CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yaşlı ata və ana azyaşlı uşaqlarını atdılar - Azərbaycanda

© © REUTERS/ MUHAMMAD HAMEDСилуэт мужчины и девочки, фото из архива
Силуэт мужчины и девочки, фото из архива - Sputnik Azərbaycan, 1920, 02.04.2021
Abunə olmaq
Onun sözlərinə görə, bununla bağlı Bərdə rayon İcra Hakimiyyəti və digər müvafiq qurumlar məlumatlandırılıb

BAKI, 2 aprel — Sputnik. Bərdə rayonundan olan 9 və 6 yaşında olan bacı-qardaşı valideynləri atıb. Sputnik Azərbaycan-ın bu barədə "Azərbaycan Uşaqları" İctimai Birliyinin sədri Kəmalə Ağazadə "Facebook" səhifəsində yazıb.

Onun sözlərinə görə, 71 yaşlı ata və 43 yaşlı ana iki azyaşlı övladları ilə vidalaşaraq onları sığınacaqda qoyub gediblər.

"Uşaqlar əvvəlcə "Səni Axtarıram" verilişinə aparılıb. Daha sonra bura gətirilib. Ata deyir ki, ana "səy"dir, ana deyir ata "qoca səydir". Bir-birlərinə "səydərək" deyən valideynlərin vicdansızlığının bədəlini kim ödəyər? Əlbəttə ki, bu iki uşaq", - deyə Kəmalə Ağazadə bildirib.

Onun sözlərinə görə, bununla bağlı Bərdə rayon İcra Hakimiyyəti və digər müvafiq qurumlar məlumatlandırılıb.

Xəbər lenti
0