BAKI, 30 mart — Sputnik. Düşənbə şəhərində keçirilən "Asiyanın ürəyi - İstanbul prosesi" 9-cu Nazirlər Konfransı çərçivəsində xarici işlər naziri Ceyhun Bayramovun İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif ilə görüşü keçirilib.
Xarici İşlər Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, nazirlər Azərbaycan və İran arasında mövcud olan ikitərəfli əməkdaşlıq münasibətlərinə dair məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Tərəflər Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının cari ildə keçirilmiş sonuncu iclasının nəticələrini yüksək qiymətləndiriblər.
Nazirlər, həmçinin regional təhlükəsizlik məsələləri, xüsusilə də 44 günlük Vətən müharibəsindən sonra bölgədə mövcud olan vəziyyət, imzalanmış üçtərəfli bəyanatların icrası ilə bağlı məsələləri müzakirə ediblər.
Azərbaycanın işğaldan azad olunmuş ərazilərində yenidənqurma və bərpa işlərinin aparılması üzrə fikri mübadiləsi aparılıb. Nazir Məhəmməd Cavad Zərif qeyd edib ki, İran şirkətləri azad edilmiş ərazilərin minalardan təmizlənməsi və yenidənqurma işlərində iştirak etməyə hazırdır.
Görüşdə tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
BAKI, 13 aprel — Sputnik. Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlərlə aktiv koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Sputnik Azərbaycan-a verilən məlumata görə, COVID-19 testinin nəticəsi pozitiv olan rayon sakini Natiq İsayevə ev şəraitində müalicə təyin edilməsinə və sanitar-karantin qaydaları izah olunmasına baxmayaraq, o, yaşadığı ünvanı tərk edib. Həmin şəxs polis əməkdaşları tərəfindən ictimai yerdə hərəkətdə olarkən saxlanılıb və evinə geri qaytarılıb.
N.İsayev barəsində Balakən Rayon Polis Şöbəsinin İstintaq bölməsində araşdırma aparılır.
“Media haqqında” yeni qanun layihəsi medianın inkişafına imkan verəcək”. Bunu Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) informasiya və media üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin 3-cü toplantısında çıxış edən zaman deyib.
BDU-nun jurnalistika fakültəsinin professoru Qulu Məhərrəmli Sputnik Azərbaycan-a deyir ki, “Media haqqında” qanunla bağlı ortada xeyli suallar var və onların ictimai müzakirəyə çıxarılacağı gözlənilir: “Əvvəlki qanunda o qədər dəyişikliklər edilmişdi ki, qanunun mahiyyəti təhrif edilərək tanınmaz hala düşmüşdü. Ona görə də qanunu cilalamaq və işlək hala gətirmək bu gün çox vacibdir. Azərbaycan mediasının əsas problemlərindən biri mövcud söz azadlığı çərçivəsində peşəkar fəaliyyətin qurulması məsələsidir. Medianın iqtisadi fəaliyyətinin qanunverici əsasının cilalanması da önəm kəsb edir”.
Qulu Məhərrəmlinin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz