Kinolent, arxiv şəkli

"Böyük Qayıdış" film müsabiqəsinə sənəd qəbulu başa çatıb

6
(Yenilənib 15:50 30.03.2021)
Qəbul olunmuş layihələrdən 5-i televiziya kanalları, 7-si dövlət studiyaları, 37-si isə müstəqil prodüser mərkəzləri tərəfindən təqdim edilib.

BAKI, 30 mart — Sputnik. Milli kinematoqrafiya sahəsində fəaliyyət göstərən yaradıcı şəxslərə dəstək olmaq, bu istiqamətdə çalışan dövlət studiyalarının və müstəqil prodüser mərkəzlərinin fəaliyyətini stimullaşdırmaq, milli-mənəvi və ümumbəşəri dəyərləri filmlərlə təbliğ etmək, kino peşəkarlarının təcrübələrini daha da yüksəltmək və Vətən müharibəsində qazanılmış böyük zəfərə kino vasitəsi ilə töhfə vermək məqsədilə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən elan olunmuş "Böyük Qayıdış" qısametrajlı bədii, sənədli və animasiya film layihələri müsabiqəsinə sənəd qəbulu başa çatıb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.

Bildirilib ki, 2020-ci ildə Vətən müharibəsində xalqımızın əldə etdiyi şanlı Qələbə, Azərbaycan əsgərinin ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda göstərdiyi qəhrəmanlıq mübarizəsi, yurd həsrəti ilə alışıb-yanan həmyerlilərimizin dədə-baba torpaqlarına qovuşması, habelə arxa cəbhədə yumruq kimi birləşən vətəndaşlarımızın fəaliyyəti mövzularını əhatə edən müsabiqəyə təqdim edilmiş işlərdən müsabiqənin ilkin qəbul şərtlərinə cavab verən 49 layihə ikinci – Bədii seçim mərhələsində iştirak hüququ əldə edib.

Qəbul olunmuş layihələrdən 5-i televiziya kanalları, 7-si dövlət studiyaları, 37-si isə müstəqil prodüser mərkəzləri tərəfindən təqdim edilib.

Qeyd edək ki, bədii seçim mərhələsində film layihələrini mədəniyyət nazirinin əmri ilə təsdiq edilmiş münsiflər heyəti bədii-kinematoqrafik baxımdan 16 aprel 2021-ci il tarixinədək qiymətləndirəcək və qaliblərinin adları nazirliyin www.mct.gov.az internet saytında və "Mədəniyyət" qəzetində açıqlanacaq. Bu mərhələdə seçilən layihələr 3-cü mərhələyə – istehsalçıların pitçinqi mərhələsinə buraxılacaq.

19-29 aprel 2021-ci il tarixində təşkil olunacaq pitçinqdə layihələrin təqdimatı müəlliflər tərəfindən həyata keçiriləcək, iştirakçılar layihələrini açıq pitçinqdə müdafiə edəcəklər. Bu mərhələdə münsiflər heyətinin rəyi əsasında ən yaxşı layihələr müəyyən ediləcək. 30 aprel 2021-ci il tarixdə elan ediləcək qalib layihələr onları təqdim etmiş müəssisə tərəfindən Mədəniyyət Nazirliyinin sifarişi və maliyyə təminatı əsasında istehsal olunacaq.

6
FTX

FTX Ukraynanın Peterburqdakı konsulunu saxlayıb

2
(Yenilənib 15:58 17.04.2021)
Ukrayna xarici işlər nazirliyi isə yaxın vaxtlarda konsulun Vətənə qaytarılması məsələsinin həll ediləcəyini bəyan edib

BAKI, 17 aprel — Sputnik. Ukraynanın Peterburqdakı konsulu Aleksandr Sosonyuk rusiyalı bir şəxsdən "qapalı" məlumatlar alarkən yaxalanıb. Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir ki, söhbət güc nazirliklərinin informasiya bazasına daxil olan məlumatlardan gedir.

"Hazırda o Ukraynanın diplomatik nümayəndəliyindədir. Yaxalanmanın təfərrüatları araşdırılır. Mövcud təcrübə və qarşılıqlılıq prinsipi əsasında Ukrayna tərəfi cavab hazırlayır", - deyə Ukrayna XİN mətbuat katibi Oleq Nikolayenko bildirib.

Federal təhükəsizlik xidmətinin (FTX) məlumatında qeyd olunur ki, Sosonyukun fəaliyyəti "Rusiyaya qarşı düşmənçilik xarakterlidir və diplomatik işçi statusu ilə bir araya sığmır". O uzun illərdir ki Rusiyada çalışıb: Ukraynanın Peterburqdakı konsulluğununu internet saytında onun 2012-ci ilin oktyabrından burada işləməsi barədə qeyd var.

FTX məlumatında o da qeyd olunur ki, Sosonyuk beynəlxalq hüquq normalarına uyğun olaraq cəzalandırılacaq.

Rusiya prezidenti yanında millətlərarası münasibətlər şurasının rəyasət heyətinin üzvü Boqdan Bespalkonun qənaətinə görə, konsul Rusiyadan qovula bilər. O həmçinin Sankt-Peterburqdakı konsulluğun ümumiyyətlə bağlanmasını da istisna etməyib.

Ukrayna xarici işlər nazirliyi isə yaxın vaxtlarda konsulun Vətənə qaytarılması məsələsinin həll ediləcəyini bəyan edib.

"Yaxın vaxtlarda biz onun Vətənə qaytarılması məsələsini həll edəcəyik. Bizim diplomatımızın Rusiya hüquq-mühafizə orqanlarının onun haqqında iddia etdiyi hərəkətlərlə heç bir əlaqəsi yoxdur", -deyə Ukrayna xarici işlər nazirinin müavini Yevgeni Yenin bildirib.

Xatırladaq ki, diplomatlar çalışdıqları ölkələrdə toxunulmazlıq statusuna malik olurlar. Eyni zamanda Vyana konvensiyası diplomatik nümayəndələrin qanunları pozduğu və ya düşmənçilik xarakterli hərəkətlərə yol verdiyi təqdirdə olduqları dövlətin onları ölkədə qalmaq hüququndan məhrum etməsini də nəzərdə tutur.

2

Bizə heç kim çata bilməz! Zürafə Lipa yazın gəlişinə necə sevinir VİDEO

5
(Yenilənib 12:03 16.04.2021)
Moskva Zooparkının keniyalı sakini zürafə Lipa baharın gəlişinə, artıq açıq havaya çıxa bildiyinə sevinərək volyerin ətrafında dövrə vurur. Videomuzu izləyin.

Kadrlarda zürafənin bahar günəşindən ləzzət alaraq zebra ilə birlikdə meydançada necə qaçışdığı əks olunur.

Moskva Zooparkının mətbuat xidmətindən bildiriblər ki, Lipa çox sürətli qaçır. Onu da əlavə ediblər ki, ümumiyyətlə, təbiətdə zürafələrin sürəti saatda 60 kilometrə qədər çata bilər.

5