji ərazi, yüksəklik və mövqelər, ardınca 2018-ci ildə qazanılan Günnüt zəfəri, ən sonda isə 44 günlük Vətən müharibəsində şanlı qələbəmiz bütün dünyaya Azərbaycan Ordusunun gücünü və qələbə əzmini göstərdi. İnanırıq ki, bu gün peşəkar hərbi qulluqçu kimi buraxılış mərasimi keçirilən gizirlər və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları da bu döyüşlərdə iştirak edən igid oğulların yolunu davam etdirəcək, Vətəni qorumaq kimi şərəfli vəzifənin öhdəsindən layiqincə gələcəklər.

Çıxışların ardından kursları müvəffəqiyyətlə bitirən məzunlara sertifikat və hədiyyələr təqdim edilib, nümunəvi xidməti ilə fərqlənən hərbi qulluqçular mükafatlandırılıblar.

Xatirə lövhələrinə buraxılış emblemləri vurulub və məzunların tribuna önündən təntənəli keçidi olub. Sonda xatirə şəkli çəkdirilib.

8
Ukrayna Prezidenti Vladimir Zelenski, arxiv şəkli

Zelenskinin mətbuat katibi: "Ukrayna Donbasa hücum etməyi planlaşdırmır"

2
(Yenilənib 11:15 12.04.2021)
"Məsələ bundadır ki, Ukrayna sadəcə öz ərazisinə hücum edə və öz insanları ilə mübarizə apara bilməz", - deyə Medel qeyd edib.

BAKI, 12 aprel — Sputnik. Ukrayna Donbasa hücum etməyi planlaşdırmır. Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, bunu Ukrayna Prezidentinin mətbuat katibi Yuliya Medel bildirib.

"Məsələ bundadır ki, Ukrayna sadəcə öz ərazisinə hücum edə və öz insanları ilə mübarizə apara bilməz", - deyə Medel qeyd edib.

Medel bildirib ki, rəsmi Kiyev əmindir ki, sülhə yalnız danışıqlar yolu ilə gəlmək olar: "Məhz buna görə, biz "Normand formatında" danışıqlara nail olmağa çalışırıq və bütün mümkün diplomatik yollarla sülhə doğru irəliləyəcəyik".

2
Milli Televiziya və Radio Şurası

Milli Televiziya Radio Şurasının üzvü vəfat edib

4
(Yenilənib 11:14 12.04.2021)
Milli Televiziya və Radio Şurasının üzvü Cəfərov Məmməd Hüseyn oğlu 12 aprel 2021-ci il tarixdə gecə saatlarında ürək tutmasından dünyasını dəyişib.

BAKI, 12 aprel - Sputnik. Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının üzvü Cəfərov Məmməd Hüseyn oğlu 12 aprel 2021-ci il tarixdə gecə saatlarında ürək tutmasından vəfat edib.

Bu barədə məlumat Sputnik Azərbaycan-a MTRŞ-dan verilib. Məmməd Cəfərov bu gün torpağa veriləcək. 

4