Helikopter

Özümüz bacarırıq: Rusiya istehsalı olan helikopter Azərbaycanda təmir edildi

14
(Yenilənib 21:50 02.04.2021)
2016-cı ildə Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi (Azerbaijan International Defence Exhibition – ADEX) çərçivəsində Azərbaycanda hava texnikasının təmiri sahəsində əməkdaşlıq barədə razılaşma əldə edilib

BAKI, 2 aprel — Sputnik. "ASG Helikopter Services" aviaşirkəti yanında Helikopterlərin əsaslı təmiri üzrə Servis Mərkəzi aviadaşıyıcıya məxsus növbəti "Mi-8AMT" tipli helikopterin əsaslı təmirini başa çatdırıb.

"ASG Helikopter Services"-dən Sputnik Azərbaycan-a verilən məlumata əsasən, əsaslı təmir Rusiyanın 356 №-li Aviasiya Təmiri Zavodunun (Engels şəhəri) mütəxəssisləri ilə birlikdə həyata keçirilib. Beləliklə, Azərbaycan ərazisində bu tip helikopterin artıq ikinci əsaslı təmiri icra olunub.

2016-cı ildə Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi (Azerbaijan International Defence Exhibition – ADEX) çərçivəsində Azərbaycanda hava texnikasının təmiri sahəsində əməkdaşlıq barədə razılaşma əldə edilib.

Aviaşirkətin bazasında tamfunksional Xidmət Mərkəzini yaratmaq fikri ilk maşının səyyar təmiri  mənimsənildikdən sonra yaranmışdır. Belə bir mərkəzin yaradılması layihəsi Azərbaycanla Rusiya arasında iqtisadi və hərbi-texniki əməkdaşlıq üzrə hökumətlərarası Komissiyanın protokollarının bir hissəsi olub. Həmin layihə çərçivəsində aviaşirkətlə Rusiyalı tərəfdaşlar arasında müvafiq sazişlər imzalanıb.

Pandemiya səbəbindən baş verən ciddi qlobal iqtisadi böhrana baxmayaraq, 2020-ci ildə "ASG Helicopter Services" şirkəti tərəfindən tam maliyyələşdirilməklə "Mİ" tipli  helikopterlərin əsaslı təmirini həyata keçirən regionda ilk aviasiya təmiri müəssisəsinin tikintisi həyata keçirilib. Tikintinin cari ilin sonuna kimi tamamlanması planlaşdırılır.

Ən müasir təmir avadanlıqları ilə təchiz ediləcək Servis Mərkəzi Zabrat qəsəbəsindəki hava limanının ərazisində yerləşəcək. Qeyd etmək istərdik ki, həmin Servis Mərkəzinin istehsal gücü yalnız ölkənin helikopter donanmasını deyil, bütün Xəzər dənizi Regionu Ölkələrinin operatorlarının hava gəmilərini də əhatə etməyə imkan verəcək. Bu, Azərbaycanda aviasiya sənayesinin inkişafında yeni mərhələnin əsasını qoyacaq.

14
Daxili İşlər Nazirliyinin binası

DİN rəsmisi 16 yaşlı qızla bağlı yayılan məlumatlara aydınlıq gətirdi

3
"Polisin vətəndaşın evinə kamera quraşdırılması ilə bağlı iddiallar cəfəngiyyatdır" - Elşad Hacıyev

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 12 aprel — Sputnik. "Neftçala rayon Mürsəqulu kəndində 16 yaşlı, əqli zəifliyi olan qızla bağlı sosial şəbəkələrdə yayılan iddialardan məlumatlıyıq". 

Sputnik Azərbaycan xəbər verir ki, Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Kütləvi İnformasiya və İctimaiyətlə Əlaqələr Şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev mətbuatın sorğusuna cavabında bildirib ki, bu barədə ötən həftənin əvvəlində Neftçala Rayon Polis Şöbəsinə daxil olan məlumat üzrə dərhal araşdırmalar başlayıb, ekspertiza təyin edilib.

Ekspertizanın nəticəsindən asılı olaraq, qanunvericiliyə uyğun müvafiq tədbirlərin görülüməsi təmin ediləcək. Həmin şəxslə bağlı rayon hüquq-mühafizə orqanları və icra hakimiyyəti tərəfindən bütün zəruri tədbirlər davam etdirilir.

Polisin vətəndaşın evinə kamera quraşdırılması ilə bağlı iddiallar isə cəfəngiyyatdır, həqiqəti əks etdirmir. Hər bir vətəndaşın həyat və sağlamlığı, hüquqları bizim üçün önəmlidir. Bu müzakirə olunmayan gerçəklikdir.

3

Azərbaycanda daha 1151 nəfər COVID-19-a yoluxub

3
Azərbaycanda indiyədək ümumilikdə 287144 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 251760 nəfər müalicə olunaraq sağalıb

BAKI, 12 aprel - Sputnik. Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1151 yeni yoluxma faktı qeydə alınıb, 1052 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 287144 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 251760 nəfər müalicə olunaraq sağalıb, 3944 nəfər vəfat edib, aktiv xəstə sayı 31440 nəfərdir.

Ölkədə son sutka ərzində 7687, hazırkı dövrədək isə 3026132 test aparılıb.

3