Azərbaycan və Rusiya xarici işlər nazirləri Ceyhun Bayramov və Sergey Lavrov arasında görüş

Lavrov Bayramov Qarabağ ətrafında baş verənləri müzakirə ediblər

97
(Yenilənib 20:07 01.04.2021)
Bundan əlavə, ikitərəfli münasbətlərə dair, o cümlədən, yüksək səviyyəli təmaslar, eləcə də iki dövlət arasında diplomatik münaisbətlərin qurulmasının 30 illiyinin 2022-ci ildə qeyd olunmasına hazırlıq barədə fikir mübadiləsi aparılıb.

BAKI, 1 aprel - Sputnik. Moskvada Azərbaycan və Rusiya xarici işlər nazirləri Ceyhun Bayramov və Sergey Lavrov arasında görüş keçirilib.

Sputnik Azərbaycan Rusiya Xarici İşlər Nazirliyinə istinadla xəbər verir ki, iki ölkənin XİN başçıları Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il razılaşmalarının həyata keçirilməsinin gedişatını, xüsusilə Dağlıq Qarabağdakı humanitar tapşırıqların həllinə dair məsələləri, regionda iqtisadi əlaqələrin və nəqliyyat kommunikasiyalarının bərpa olunmasını müzakirə ediblər.

Bundan əlavə, ikitərəfli münasbətlərə dair, o cümlədən, yüksək səviyyəli təmaslar, eləcə də iki dövlət arasında diplomatik münaisbətlərin qurulmasının 30 illiyinin 2022-ci ildə qeyd olunmasına hazırlıq barədə fikir mübadiləsi aparılıb.

Beynəlxalq gündəmdə duran və qarşılıqlı maraq doğuran bir sıra mövzulara toxunulub.

© AR Ministry of Foreign Affairs
Azərbaycan və Rusiya xarici işlər nazirləri Ceyhun Bayramov və Sergey Lavrov arasında görüş

Azərbaycan Xarici İşlər Nazirliyi də nazir Ceyhun Bayramovun Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovla görüşünə dair məlumat yayıb.

XİN-in Mətbuat Xidməti İdarəsindən bildirilib ki, aprelin 1-də MDB ölkələrinin xarici işlər nazirləri Şurasının iclasında iştirak etmək məqsədilə Moskvada işçi səfərdə olan nazir Ceyhun Bayramovun Rusiya xarici işlər naziri Sergey Lavrov ilə görüşü keçirilib.

Hər iki tərəfdən nümayəndə heyətlərinin iştirak etdiyi görüşdə ikitərəfli əməkdaşlıq münasibətləri, mövcud regional vəziyyət, üçtərəfli bəyanatların həyata keçirilməsi məsələlərinə dair ətraflı müzakirələr aparılıb.

Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında mövcud olan dialoqunun səviyyəsindən məmnunluq ifadə edilib.

Görüşdə, həmçinin qarşılıqlı maraq kəsb edən beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

97

Bizə heç kim çata bilməz! Zürafə Lipa yazın gəlişinə necə sevinir VİDEO

3
(Yenilənib 12:03 16.04.2021)
Moskva Zooparkının keniyalı sakini zürafə Lipa baharın gəlişinə, artıq açıq havaya çıxa bildiyinə sevinərək volyerin ətrafında dövrə vurur. Videomuzu izləyin.

Kadrlarda zürafənin bahar günəşindən ləzzət alaraq zebra ilə birlikdə meydançada necə qaçışdığı əks olunur.

Moskva Zooparkının mətbuat xidmətindən bildiriblər ki, Lipa çox sürətli qaçır. Onu da əlavə ediblər ki, ümumiyyətlə, təbiətdə zürafələrin sürəti saatda 60 kilometrə qədər çata bilər.

3
 İnsanın kölgəsi, arxiv şəkli

Bakıda evdən dəyəri 80 min ABŞ dolları olan qızıl külçələr oğurlandı

2
Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 177.2.3-cü (Oğurluq, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.

 

BAKI, 17 aprel — Sputnik. Paytaxtın Səbail rayonunda mənzillərdən birindən oğurluq edilib. Daxili İşlər Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, ev sahibi polisə məlumat verərək bildirib ki, naməlum şəxs mənzildən ümümi dəyəri 80 min ABŞ dolları olan ədəd qızıl külçələr oğurlayıb. Səbail Rayon Polis İdarəsi və 8-ci Polis Bölməsi əməkdaşlarının “isti” izlərlə həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticsində qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini Ceyhun Məmmədov saxlanılıb. O, ifadəsində qeyd edilən hadisəni törətdiyini etiraf edib. Polis əməkdaşları tərəfindən C.Məmmədovdan həmin  külçələr aşkar olunaraq maddi sübut kimi götürülüb.

Qeyd edilən faktlaa bağlı Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 177.2.3-cü (Oğurluq, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb. İstintaq tədbirləri davam etdirilir

2