BAKI, 31 mart — Sputnik. Ermənistanın Yüksək Texnologiyalar Sənayesi naziri Akop Arşakyan istefaya verib. Sputnik Ermənistan xəbər verir ki, Arşakyan öz "Facebook" səhifəsində qeyd edib ki, bu gün onun nazir kimi işlədiyi son gündür.
"Ermənistan vətəndaşı olaraq vəzifəli şəxs tərəfindən digər vətəndaşa qarşı güc tətbiqini yolverilməz hesab edirəm. Biz zorakılığın olmadığı cəmiyyətin formalaşdırılması yolunda irəliləməliyik", - deyə nazir qeyd edib.
Ermənistanın yüksək texnologiyalar sənayesi naziri martın 18-i Akop Arşakyan kafedə jurnalist Paylak Fahradyana hücum edib. Bununla bağlı videogörüntüləri "Mediaport" teleqram kanalı paylaşmışdı. Videomaterialda jurnalistin kompüter qarşısında əyləşərək işlədiyi əks olunur. Bu vaxt nazir ona yaxınlaşaraq əlini dartır, sonra üzünə yumruq vurur. Nazir bundan sonra kompüterə zərbə endirir.
BAKI, 15 aprel - Sputnik. ABŞ Prezidenti Cozef Bayden rusiyalı həmkarı Vladimir Putinə "yaxın həftələrdə" görüşməyi təklif edib.
Sputnik Azərbaycan-ın məlumatına görə, bunu ABŞ dövlət katibi Entoni Blinken deyib. Bir qədər öncə isə Ağ Ev görüşün yaxın bir neçə ay ərzində baş tuta biləcəyini bildirmişdi.
RUSSIA: Jen Psaki jokes with a reporter about a possible meeting between President Biden and Vladimir Putin pic.twitter.com/6HpEEiaPCA
— Forbes (@Forbes) April 13, 2021
"Biz Rusiya ilə stabil və təxmin edilən münasibətləri üstün tuturuq. Bu, öz növbəsində kommunikasiya xətlərinin açıq olmasını tələb edir ki, biz baxışlarımız, siyasət, Rusiyanın hərəkətlərinə qarşı etirazımız barədə aydın danışa bilək. Bu, yanlışlardan qaçmaq üçün vacibdir. Bunu da siz dünən gördünüz: Bayden prezident Putinə zəng vuraraq yaxın həftələrdə görüşməyi təklif etdi", - Blinken Brüsseldə təşkil olunmuş mətbuat konfransında deyib.
BAKI, 15 aprel - Sputnik. ABŞ-ın Ankaradakı səfirliyi özlərinin iki hərbi gəmisinin Bosfor boğazı vasitəsilə Qara dənizə keçməyəcəyi barədə Türkiyəni məlumatlandırıb.
Sputnik Azərbaycan bildirir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən məlumat verilib.
Qeyd edək ki, bundan öncə Türkiyə XİN-dəki mənbə RİA Novosti-yə bildirmişdi ki, Vaşinqton Ankaraya iki hərbi gəmisinin Bosfor boğazı vasitəsilə Qara dənizə keçəcəyi və aprelin 14-15-dən mayın 4-5-dək orada qalacağı barədə xəbərdarlıq etmişdi. Pentaqonun rəsmi nümayəndəsi Con Kirbinin sözlərinə görə, Amerika hərbi gəmilərinin Qara dənizdəki əməliyyatları "rutin xarakter" daşıyır və ABŞ bu fəaliyyəti Türkiyə hökuməti ilə Montrö razılaşması çərçivəsində gerçəkləşdirir.
"Bəli, ABŞ səfirliyi bizim nazirliyi bu barədə məlumatlandırıb", - gəmilərin keçidinin təxirə salınması barədə suala cavabında XİN əməkdaşı bildirib.