Ermənistan Baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə

Paşinyan Moskvaya gedir, Putinlə görüşəcək

215
Qevorkyan bildirib ki, şəxsi görüşlər, qəbul və ictimai tədbirlərdən başqa Ermənistan Baş naziri adi qrafikdə işləyir.

BAKI, 2 aprel — Sputnik. Ermənistan Baş naziri Nikol Paşinyan aprelin 7-si Rusiya Prezidenti Vladimir Putinlə Moskvada görüşəcək. Bu barədə Sputnik Ermənistan-a Baş nazirin mətbuat katibi Mane Qevorkyan bildirib.

O bildirib ki, bununla bağlı Ermənistan hökumətinin rəhbəri aprelin 2-dən özünütəcrid rejimində işləyir.

Qevorkyan bildirib ki, şəxsi görüşlər, qəbul və ictimai tədbirlərdən başqa Ermənistan Baş naziri adi qrafikdə işləyir.

Sonuncu dəfə Paşinyan və Putin Moskvada yanvarın 11-i görüşüblər.

Qeyd edək ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb. Bəyanata əsasən, Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə razılıq əldə olunub.

Bəyanata görə, Ağdam rayonu 2020-ci il noyabrın 20-də, Kəlbəcər rayonu noyabrın 25-də (ilkin olaraq noyabrın 15-i nəzərdə tutulurdu), Laçın rayonu isə dekabrın 1-də Azərbaycana qaytarılıb. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılmalıdır.

Tərəflərin razılığına əsasən, yaxın üç ildə Laçın dəhlizi üzrə Xankəndi ilə Ermənistanın əlaqəsini təmin edəcək yeni hərəkət marşrutunun tikintisinin planı müəyyən olunacaq. Daxili məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarının nəzarəti altında Dağlıq Qarabağın və ətraf rayonların ərazisinə qayıdacaqlar. İqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunacağı gözlənilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki tərəfə maneəsiz hərəkətinin təşkil olunması məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək.

215
Nyu-Yorkda Tayms-skver meydanı, arxiv şəkli

Məşhurlar Nyu-York küçələrini podiuma çevirdilər - FOTO

9
Kadrlardan görünür ki, İrina Şeyk, Bella Hadid, Naomi Kempbell, Eşli Qrem, Liya Kebede, Helena Kristensen və Alek Uek Nyu-York küçələrini əsl podiuma çeviriblər.

BAKI, 10 aprel — Sputnik. Nyu-Yorkda "Michael Kors Collection"ın nümayişi keçirilib.

Sputnik Azərbaycan xarici mediaya istinadən xəbər verir ki, pandemiya ilə əlaqədar olaraq tədbir rəqəmsal formatda baş tutub: modellərin yürüşü video qeydiyyata alınıb, ictimaiyyətə isə daha sonra təqdim ediləcək.

​Amma buna baxmayaraq, "Michael Kors Collection"dan ilk fotolar mediaya sızıb. Kadrlardan görünür ki, İrina Şeyk, Bella Hadid, Naomi Kempbell, Eşli Qrem, Liya Kebede, Helena Kristensen və Alek Uek Nyu-York küçələrini əsl podiuma çeviriblər.

​Dünyaca məşhur modellərin bir araya toplaşması nadir hadisə hesab olunur. Ona görə də şounun çox yaddaqalan olacağı barədə proqnozlar verilib.

9
Teqlər:
Nyu-York, moda
Lil Nas X, arxiv şəkli

Dizaynında insan qanı istifadə olunan "İblis ayaqqabıları" satışdan çıxarıldı

6
Xatırladaq ki, rep ifaçısı Lil Nas X "Satanic Shoes" ("İblis ayaqqabıları") adı altında 666 cüt idman ayaqqabısı istehsal edib. İdman ayaqqabısı "Nike Air Max 97"-yə bənzəyir.

BAKI, 10 aprel — Sputnik. "İblis ayaqqabıları"nın satıcısı "Nike"ın məhkəmə iddiasından sonra onun satışdan geri çağırılmasına razılıq verib.

Sputnik Azərbaycan xarici mediaya istinadən xəbər verir ki, ödədikləri pullar alıcılara geri qaytarılacaq.

Xatırladaq ki, rep ifaçısı Lil Nas X "Satanic Shoes" ("İblis ayaqqabıları") adı altında 666 cüt idman ayaqqabısı istehsal edib. İdman ayaqqabısı "Nike Air Max 97"yə bənzəyir, sadəcə altlıq hissədə hava qabarcığı mürəkkəbə qarışmış bir damla qan ilə doldurulub.

Посмотреть эту публикацию в Instagram

Публикация от Vince Hizon (@vincehizon12)

Bununla əlaqədar olaraq "Nike" məhkəməyə müraciət edib və həmin idman ayaqqabıların satışının müvəqqəti qadağan olunmasına nail olub.

6