Xarici İşlər naziri Ceyhun Bayramov

"Ermənistanın cəzasızlığına son qoyulmalıdır" - Ceyhun Bayramov

10
(Yenilənib 14:49 31.03.2021)
Martın 30-dan aprelin 2-dək davam edən kütləvi qırğınlarda Stepan Şaumyanın rəhbərlik etdiyi erməni bolşevik dəstələri Bakıda minlərlə insanı qətlə yetirib, müsəlman ziyarətgahlarını yandırıb, Bakı əhalisinin 400 milyon manatlıq əmlakını müsadirə edib.

BAKI, 31 mart — Sputnik. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar paylaşım edib.

Sputnik Azərbaycan xəbər verir ki, Ceyhun Bayramov öz "Twitter" səhifəsində qeyd edib:

"Mart qırğınının günahsız qurbanlarını xatırlayaraq, Ermənistan tərəfindən Azərbaycan xalqına qarşı bu günədək törədilən soyqırım, bəşəriyyət əleyhinə cinayət, irqi ayrı-seçkilik və etnik təmizləməyə əsaslanan məqsədyönlü siyasəti qəti şəkildə pisləyir və bu qəbildən olan qeyri-insani cinayətlərin qarşısının alınması və gələcəkdə təkrarlanmaması üçün Ermənistanın cəzasızlığına son qoyulmasının vacibliyini vurğulayırıq", - deyə nazir qeyd edib.

Ceyhun Bayramov vurğulayıb ki, Azərbaycan, öz növbəsində sülhü təmin etmək və cəzasızlığa son qoymaq üçün bütün lazımı hüquqi tədbirləri görəcək.

Qeyd edək ki, bu gün, 31 mart — Azərbaycanlıların Soyqırımı Günüdür. Azərbaycanlıların soyqırımından 103 il ötür.

1918-ci il martın 30-u gecə saatlarında Bakıda başlanan kütləvi qırğınlar 20 minə yaxın günahsız insanın, o cümlədən çoxlu sayda qoca, qadın və uşağın qətli ilə nəticələnib.

Martın 30-dan aprelin 2-dək davam edən kütləvi qırğınlarda Stepan Şaumyanın rəhbərlik etdiyi erməni bolşevik dəstələri Bakıda minlərlə insanı qətlə yetirib, müsəlman ziyarətgahlarını yandırıb, Bakı əhalisinin 400 milyon manatlıq əmlakını müsadirə edib. Kütləvi qırğınlar zamanı şəhərin ən möhtəşəm məscidi sayılan Təzəpir məscidi aramsız top atəşinə tutulub, ermənilər Bakının ən möhtəşəm memarlıq incilərindən olan "İsmailiyyə" binasını yandırıblar.

Azərbaycanlılara qarşı həyata keçirilən soyqırımı siyasəti təkcə Bakı şəhəri ilə məhdudlaşmayıb. Martın 31-də erməni daşnakları Şamaxı qəzasının 53 kəndində 8027 azərbaycanlını, o cümlədən 2560 qadın və 1277 uşağı qətlə yetiriblər. Qubanın 162 kəndində öldürülən günahsız azərbaycanlıların sayı isə 16 mindən artıq olub. Erməni daşnakları Lənkəran, Muğan bölgəsi və Dağlıq Qarabağda minlərlə kəndi yandırıb, on minlərlə insanı vəhşicəsinə qətlə yetiriblər. 1918-ci il iyulun 15-də Azərbaycan Demokratik Respublikasının yaratdığı Fövqəladə Təhqiqat Komissiyası bu qırğınlarla bağlı çoxsaylı sənədləri toplayaraq hökumətə təqdim edib,

1919-cu ildə Azərbaycan parlamenti 31 Mart tarixinin Azərbaycanlıların Soyqırımı günü kimi qeyd olunması barədə qərar qəbul edib. Sovet hakimiyyəti illərində bu tarix yaddaşlardan silinsə də, müstəqillik dövründə tarixi sənədlər əsasında 31 mart 1918-ci ildə Azərbaycan xalqının başına gətirilən faciəvi hadisələrlə bağlı çoxsaylı araşdırmalar aparılıb, kitablar dərc olunub.

1998-ci il martın 26-da prezident Heydər Əliyev "Azərbaycanlıların soyqırımı haqqında" fərman imzalayıb. Həmin gündən 31 Mart tarixi Azərbaycanlıların Soyqırımı günü kimi qeyd olunur.

Bu münasibətlə dünyanın müxtəlif ölkələrində tədbirlər, anım mərasimləri, konfranslar keçirilir.

Azərbaycan Prezidenti İlham Əliyev 2018-ci ildə azərbaycanlıların soyqırımının 100 illiyi haqqında sərəncam imzalayıb.

10
Türkiyə hərbçiləri, arxiv şəkli

İrandan Türkiyəni qəzəbləndirəcək plan

78
(Yenilənib 22:55 17.04.2021)
Rusiya ordusuna bağlı birliklər Suriyanın Tel-Rıfat bölgəsini tərk edərkən yerlərinə İran İnqilab Keşikçilərinin elementləri yerləşdirilib.

BAKI, 17 aprel — Sputnik. Türkiyə 6 ildir PKK işğalı altında olan Suriyanın Tel-Rıfat qəsəbəsini və İraq-Suriya sərhəddində yerləşən Sincar bölgəsini terrorçulardan təmizləməyə çalışır.

Sputnik Azərbaycan "Haber7"yə istinadla xəbər verir ki, Tel-Rıfatda Rusiya ordusuna bağlı birliklər bölgəni tərk edərkən yerlərinə İran İnqilab Keşikçilərinin elementləri yerləşdirilib. Digər terror bölgəsi olan Sincara isə Tehrana bağlı "Haşdi Şabi" milisləri yerləşdirilib.

"Hizbullah"ın baş katibi Hüseyin Həmdavi və "Haşdi Şabi"nin qurucusu Hadi əl-Amiri və digərləri Sincar ilə əlaqədar Türkiyəni təhdid ediblər.

"Fərat qalxanı" bölgəsindəki yüksək səviyyəli bir mənbə Tel-Rıfata qarşı hərbi əməliyyat üçün bütün hazırlıqların 2018-ci ildə tamamlandığını, ancaq İranın maneə törətdiyi üçün əməliyyatın təxirə salındığını söyləyib.

 

 

78
Belarus Prezidenti Aleksandr Lukaşenko, arxiv şəkli

Lukaşenkoya qarşı sui-qəsd hazırlayanlar Moskvada saxlanılıb

70
Zenkoviç və Feduta messencerlərdən biri vasitəsilə apardıqları şəxsi söhbətlərində Belarus Respublikasında silahlı üsyan planının müzakirəsini təşkil ediblər və Moskvada ölkənin Silahlı Qüvvələrinin müxalif yönümlü generalları ilə fərdi görüş keçirməyi qərara alıblar.

BAKI, 17 aprel - Sputnik. Rusiya paytaxtında ABŞ və Belarus ikili vətəndaşlığı olan Yuri Zenkoviç və Belarus vətəndaşı Aleksandr Feduta saxlanılıb.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Federal Təhlükəsizlik Xidmətinin (FTX) İctimaiyyətlə əlaqələr mərkəzi məlumat yayıb.

Məlumata görə, həmin şəxslər may ayının 9-da Minskdə hərbi çevriliş etməyi və Belarus Prezidenti Aleksandr Lukaşenkonun fiziki yolla hakimiyyətdən kənarlaşdırılmasını planlaşdırırmışlar.

“Rusiya FTX Belarus Respublikasının Dövlət Təhlükəsizlik Komitəsi ilə birlikdə keçirdiyi xüsusi əməliyyat zamanı yerli və ukraynalı millətçilərin cəlb edilməsi yolu ilə Belarusda “rəngli inqilab” ssenarisinin işlənilməsi əsasında hərbi çevriliş təşkil etməyi və prezident Aleksandr Lukaşenkonun fiziki olaraq hakimiyyətdən kənarlaşdırılmasını planlaşdıran ABŞ və Belarus vətəndaşlığı olan Yuri Leonidoviç Zenkoviç və Belarus vətəndaşı Feduta Aleksandr İosifoviçin qanunsuz fəaliyyətləri ifşa olunub”, - deyə məlumatda qeyd olunub.

Məlumata görə, Zenkoviç və Feduta messencerlərdən biri vasitəsilə apardıqları şəxsi söhbətlərində Belarus Respublikasında silahlı üsyan planının müzakirəsini təşkil ediblər və Moskvada ölkənin Silahlı Qüvvələrinin müxalif yönümlü generalları ilə fərdi görüş keçirməyi qərara alıblar.

Zenkoviç Moskvaya gəldikdən sonra ABŞ və Polşadakı məsləhətləşmələrdən sonra görüş paytaxt restoranlarından birinin kabinəsində baş tutub, görüş zamanı sui-qəsdçilər “Belarus generalları”na bildiriblər ki, planlarının uğurla həyata keçirilməsi üçün respublikanın bütün yüksək rəhbərliyini fiziki cəhətdən kənarlaşdırmaq lazımdır.

Onlar xüsusi olaraq xalqa müraciətlərini yayımlamaq üçün radio və televiziya mərkəzlərinin ələ keçirilməsinin və paytaxtda hazırkı hökumətə sadiq olan daxili qoşunlar və çevik polis qüvvələrinin bloklanmasının nəzərdə tutulduğu hərbi çevriliş planını ətraflı müzakirə ediblər.

Belarus prezidentinin hakimiyyətdən kənarlaşdırılması ilə konstitusiya quruluşunun dəyişdirilməsi və ölkənin idarə edilməsini “Milli Sülh Komitəsi”nə həvalə olunması yekun hədəf olaraq qarşıya qoyulmuşdu.

Zenkoviç və Feduta ilə bağlı Belarus istintaq orqanları Cinayət Məcəlləsinin 357-ci maddəsi (sui-qəsd və ya dövlət hakimiyyətini ələ keçirmək məqsədi ilə törədilən digər hərəkətlər) ilə cinayət işi başlanılıb.

70