Zaqatalaya mənzərə

Bu gün hava isti olacaq

7
(Yenilənib 11:12 31.03.2021)
Martın 31-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.

BAKI, 31 mart — Sputnik. Martın 31-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, martın 31-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq, cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu Abşeronda gecə 5-7, gündüz 12-16, Bakıda gecə 5-7, gündüz 13-15 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 771 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz təşkil edəcək.

Martın 31-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi dağlıq ərazilərdə yağıntılı olacağı, dolu düşəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 4-8, gündüz 12-17 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoz

Martın 31-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.

7
Nyu-Yorkda Tayms-skver meydanı, arxiv şəkli

Məşhurlar Nyu-York küçələrini podiuma çevirdilər - FOTO

9
Kadrlardan görünür ki, İrina Şeyk, Bella Hadid, Naomi Kempbell, Eşli Qrem, Liya Kebede, Helena Kristensen və Alek Uek Nyu-York küçələrini əsl podiuma çeviriblər.

BAKI, 10 aprel — Sputnik. Nyu-Yorkda "Michael Kors Collection"ın nümayişi keçirilib.

Sputnik Azərbaycan xarici mediaya istinadən xəbər verir ki, pandemiya ilə əlaqədar olaraq tədbir rəqəmsal formatda baş tutub: modellərin yürüşü video qeydiyyata alınıb, ictimaiyyətə isə daha sonra təqdim ediləcək.

​Amma buna baxmayaraq, "Michael Kors Collection"dan ilk fotolar mediaya sızıb. Kadrlardan görünür ki, İrina Şeyk, Bella Hadid, Naomi Kempbell, Eşli Qrem, Liya Kebede, Helena Kristensen və Alek Uek Nyu-York küçələrini əsl podiuma çeviriblər.

​Dünyaca məşhur modellərin bir araya toplaşması nadir hadisə hesab olunur. Ona görə də şounun çox yaddaqalan olacağı barədə proqnozlar verilib.

9
Teqlər:
Nyu-York, moda
Lil Nas X, arxiv şəkli

Dizaynında insan qanı istifadə olunan "İblis ayaqqabıları" satışdan çıxarıldı

6
Xatırladaq ki, rep ifaçısı Lil Nas X "Satanic Shoes" ("İblis ayaqqabıları") adı altında 666 cüt idman ayaqqabısı istehsal edib. İdman ayaqqabısı "Nike Air Max 97"-yə bənzəyir.

BAKI, 10 aprel — Sputnik. "İblis ayaqqabıları"nın satıcısı "Nike"ın məhkəmə iddiasından sonra onun satışdan geri çağırılmasına razılıq verib.

Sputnik Azərbaycan xarici mediaya istinadən xəbər verir ki, ödədikləri pullar alıcılara geri qaytarılacaq.

Xatırladaq ki, rep ifaçısı Lil Nas X "Satanic Shoes" ("İblis ayaqqabıları") adı altında 666 cüt idman ayaqqabısı istehsal edib. İdman ayaqqabısı "Nike Air Max 97"yə bənzəyir, sadəcə altlıq hissədə hava qabarcığı mürəkkəbə qarışmış bir damla qan ilə doldurulub.

Посмотреть эту публикацию в Instagram

Публикация от Vince Hizon (@vincehizon12)

Bununla əlaqədar olaraq "Nike" məhkəməyə müraciət edib və həmin idman ayaqqabıların satışının müvəqqəti qadağan olunmasına nail olub.

6