Müğənni Xatirə İslam, arxiv şəkli

Məşhur müğənni dələduzluğa məruz qalıb - VİDEO

546
(Yenilənib 20:04 29.03.2021)
Xatirə İslam: "Özünə də dedim ki, bir çox yalan danışmısan, vədlər vermisən, mənə bulaşma. Yazdı ki, üzr istəyirəm, yaxınınızın pulunu qaytaracam. Sözünün üstündə dayanmadı"

BAKI, 29 mart — Sputnik. Müğənni Xatirə İslam dələduzluğa məruz qalıb. Sputnik Azərbaycan xəbər verir ki, sənətçi bu barədə "Instagram" səhifəsində məlumat verib.

O, video paylaşaraq özünü iş adamı Mübariz Mənsimovun yaxını kimi təqdim edən Sahil İmanov tərəfindən aldadıldığını açıqlayıb: "Özünü Mübariz Mənsimovun köməkçisi, ailəsinin ən yaxın adamı, Türkiyədə sayılan-seçilən kanalın rəhbəri kimi təqdim edən Sahil İmanov haqda danışacam. Mənə də dəfələrlə zəng edib, nələrsə soruşub. Əlimdən gələn paylaşımı etmişəm. Bu adama görə yox, Mübariz Mənsimovun xatirinə etmişəm".

Müğənni əlavə edib ki, Sahil İmanov Azərbaycanda olan tanınmış insanları aldadır, pulunu mənimsəyir: "Birinə deyir, sənə sosial şəbəkədə mavi işarəni alacam, birinə deyir, "Youtube"da hər şey mənlikdir. Hər şeyi bacardığını deyir. Bu cür danışaraq məşhurları aldadır. Biri mən özüm. Yaxınımı da aldadıb. Mübariz Mənsimovun işçisidirsə, bir ölçü götürülsün. Sahilin özünə də dedim ki, bir çox yalan danışmısan, vədlər vermisən, mənə bulaşma. Yazdı ki, üzr istəyirəm, yaxınınızın pulunu qaytaracam. Sözünün üstündə dayanmadı".

Sənətçi daha sonra sözügedən paylaşıma yazılan rəylərə cavab verərək aldadılan yaxınının Əməkdar artist Vasif Məhərrəmli olduğunu vurğulayıb.

 

546

Ağdam rayonunun İsmayılbəyli kəndindən görüntülər - VİDEO

13
(Yenilənib 10:50 20.04.2021)
Kənd 1993-cü il iyulun 4-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub. 2020-ci il noyabrın 20-də üçtərəfli bəyanatın şərtlərinə uyğun olaraq, işğaldan azad edilib.

Müdafiə Nazirliyi Ağdam rayonunun İsmayılbəyli kəndindən videogörüntülər paylaşıb. Sputnik Azərbaycan Müdafiə Nazirliyinə istinadən həmin görünütləri paylaşır. 

İsmayılbəyli Azərbaycan Respublikasının Ağdam rayonunun Bağbanlar kənd inzibati ərazi dairəsində kənddir, dağ ətəyindədir. Keçmiş adı Mərzili İsmayılbəy olub. Yaşayış məntəqəsi Cavanşir qəzasında yaşamış mərzili tayfasına mənsub ailələrin başçısı İsmayıl bəyin adı ilə adlandırılıb.

Kənd 1993-cü il iyulun 4-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub. 2020-ci il noyabrın 20-də üçtərəfli bəyanatın şərtlərinə uyğun olaraq, işğaldan azad edilib.

13
Bakıda avtobus, arxiv şəkli

Sabahdan iki marşrut xəttinin hərəkətində dəyişiklik ediləcək

16
(Yenilənib 10:40 20.04.2021)
51 və 57 nömrəli müntəzəm marşrutların hərəkət sxemləri X.Məmmədov küçəsi - Rahib Məmmədov küçəsi – Aşıq Ələsgər küçəsi – Ukrayna dairəsi  - Məhəmməd Hadi küçəsi ilə müvəqqəti təşkil ediləcək.

BAKI, 20 aprel — Sputnik. Sabahdan Xudu Məmmədov küçəsinin Çingizxan Kərimov küçəsi ilə kəsişməsindən Məhəmməd Hadi küçəsinin kəsişməsinə qədər olan hissəsində aparılan təmir-tikinti işləri ilə əlaqədar olaraq avtomobillərin hərəkəti müvəqqəti məhdudlaşdırılacaq. Bu barədə Sputnik Azərbaycan-a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Bildirilib ki, bununla əlaqədar 51 və 57 nömrəli müntəzəm marşrutların hərəkət sxemləri X.Məmmədov küçəsi - Rahib Məmmədov küçəsi – Aşıq Ələsgər küçəsi – Ukrayna dairəsi  - Məhəmməd Hadi küçəsi ilə müvəqqəti təşkil ediləcək.

16