Xəzər Universiteti

Xəzər Universitetinin təsisçilərindən biri vəfat edib

47
Xəzər Universitetinin rektoru Hamlet İsaxanlının həyat yoldaşı, universitetin həmtəsisçisi, bəstəkar Nailə İsayeva uzun sürən xəstəlikdən dünyasını dəyişib.

BAKI, 3 aprel - Sputnik. Xəzər Universitetinin rektoru Hamlet İsaxanlının həyat yoldaşı, universitetin həmtəsisçisi, bəstəkar Nailə İsayeva dünyasını dəyişib.

Sputnik Azərbaycan Report-a istinadla xəbər verir ki, bu barədə sosial şəbəkələrdə onun dostları məlumat yayıb.

73 yaşlı N.İsayeva uzun sürən xəstəlikdən sonra vəfat edib.

Qeyd edək ki, N.İsayeva 1947-ci il may ayının 29-da Quba şəhərində anadan olub. Xəzər Universiteti nəzdindəki Dünya məktəbinin həmtəsisçisi, direktoru (2000-2010-cu illərdə), İdarə heyətinin sədri, Xəzər Universiteti Direktorlar və Qəyyumlar Şurasının müşaviri (2010-cu ildən başlayaraq) və bəstəkar olub.

47
Ermənilərin saxtakarlığı

Ermənilər köhnə formada baş daşları hazırlayaraq qəbiristanlıqlara atıblar

47
(Yenilənib 11:51 21.04.2021)
Milli Elmlər Akademiyası Tarix İnstitutunun Əməkdaşı Faiq İsmayilovun sözlərinə görə, saxta xaç və baş daşları hazırlamaq üçün hər il may ayında Şuşada festival keçirilib.

İbrahim Həşimov, Sputnik Azərbaycan

BAKI, 21 aprel – Sputnik. Ermənilər işğal altında saxladıqları ərazilərə üzərində ermənicə yazılar yazılmış daşlar qoyublar. Bu cür daşlar Cəbrayılın işğaldan azad olunan Horovlu kəndində və digər ərazilərdə də aşkarlanıb. Məqsəd isə hər zamankı kimi tarixi saxtalaşdırmaq və bu ərazilərdə ermənilərin yaşadığına dair saxta izlər qoymaq olub. Milli Elmlər Akademiyası Tarix İnstitutunun Əməkdaşı Faiq İsmayilov Sputnik Azərbaycan-a bildirib ki, emənilər həmişə Azərbaycanın milli mədəni dəyərləri üzərində saxtakarlıqlar ediblər. Tarixi-mədəniyyət abidələri və memarlıq abidələrinin qruluşu erməni memarlığına uyğun gəlmir. Bu səbəbdən də həmin tikililərin formlalarını və orijinal görkəmini dəyişidirərək erməni abidələri kimi təqdim etməyə çalışıblar.

© Photo : Сourtesy of Faik Ismayilov
Ermənilərin saxtakarlığı
“Onlar həmçinin, bədii daşlar və xaçlar hazırlayır, həmin hissələri müxtəlif maddələrə salaraq daşın rəngini dəyişir, köhnə göstərməyə çalışırlar. Hazırlanmış bu maketləri Azərbaycanın işğal altında saxladıqları bütün ərazilərində - qəsəbə, bulaq, turizm üçün əhəmiyyətli olan sahələrimizdə yerləşdirirlər” – F. İsmayılov deyib.

Kəlbəcərdə və digər ərazilərdə Alban xaç daşları hazırlayan bir neçə sex aşkarlanıb. Faiq İsmayilovun sözlərinə görə, saxta xaç və baş daşları hazırlamaq üçün hər il may ayında Şuşada festival da keçirilib və oraya dünyanın bir çox ölkələrindən memarlar dəvət olunub.

  • Ermənilərin saxtakarlığı
    © Photo : Сourtesy of Faik Ismayilov
  • Ermənilərin saxtakarlığı
    © Photo : Сourtesy of Faik Ismayilov
  • Ermənilərin saxtakarlığı
    © Photo : Сourtesy of Faik Ismayilov
  • Ermənilərin saxtakarlığı
    © Photo : Сourtesy of Faik Ismayilov
1 / 4
© Photo : Сourtesy of Faik Ismayilov
Ermənilərin saxtakarlığı
“Bu müsabiqədə xaç daşları, erməni mədəniyyətinə uyğun müxtəlif daşlar, dekorativ bədii sənət nümunələri hazırlanırdı. Bunların sayları çox olurdu. Hər il təkcə Şuşa şəhərində 300-500 sayda bu cür monumental qurğular, bədii daş nümunələri hazırlanırdı”.

Sonra isə hazırlanmış materiallar işğal altındakı ərazilərə yerləşdirilib. Ermənilərin orada yaşaması ilə bağlı saxta izlər qoymaq üçün isə əsasən qəbiristanlıqlar hədəf seçilib.

© Photo : Сourtesy of Faik Ismayilov
Faiq İsmayılov

“Festivaldan sonra, yəni bu müsabiqədən sonra bütün bunları maşınlara yığaraq Cəbrayıl, Laçın, Qubadlı, Zəngilan, Ağdam və işğal altında saxlanan digər şəhər və rayonlarda, oradakı kənd ərazilərində, qəbiristanlıqlarda, inzibati yaşayış yerinin xarabalıqlarında qoyurlar” ,– F. İsmayılov əlavə edib.

Yaşayış məntəqələrinin sakinləri də bildiriblər ki, işğaldan əvvəl həmin qəbiristanlıqlarda o cür baş daşları olmayıb.

47
Mehri

Paşinyan Mehriyə getdi - Zəngəzurda etirazlar başladı - VİDEO

16
(Yenilənib 11:23 21.04.2021)
Vəziyyət gərgin olaraq qalır. Sakinlər "Nikol satqın", "Nikol türk", şüarları səsləndirirlər. Polislər Baş nazirin korteji üçün yolu açmağa çalışırlar.

BAKI, 21 aprel — Sputnik. Ermənistanın Sünik vilayətində (Zəngəzur) Baş nazir Nikol Paşinyanın səfərinə qarşı etiraz aksiyası keçirilir. Sputnik Ermənistan xəbər verir ki, Paşinyan Mehriyə gəlib, lakin onlarla vətəndaş onun şəhəri tərk etməsini istəyiblər.

Digər qrup isə Paşinyanı dəstəkləyib. Nəticədə qruplar arasında qarşıdurma baş verib. Lakin hüquq mühafizə orqanları əməkdaşları onları ayıra biliblər.

Vəziyyət gərgin olaraq qalır. Sakinlər "Nikol satqın", "Nikol türk", şüarları səsləndirirlər. Polislər Baş nazirin korteji üçün yolu açmağa çalışırlar.

Baş nazirin Mehriyə səfəri əvvəlcədən anons edilməmişdi.

 

16