Döyüş sursatı, arxiv şəkli

Qubadlıda ermənilərə məxsus döyüş sursatları aşkarlanıb

12
(Yenilənib 16:25 03.04.2021)
Ermənistan silahlı birləşmələrinin tərk etdiyi hərbi mövqelərdən 6 müxtəlif növ əl qumbarası, 261 qumbaraatan mərmisi, 77 müxtəlif növ alışdırıcılar, 31 digər partlayıcı vasitələr və  13 819 müxtəlif çaplı güllələr aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

 

BAKI, 3 aprel — Sputnik. İşğaldan azad edilmiş ərazilərdə polis əməkdaşları tərəfindən silah-sursatların aşkar edilməsi məqsədi ilə profilaktiki tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Sputnik Azərbayan-a verilən məlumata görə, Qubadlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş növbəti belə tədbirlər zamanı rayonun işğaldan azad edilmiş ərazilərindəki Ermənistan silahlı birləşmələrinin tərk etdiyi hərbi mövqelərdən 6 müxtəlif növ əl qumbarası, 261 qumbaraatan mərmisi, 77 müxtəlif növ alışdırıcılar, 31 digər partlayıcı vasitələr və  13 819 müxtəlif çaplı güllələr aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

12
Yeni bankotlar

Mərkəzi Bank terminalların yenilənmiş pulları niyə qəbul etmədiyinə aydınlıq gətirdi

3
(Yenilənib 14:27 12.04.2021)
Bank olmayan ödəniş xidməti təchizatçılarının ödəniş terminallarının yenilənmiş 1, 5 və 50 manatlıq pul nişanlarına adaptasiyasının sürətləndirilməsi ilə əlaqədar Mərkəzi Bankda görüş keçirilib

BAKI, 12 aprel — Sputnik. Son günlər ölkə mətbuatında bank olmayan ödəniş xidməti təchizatçılarının ödəniş terminalları tərəfindən yenilənmiş 1, 5 və 50 manatlıq pul nişanlarının qəbulunda müəyyən çətinliklərin yaranması ilə bağlı məlumatlar yayılıb.

Mərkəzi Bankdan Sputnik Azərbaycan-a bildirilib ki, ölkə ərazisində istismar olunan nağd pul sistemlərinin (bankomatlar, ödəniş terminalları, pul sayan və emal edən sistemlər və s.) yenilənmiş pul nişanlarına uyğunlaşdırılması (adaptasiyası) məqsədilə hələ 20 oktyabr 2020-ci il tarixində bütün kommersiya bankları və bank olmayan ödəniş xidməti təchizatçıları məlumatlandırılıb və müvafiq pul nişanları ilə təmin edilib.

Mərkəzi Bank tərəfindən aparılmış monitorinqlərdən məlum olur ki, kommersiya banklarının və bank olmayan ödəniş xidməti təchizatçılarının nağd pul sistemlərinin yenilənmiş pul nişanlarına uyğunlaşdırılması əsasən təmin edilib.

Bununla belə bir sıra bank olmayan ödəniş xidməti təchizatçılarının ödəniş terminallarının yenilənmiş 1, 5 və 50 manatlıq pul nişanlarına adaptasiyası ilə bağlı çətinliklərin araşdırılması, müvafiq problemlərin təxirəsalınmadan aradan qaldırılması və adaptasiya proseslərinin qısa müddətdə yekunlaşdırılması məqsədilə Mərkəzi Bankda bank olmayan ödəniş xidməti təchizatçılarının nümayəndələri ilə görüş keçirilib və bu təşkilatlara müvafiq tədbirlərin görülməsi ilə bağlı tövsiyə və tapşırıqlar verilib.

3
COVİD-19-da ölən şəxs, arxiv şəkli

Ermənistanda koronavirusa yoluxanların sayı 203 mini keçdi

3
(Yenilənib 14:26 12.04.2021)
Ermənistanda son gündə daha 18 nəfər ölüb. Ümumilikdə bu virusdan ölənlərin sayı 3 753-ə çatıb. Ermənistanda son gündə daha 18 nəfər ölüb. Ümumilikdə bu virusdan ölənlərin sayı 3 753-ə çatıb.

BAKI, 12 aprel — Sputnik. Ermənistanda koronavirusa yoluxanların sayı 203 327-a çatıb. Sputnik Ermənistan xəbər verir ki, bu barədə Ermənistanın Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Milli Mərkəzinin yaydığı məlumatda bildirilib.

Məlumatda qeyd olunub ki, bir gündə bu virusa yoluxanların sayı daha 510 nəfər artıb.

Ermənistanda son gündə daha 18 nəfər ölüb. Ümumilikdə bu virusdan ölənlərin sayı 3 753-ə çatıb. Xəstəlikdən sağalanların sayı 182 836 olub. Hazırda bu ölkədə 15785 nəfər xəstəxanada müalicə alır.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 136 milyonu keçib, 2,93 milyondan çox adam isə virus səbəbi ilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

3