Uşaq bağçası, arxiv şəkli

Bağçalar repetitor hazırlığı ilə bağlı hansı qərar veriləcək?

15
"Məktəbəqədər təhsil müəssisələri yerli icra hakimiyyəti orqanlarına tabedir. Həmin icra hakimiyyəti orqanları vəziyyəti təhlil edərək müvafiq qərar qəbul edəcəklər".

BAKI, 1 aprel — Sputnik. Ənənəvi tədrisin dayandırılması ilə bağlı bu gün verilmiş qərar hələlik yalnız ümumtəhsil müəssisələrinə aiddir. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Təhsil Nazirliyinin Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu deyib. Onun sözlərinə görə, ali təhsil müəssisələrində əyani tədrisə başlanılmamışdı. Bu müəssisələrdə tədris distant formada aparılırdı: "Məktəbəqədər təhsil müəssisələri isə yerli icra hakimiyyəti orqanlarına tabedir. Həmin icra hakimiyyəti orqanları vəziyyəti təhlil edərək müvafiq qərar qəbul edəcəklər".

O, repetitorlarla bağlı məsələyə aydınlıq gətirib. V.Yaqublu bildirib ki, distant tədrisə keçirilmə repetitorluq fəaliyyətinə aid deyil: "Repetitorluq fəaliyyəti Təhsil Nazirliyinin tabeliyində deyil, biznes sahəsinə aiddir. Repetitorluq sahəsi ilə bağlı qərarlar Nazirlər Kabineti tərəfindən verilir".

15
ABŞ prezidneti Co Bayden, arxiv şəkli

Baydenlə Putinin görüşü yaxın həftələrdə baş tuta bilər

4
"Biz Rusiya ilə stabil və təxmin edilən münasibətləri üstün tuturuq. Bu, öz növbəsində kommunikasiya xətlərinin açıq olmasını tələb edir ki, biz baxışlarımız, siyasət, Rusiyanın hərəkətlərinə qarşı etirazımız barədə aydın danışa bilək" - Blinken.

BAKI, 15 aprel - Sputnik. ABŞ Prezidenti Cozef Bayden rusiyalı həmkarı Vladimir Putinə "yaxın həftələrdə" görüşməyi təklif edib.

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu ABŞ dövlət katibi Entoni Blinken deyib. Bir qədər öncə isə Ağ Ev görüşün yaxın bir neçə ay ərzində baş tuta biləcəyini bildirmişdi.

​"Biz Rusiya ilə stabil və təxmin edilən münasibətləri üstün tuturuq. Bu, öz növbəsində kommunikasiya xətlərinin açıq olmasını tələb edir ki, biz baxışlarımız, siyasət, Rusiyanın hərəkətlərinə qarşı etirazımız barədə aydın danışa bilək. Bu, yanlışlardan qaçmaq üçün vacibdir. Bunu da siz dünən gördünüz: Bayden prezident Putinə zəng vuraraq yaxın həftələrdə görüşməyi təklif etdi", - Blinken Brüsseldə təşkil olunmuş mətbuat konfransında deyib.

4
Teqlər:
görüş, Cozef Bayden, Vladimir Putin
ABŞ-ın Hərbi Dəniz Qüvvələrinə məxsus Ross esminetsi Bosfor boğazında

Qara dənizdə baş verir? ABŞ Türkiyəyə xəbərdarlığını geri götürdü

10
"Bəli, ABŞ səfirliyi bizim nazirliyi bu barədə məlumatlandırıb", - gəmilərin keçidinin təxirə salınması barədə suala cavabında XİN əməkdaşı bildirib.

BAKI, 15 aprel - Sputnik. ABŞ-ın Ankaradakı səfirliyi özlərinin iki hərbi gəmisinin Bosfor boğazı vasitəsilə Qara dənizə keçməyəcəyi barədə Türkiyəni məlumatlandırıb.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən məlumat verilib.

Qeyd edək ki, bundan öncə Türkiyə XİN-dəki mənbə RİA Novosti-yə bildirmişdi ki, Vaşinqton Ankaraya iki hərbi gəmisinin Bosfor boğazı vasitəsilə Qara dənizə keçəcəyi və aprelin 14-15-dən mayın 4-5-dək orada qalacağı barədə xəbərdarlıq etmişdi. Pentaqonun rəsmi nümayəndəsi Con Kirbinin sözlərinə görə, Amerika hərbi gəmilərinin Qara dənizdəki əməliyyatları "rutin xarakter" daşıyır və ABŞ bu fəaliyyəti Türkiyə hökuməti ilə Montrö razılaşması çərçivəsində gerçəkləşdirir. 

"Bəli, ABŞ səfirliyi bizim nazirliyi bu barədə məlumatlandırıb", - gəmilərin keçidinin təxirə salınması barədə suala cavabında XİN əməkdaşı bildirib.

 

10
Teqlər:
təxirə salınmaq, keçid, hərbi gəmi, Qara dəniz, ABŞ, Türkiyə