Neft buruğu, arxiv şəkli

Azərbaycan nefti ucuzlaşıb

6
(Yenilənib 12:44 30.03.2021)
"Azeri Light" neftinin bir barelinin qiyməti keçən il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub

BAKI, 30 mart — Sputnik. Azərbaycan neftinin qiyməti ucuzlaşıb.

Sputnik Azərbaycan xəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 0,25 dollar ucuzlaşaraq 63,76 dollar təşkil edib.

“Brent” markalı neftin qiyməti 0,10 dollar geriləyərək 64,88 dollar, “Light” markalı neftin qiyməti isə 0,07 dollar ucuzlaşaraq 61,49 dollar olub.

Qeyd edək ki, "Azeri Light" neftinin bir barelinin qiyməti keçən il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

6

Ağdam rayonunun İsmayılbəyli kəndindən görüntülər - VİDEO

13
(Yenilənib 10:50 20.04.2021)
Kənd 1993-cü il iyulun 4-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub. 2020-ci il noyabrın 20-də üçtərəfli bəyanatın şərtlərinə uyğun olaraq, işğaldan azad edilib.

Müdafiə Nazirliyi Ağdam rayonunun İsmayılbəyli kəndindən videogörüntülər paylaşıb. Sputnik Azərbaycan Müdafiə Nazirliyinə istinadən həmin görünütləri paylaşır. 

İsmayılbəyli Azərbaycan Respublikasının Ağdam rayonunun Bağbanlar kənd inzibati ərazi dairəsində kənddir, dağ ətəyindədir. Keçmiş adı Mərzili İsmayılbəy olub. Yaşayış məntəqəsi Cavanşir qəzasında yaşamış mərzili tayfasına mənsub ailələrin başçısı İsmayıl bəyin adı ilə adlandırılıb.

Kənd 1993-cü il iyulun 4-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub. 2020-ci il noyabrın 20-də üçtərəfli bəyanatın şərtlərinə uyğun olaraq, işğaldan azad edilib.

13
Bakıda avtobus, arxiv şəkli

Sabahdan iki marşrut xəttinin hərəkətində dəyişiklik ediləcək

16
(Yenilənib 10:40 20.04.2021)
51 və 57 nömrəli müntəzəm marşrutların hərəkət sxemləri X.Məmmədov küçəsi - Rahib Məmmədov küçəsi – Aşıq Ələsgər küçəsi – Ukrayna dairəsi  - Məhəmməd Hadi küçəsi ilə müvəqqəti təşkil ediləcək.

BAKI, 20 aprel — Sputnik. Sabahdan Xudu Məmmədov küçəsinin Çingizxan Kərimov küçəsi ilə kəsişməsindən Məhəmməd Hadi küçəsinin kəsişməsinə qədər olan hissəsində aparılan təmir-tikinti işləri ilə əlaqədar olaraq avtomobillərin hərəkəti müvəqqəti məhdudlaşdırılacaq. Bu barədə Sputnik Azərbaycan-a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Bildirilib ki, bununla əlaqədar 51 və 57 nömrəli müntəzəm marşrutların hərəkət sxemləri X.Məmmədov küçəsi - Rahib Məmmədov küçəsi – Aşıq Ələsgər küçəsi – Ukrayna dairəsi  - Məhəmməd Hadi küçəsi ilə müvəqqəti təşkil ediləcək.

16