Bibisinin evindən oğurluq edən şəxs saxlanılıb

© AFP 2023 / PRAKASH MATHEMAТень людей, фото из архива
Тень людей, фото из архива - Sputnik Azərbaycan, 1920, 31.03.2021
Abunə olmaq
Ağstafada bibisinin evindən oğurluq edən şəxs saxlanılıb Ağstafada bibisinin evindən oğurluq edən şəxs saxlanılıb.

BAKI, 31 mart — Sputnik. Ağstafa rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində 2 fərdi yaşayış evindən oğurluq edən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Sputnik Azərbaycan-a verilən məlumata görə, aparılan araşdırmalarla müəyyən edilib ki, rayon sakini Sarı Əmirov sinif yoldaşı Vüsal Böyükkişiyevlə qabaqcadan əlbir olaraq, bibisinə məxsus fərdi yaşayış evinə qeyri-qanuni yolla daxil olaraq oradan 3000 manat dəyərində müxtəlif növ məişət əşyalarını və 7000 manat dəyərində müxtəlif qızıl-zinət əşyalarını gizli yolla talayaraq oğurlayıb.

Davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində həmin şəxslərin rayon ərazisində digər anoloji cinayət hadisəsi törətmələri aşkar edilib. Belə ki, həmin şəxslər rayonun Dağ Kəsəmən kəndində digər bir evə qanunsuz yolla daxil olaraq oradan da müxtəlif məişət əşyalarını oğurlayıblar.

Şübhəli şəxslər saxlanılaraq istintaqa təhvil verilib. Dindirilmə zamanı onlar törətdikləri oğurluq hadisələrini etiraf edərək oğurladıqları əşyaları müxtəlif yerlərdə satdıqlarını bildiriblər.

Xəbər lenti
0