Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya Qərbin Donbası yenidən alovlandırmağa hazır olub-olmadığını araşdırır

© AFP 2023 / SHAH MARAIВоенный с автоматом, фото из архива
Военный с автоматом, фото из архива - Sputnik Azərbaycan, 1920, 31.03.2021
Abunə olmaq
ABŞ administrasiyanın ilk addımları o qədər destruktivdir ki, onlar sözdən işə keçərək münaqişəni yenidən qızışdıra da bilərlər.

BAKI, 31 mart — Sputnik. Martın 30-da Rusiya, Almaniya və Fransa liderləri arasında danışıqlarda Donbasdakı vəziyyət müzakirə olunub. Rəsmi Kiyevin videokonfrans formatında keçirilən tədbirə bir gün əvvəlki münasibəti isə bu cür olub: "Ukrayna olmadan Ukrayna barədə heç nə".

Lakin tədbirin iştirakçıları elan olunarkən rəsmi Moskva Putin, Merkel və Makronun Donbasdan savayı digər məsələləri də müzakirə olunacağını bildirmişdi.

Kiyevin məsələyə münasibətindən sonra Kreml "Normand formatı" ilə bağlı "işlərin yaxşı olmadığını" birmənalı şəkildə bildirib. Rusiya prezidentinin mətbuat katibi isə bildirib ki, "prezident Zelenskinin dövründə nə Minskdə əldə olunmuş razılıqlar, nə də sonradan Parisdəki danışıqlar nəticəsində razılaşdırılmış tədbirlər istiqamətində heç bir irəliləyiş əldə olunmayıb.

Minsk razılaşmalarından sonra keçmiş altı il ərzində Donbasda dəfələrlə münaqişəni alovlandıra biləcək hadisələr baş verib. Lakin hər dəfə bu hallar ayrı-ayrı toqquşmalardan irəli getməyərək tam miqyaslı müharibəyə çevrilməyib.

Vəziyyətin bu cür olmasının əsas səbəbi həmişə Qərbin müharibənin yenidən başlanmasında marağının olmamasıdır. Halbuki, həyəcan təbili çalanlar hər dəfə hadisələrin ən pessimist və qanlı davamını proqnozlaşdırırdılar.

Nəticədə Donbasda baş verənlər yenə də "fasilə" rejiminə qoyulub, sonrakı hadisələr isə status-kvonu bir qədər də möhkəmləndirib.

Avropa Rusiyanı bu ssenari ilə sındırmağın mümkün olmadığına tam əmin olduğundan tədricən ikitərəfli münasibətləri bərpa etməyə başlayıb. ABŞ-da isə yeni prezident seçildi və Trampın xarici siyasətində əsas istiqamət Çinə təzyiqlər idi.

İndi isə ABŞ-da sadəcə demokratlar deyil, 2010-cu illərdə Amerika esteblişmentinin məhz Donbasda müharibənin qızışdırılmasında maraqlı nümayəndələri gəlib. Bundan əlavə, administrasiyanın ilk addımları o qədər destruktivdir ki, onlar sözdən işə keçərək münaqişəni yenidən qızışdıra da bilərlər.

Okeanın bu tayında da vəziyyət kifayət qədər mürəkkəbdir. Avropa İttifaqı rusofobiyanın səviyyəsini hədsiz artırmaqla Rusiya ilə münasibətləri son onilliklər ərzində müşahidə olunan ən aşağı nöqtəyə salıb. Həm də bu Co Baydenin Ağ Evə daxil olmasından əvvəl, yəni müstəqil və könüllü şəkildə olunub. Odur ki avropalıların budəfəki hərəkətlərini müttəfiqlik naminə Vaşinqtonun sözü ilə oturub-durmaq zərurəti ilə izah etmək olmaz.

Avropanın son hərəkətlərində maraqlı məqam bu yolda hansı həddə qədər getməyə hazır olmasıdır. Hazırda isə anti-Rusiya vektorunun avropalıları rəsmi Kiyevin hərbi sahədə dəstəklənməsinə gətirib-gətirməyəcəyi maraqlıdır.

Məhz bu məsələ Putinin Almaniya və Fransa liderləri ilə danışıqlarını aktual edir. Məsələ təkcə qarşılıqlı olaraq mövqelərin aydınlaşdırılması deyil, həmçinin Rusiya prezidentinin Donbasda müharibənin yenidən alovlanmasının təkcə Ukraynanı deyil, Avropanı da məhvə apara biləcəyini Qərbi Avropadakı həmkarlarına çatdırmasındadır.

Xəbər lenti
0