İlham Əliyevin Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru ilə videokonfrans formatında görüşü olub

İlham Əliyev Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri ilə görüşüb

21
(Yenilənib 19:39 01.04.2021)
Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus COVAX təşəbbüsü çərçivəsində ən qısa zamanda 84 min “AstraZeneca” peyvəndinin Azərbaycana göndəriləcəyini deyib.

BAKI, 1 aprel - Sputnik. Aprelin 1-də Ümumdünya Səhiyyə Təşkilatının Baş direktorunun təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşkilatın Baş direktoru Tedros Adhanom Qebreyesusla videokonfrans formatında görüşü olub.

Sputnik Azərbaycan xəbər verir ki, görüşdə Ümumdünya Səhiyyə Təşkilatının Avropa Bürosunun sədri Hans Klüqe və təşklilatın digər rəhbər nümayəndələri iştirak ediblər.

Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus Azərbaycanın təşkilata bütün sahələrdə, o cümlədən maliyyə sahəsində 10 milyon dollar dəyərində etdiyi yardımı yüksək qiymətləndirərək ölkəmizin Ümumdünya Səhiyyə Təşkilatına siyasi və mənəvi dəstəyinin çox dəyərli olduğunu qeyd edib.

Prezident İlham Əliyev pandemiya ilə mübarizə istiqamətində ölkəmizdə görülən işlərdən danışıb, bu sahədə Azərbaycanın beynəxalq əməkdaşlığa verdiyi tövhələri qeyd edib. Ölkəmizin təşəbbüsü ilə BMT Baş Assambleyasının koronavirus xəstəliyi ilə mübarizəyə həsr edilən xüsusi sessiyasının, Türk Şurasının fövqəladə Zirvə görüşünün keçirildiyini bildirib. Martın 21-də isə BMT-nin İnsan Hüquqları Şurasının 46-cı sessiyası çərçivəsində Qoşulmama Hərəkatının sədri qismində Azərbaycanın təşəbbüsü ilə “COVID-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi” adlı qətnamənin qəbul edildiyini vurğulayıb.

Dövlətimizin başçısı dünyada pandemiyaya qarşı mübarizənin əhəmiyyətinə toxunaraq peyvənd millətçiliyi ilə bağlı ictimaiyyətə açıqlamalar verdiyini, bəzi ölkələrin tələb olunandan daha çox peyvənd sifariş etdiyini, bəzi ölkələrin isə ciddi problemlərlə üzləşdiyini bildirib. Prezident İlham Əliyev peyvəndlərin ədalətli şəkildə bölüşdürülməsində müşahidə edilən ayrıseçkiliyin məyusluq yaratdığını diqqətə çatdırıb.

Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus COVAX təşəbbüsü çərçivəsində ən qısa zamanda 84 min “AstraZeneca” peyvəndinin Azərbaycana göndəriləcəyini deyib. Prezident İlham Əliyev bununla bağlı təşəkkürünü bildirib.

21
Milli Televiziya və Radio Şurası

Milli Televiziya Radio Şurasının üzvü vəfat edib

2
(Yenilənib 11:14 12.04.2021)
Milli Televiziya və Radio Şurasının üzvü Cəfərov Məmməd Hüseyn oğlu 12 aprel 2021-ci il tarixdə gecə saatlarında ürək tutmasından dünyasını dəyişib.

BAKI, 12 aprel - Sputnik. Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının üzvü Cəfərov Məmməd Hüseyn oğlu 12 aprel 2021-ci il tarixdə gecə saatlarında ürək tutmasından vəfat edib.

Bu barədə məlumat Sputnik Azərbaycan-a MTRŞ-dan verilib. Məmməd Cəfərov bu gün torpağa veriləcək. 

2
PPX avtomobili

Daha iki koronavirus xəstəsinə cinayət işi açılıb

2
Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə 2 nəfər barəsində cinayət işi başlanılıb.

BAKI, 12 aprel — Sputnik. Daxili işlər orqanlarının əməkdaşları tərəfindən şənbə və bazar günlərində respublika ərazisində 17 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Polis əməkdaşları onlarla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadıqları evə qaytarıb, bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.

Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə 2 nəfər barəsində cinayət işi başlanılıb.

Hazırda istintaq araşdırmaları davam etdirilir.

"Bir daha vətəndaşlarımızdan koronavirusla əlaqədar tətbiq edilmiş xüsusi karantin rejimindən irəli gələn bütün tələb və qadağalara ciddi riayət etmələrini xahiş edirik", - Mətbuat xidmətindən bildirilib.

2