Ehtiyata buraxılan hərbi qulluqçuların yola salınması mərasimi

Ehtiyata buraxılan hərbi qulluqçular mərasimlə yola salınıb

12
(Yenilənib 15:00 03.04.2021)
Şuşa şəhərində və digər ərazilərdə yerləşən hərbi hissələrdə ordudan tərxis olunan hərbi qulluqçuların yola salınma mərasimi keçirilib.

BAKI, 3 mart - Sputnik. Azərbaycan Ordusunda Prezident İlham Əliyevin “Azərbaycan Respublikası vətəndaşlarının 2021-ci il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” müvafiq sərəncamının icrası davam edir.

Sputnik Azərbaycan-a Müdafiə Nazirliyindən verilən xəbərə görə, 2020-ci il oktyabrın 30-dək “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 38.1.1-ci maddəsində nəzərdə tutulmuş xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları ehtiyata buraxılırlar.

  • Ehtiyata buraxılan hərbi qulluqçuların yola salınması mərasimi
    © AR Ministry of Defence
  • Ehtiyata buraxılan hərbi qulluqçuların yola salınması mərasimi
    © AR Ministry of Defence
  • Ehtiyata buraxılan hərbi qulluqçuların yola salınması mərasimi
    © AR Ministry of Defence
1 / 3
© AR Ministry of Defence
Ehtiyata buraxılan hərbi qulluqçuların yola salınması mərasimi

Bu münasibətlə Şuşa şəhərində və digər ərazilərdə yerləşən hərbi hissələrdə ordudan tərxis olunan hərbi qulluqçuların yola salınma mərasimi keçirilib.

Əvvəlcə Vətən müharibəsində həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Mərasimdə Vətən müharibəsində qazanılan parlaq qələbədən, Azərbaycan əsgər və zabitlərinin qəhrəmanlıq, şücaət göstərməklə şərəfli missiyanı yerinə yetirərək öz doğma torpaqlarımızı işğalçılardan azad etməsindən danışılıb. Komandanlığın təbrik-müraciəti hərbi qulluqçulara çatdırılıb, hərbi xidməti uğurla başa vurmuş gənclərə və xidmətə yeni başlayan əsgərlərə uğurlar arzulanıb.

Gənc əsgərlər isə silahdaşları adından, özündən əvvəlki döyüşçülərin ənənələrini davam etdirəcəklərinə, ərazi bütövlüyümüzü göz bəbəyi kimi qoruyacaqlarına and içib.

Sonda xidmətdə fərqlənən bir qrup hərbi qulluqçuya Fəxri Fərman və qiymətli hədiyyə təqdim olunub.

12
Ağ ev

Birləşmiş Ştatlar Rusiyaya qarşı yeni sanksiyaları qəbul etdi

3
(Yenilənib 17:26 15.04.2021)
Qəbul olunan qərara əsasən on Rusiya diplomatı ABŞ-dan da qovulur. Ölkədən qovulan şəxslər arasında Rusiya kəşfiyyat orqanlarının əməkdaşları da var.

BAKI, 15 aprel — Sputnik. Birləşmiş Ştatlar Rusiyaya qarşı yeni sanksiyalar qəbul edib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumat Ağ Evin saytında yerləşdirilib

"Bu gün Bayden Administrasiyası ABŞ suverenliyi və maraqlarına qarşı Rusiya hökuməti və kəşfiyyat orqanlarının atdığı addımlara görə Rusiyaya qarşı tədbirlər görür", - deyə məlumatda bildirilir.

Qəbul olunan qərara əsasən on Rusiya diplomatı ABŞ-dan da qovulur. Ölkədən qovulan şəxslər arasında Rusiya kəşfiyyat orqanlarının əməkdaşları da var.

Bundan əlavə, ABŞ seçkilərinə müdaxilə etdiyi üçün 32 Rusiya vətəndaşı və təşkilatına qarşı sanksiya tətbiq olunur.

ABŞ rəhbərliyi, həmçinin Aİ, Böyük Britaniya, Avstraliya və Kanada ilə birgə Krımla bağlılığı olan 8 fiziki və hüquqi şəxsə qarşı sanksiya tətbiq edir.

 

3
Müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Belarus Respublikasının Dövlət Hərbi-Sənaye Komitəsinin sədri cənab Dmitriy Pantusun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb

Azərbaycan ilə Belarus arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə olunub

2
Tərəflər Azərbaycan ilə Belarus arasında hərbi-texniki əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivlərini, həmçinin qarşılıqlı maraq kəsb edən digər məsələləri müzakirə ediblər.

 

BAKI, 15 aprel — Sputnik. Aprelin 15-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Belarus Respublikasının Dövlət Hərbi-Sənaye Komitəsinin sədri cənab Dmitri Pantusun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə Sputnik Azərbaycan-a Müdafiə Nazirliyindən məlumat verilib.

Tərəflər Azərbaycan ilə Belarus arasında hərbi-texniki əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivlərini, həmçinin qarşılıqlı maraq kəsb edən digər məsələləri müzakirə ediblər.

2