Şəxsiyyət vəsiqəsi

Türkiyəyə şəxsiyyət vəsiqəsi ilə səfər barədə önəmli məlumat

12
Beləliklə, qeyd olunan tarixdən etibarən Azərbaycan vətəndaşları diplomatik, xidməti və ümumvətəndaş pasportları, eləcə də Azərbaycan vətəndaşının biometrik şəxsiyyət vəsiqəsi əsasında Türkiyə vizadan azad şəkildə səyahət etmək imkanına malik olacaqdır.

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 30 mart — Sputnik. Azərbaycan Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarının Türkiyəyə şəxsiyyət vəsiqəsi ilə səfərinə dair açıqlama yayıb.

Sputnik Azərbaycan xəbər verir ki, açıqlamada bildirilir:

"Ötən il dekabrın 10-da Bakıda imzalanmış "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı olaraq vizadan azad etmə haqqında 25 fevral 2020-ci il tarixində imzalanmış Sazişə dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında 1 saylı Protokol"un qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurlar hər iki tərəfdən yerinə yetirilmiş və protokol aprelin 1-də qüvvəyə minir.

Beləliklə, qeyd olunan tarixdən etibarən Azərbaycan vətəndaşları diplomatik, xidməti və ümumvətəndaş pasportları, eləcə də Azərbaycan vətəndaşının biometrik şəxsiyyət vəsiqəsi əsasında Türkiyə vizadan azad şəkildə səyahət etmək imkanına malik olacaqlar.

Yuxarıda sadalanan etibarlı sərhədkeçmə sənədlərinə malik olan Azərbaycan vətəndaşları Türkiyə ərazisinə daxil olmaq, tranzit keçmək və burada qalmaq üçün doxsan (90) gün müddətinə viza tələbindən azad edilirlər.

Türkiyə ərazisindən üçüncü ölkələrə və üçüncü ölkələrdən Türkiyə ərazisinə daxil olmaq üçün Azərbaycan vətəndaşları tərəfindən pasportların istifadə olunması məcburidir.

Bu mənada, Azərbaycan vətəndaşının biometrik şəxsiyyət vəsiqəsi yalnız Azərbaycan ərazisindən Türkiyəyə birbaşa səyahətlər üçün istifadə ediləcək.

Həmçinin, Azərbaycan vətəndaşının biometrik şəxsiyyət vəsiqəsi, eləcə də yuxarıda qeyd olunan digər sərhədkeçmə sənədləri Türkiyə ərazisinə giriş tarixindən etibarən ən az otuz (30) gün etibarlılıq müddətinə malik olmalıdır.

Eyni zamanda, Türkiyə ərazisində hər hansı səbəbdən doxsan (90) gündən artıq müddətdə qalmaq istəyən Azərbaycan vətəndaşları yaşamaq icazəsi almaq üçün tələb olunan müddətdən azı altmış (60) gün daha çox etibarlı olan pasport ilə müraciət etməlidirlər.

Azərbaycan tarixində ilk dəfə şəxsiyyət vəsiqəsinin sərhədkeçmə sənədi kimi istifadə olunmasına dair müqaviləni qardaş Türkiyə ilə imzalayıb. Bu, ölkələrimiz arasında mövcud olan dostluq, qardaşlıq və yüksək səviyyəli strateji tərəfdaşlıq münasibətlərinin bariz təcəssümüdür".

12
ABŞ prezidneti Co Bayden, arxiv şəkli

Baydenlə Putinin görüşü yaxın həftələrdə baş tuta bilər

4
"Biz Rusiya ilə stabil və təxmin edilən münasibətləri üstün tuturuq. Bu, öz növbəsində kommunikasiya xətlərinin açıq olmasını tələb edir ki, biz baxışlarımız, siyasət, Rusiyanın hərəkətlərinə qarşı etirazımız barədə aydın danışa bilək" - Blinken.

BAKI, 15 aprel - Sputnik. ABŞ Prezidenti Cozef Bayden rusiyalı həmkarı Vladimir Putinə "yaxın həftələrdə" görüşməyi təklif edib.

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu ABŞ dövlət katibi Entoni Blinken deyib. Bir qədər öncə isə Ağ Ev görüşün yaxın bir neçə ay ərzində baş tuta biləcəyini bildirmişdi.

​"Biz Rusiya ilə stabil və təxmin edilən münasibətləri üstün tuturuq. Bu, öz növbəsində kommunikasiya xətlərinin açıq olmasını tələb edir ki, biz baxışlarımız, siyasət, Rusiyanın hərəkətlərinə qarşı etirazımız barədə aydın danışa bilək. Bu, yanlışlardan qaçmaq üçün vacibdir. Bunu da siz dünən gördünüz: Bayden prezident Putinə zəng vuraraq yaxın həftələrdə görüşməyi təklif etdi", - Blinken Brüsseldə təşkil olunmuş mətbuat konfransında deyib.

4
Teqlər:
görüş, Cozef Bayden, Vladimir Putin
ABŞ-ın Hərbi Dəniz Qüvvələrinə məxsus Ross esminetsi Bosfor boğazında

Qara dənizdə baş verir? ABŞ Türkiyəyə xəbərdarlığını geri götürdü

10
"Bəli, ABŞ səfirliyi bizim nazirliyi bu barədə məlumatlandırıb", - gəmilərin keçidinin təxirə salınması barədə suala cavabında XİN əməkdaşı bildirib.

BAKI, 15 aprel - Sputnik. ABŞ-ın Ankaradakı səfirliyi özlərinin iki hərbi gəmisinin Bosfor boğazı vasitəsilə Qara dənizə keçməyəcəyi barədə Türkiyəni məlumatlandırıb.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən məlumat verilib.

Qeyd edək ki, bundan öncə Türkiyə XİN-dəki mənbə RİA Novosti-yə bildirmişdi ki, Vaşinqton Ankaraya iki hərbi gəmisinin Bosfor boğazı vasitəsilə Qara dənizə keçəcəyi və aprelin 14-15-dən mayın 4-5-dək orada qalacağı barədə xəbərdarlıq etmişdi. Pentaqonun rəsmi nümayəndəsi Con Kirbinin sözlərinə görə, Amerika hərbi gəmilərinin Qara dənizdəki əməliyyatları "rutin xarakter" daşıyır və ABŞ bu fəaliyyəti Türkiyə hökuməti ilə Montrö razılaşması çərçivəsində gerçəkləşdirir. 

"Bəli, ABŞ səfirliyi bizim nazirliyi bu barədə məlumatlandırıb", - gəmilərin keçidinin təxirə salınması barədə suala cavabında XİN əməkdaşı bildirib.

 

10
Teqlər:
təxirə salınmaq, keçid, hərbi gəmi, Qara dəniz, ABŞ, Türkiyə