Sərhəd

İrandan Azərbaycana narkotik gətirilməsinin qarşısı alınıb

12
Sərhəd zastavası "Silaha" komandası üzrə qaldırılıb, xidməti ərazi qapadılıb, sərhəd naryadı tərəfindən qaçaqmalçıların təqibi və hadisə yerinin axtarışı həyata keçirilib.

BAKI, 29 mart — Sputnik. Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində sərhəd mühafizə və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Bu barədə Sputnik Azərbaycan-a Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.

Son günlərdə Dövlət Sərhəd Xidməti əməkdaşlarının sayığlığı nəticəsində növbəti dəfə təxmini çəkisi 45 kiloqram narkotik vasitələrə bənzər maddələrin dövlət sərhədindən qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.

  • Hadisə yeri
    © State Border Service of Azerbaijan Republic
  • Saxlanılan şəxs
    © State Border Service of Azerbaijan Republic
  • Hadisə yeri
    © State Border Service of Azerbaijan Republic
1 / 3
© State Border Service of Azerbaijan Republic
Hadisə yeri

Mart ayının 27-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində Cəlilabad rayonunun Sərxanlı kəndinin yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində sərhəd naryadı tərəfindən sərhədboyu zolaqda 2 nəfər naməlum şəxsin hərəkəti müşahidə olunub. Sərhəd naryadı tərəfindən onlara "Dayan" komandası verilib, sərhəd pozucuları əmrə tabe olmayaraq hadisə yerindən qaçıblar.

Sərhəd zastavası "Silaha" komandası üzrə qaldırılıb, xidməti ərazi qapadılıb, sərhəd naryadı tərəfindən qaçaqmalçıların təqibi və hadisə yerinin axtarışı həyata keçirilib.

Əraziyə baxış zamanı 3 ədəd bağlama içərisində 11965 qram narkotik vasitələrə (8700 qram heroinə, 3185 qram metamfetaminə, 80 qram marixuanaya, 4030 ədəd metadon-40 həbinə) bənzər maddələr və 10 ampula "maydrax" adlı dərman preparatları aşkar olunaraq götürülüb.

Mart ayının 28-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Horadiz" sərhəd dəstəsinin xidməti ərazisində Beyləqan rayonunun Aşağı Çəmənli kəndinin yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində sərhəd naryadı tərəfindən şübhəli şəxs qismində saxlanılmış 1983-cü il təvəllüdlü Bakı şəhər sakini Məmmədov Ramin Yavuz oğlunun əlindəki bağlamaya baxış zamanı içərisində 15890 qram tiryəkə, 4915 qram həşiş qətranına, 4500 qram metamfetaminə, 4480 qram heroinə, 2610 qram marixuanaya və 300 ədəd metadon-40 həbinə oxşar maddələr aşkarlanaraq götürülüb.

Mart ayının 29-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Lənkəran" sərhəd dəstəsinin xidməti ərazisində Astara rayonunun Astara şəhərinin yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə hərəkət edən naməlum şəxsin dövlət sərhədini pozması sərhəd naryadı tərəfindən müşahidə edilib. Sərhəd naryadının "dayan" əmrinə tabe olmayan sərhəd pozucusu əlindəki əşyanı əraziyə ataraq havanın qaranlıq, ərazinin isə sıx kolluq olmasından istifadə edərək geriyə qaçıb. Həmin ərazi dərhal qapadılaraq axtarış tədbirləri keçirilib, nəticədə 1 ədəd bağlama içərisində 2420 ədəd metadon-40 həbləri aşkar edilib.

Bütün faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

12
İnsanın kölgəsi, arxiv şəkli

Bakıda kanalizasiya quyularının qapaqlarını oğurlayan şəxs saxlanılıb

2
(Yenilənib 19:02 17.04.2021)
Qeyd edilən faktlarla bağlı Nizami Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.

BAKI, 17 aprel — Sputnik. Paytaxtın Nizami rayonunda kanalizasiya quyularının qapaqlarını oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində oğurluq etməkdə şübhəli bilinən paytaxt sakini Lətifxan Musayev tutulub. Araşdırma zamanı onun Keşlə qəsəbəsi ərazisində 5 kanalizasiya quyusunun qapağını oğurladığı müəyyən edilib. Saxlanılan zaman L.Musayevin üzərindən 1 büküm psixotrop maddə olan metamfetamin də aşkar edilib.

Qeyd edilən faktlarla bağlı Nizami Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. İstintaq tədbirləri davam etdirilir. Saxlanılan şəxsin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə ərazi polis orqanlarına, habelə DİN-in "102" Xidməti Zəng Mərkəzi Sistemi ilə əlaqə saxlayaraq məlumat verə bilərlər.

2
Qubada Türkiyə-Azərbaycan Qardaşlıq Parkının tikintisi

Qubada iki ölkənin qardaşlığına həsr olunmuş park salınır

2
(Yenilənib 19:01 17.04.2021)
Qubada Azərbaycan-Türkiyə qardaşlıq parkının ümummilli lider Heydər Əliyevin doğum günündə - mayın 10-da açılacağı nəzərdə tutulub.

Leyla Abdullayeva, Sputnik Azərbaycan

BAKI, 17 aprel — Sputnik. Həftənin əvvəlindən Quba şəhərində Azərbaycan-Türkiyə qardaşlıq parkının inşasına başlanılıb. Sputnik Azərbaycan-ın verdiyi məlumata görə, şəhərin mərkəzində - Əliqulu Nərimanov küçəsində inşa edilən park Qubada iki ölkənin qardaşlığını və dostluğunu təcəmm etdirəcək. Parkın ümumi sahəsi 2000 kvadrat metrdən çoxdur. Parkın mərkəzində Azərbaycan-Türkiyə qardaşlığını və dostluğunu əks etdirəcək möhtəşəm abidə olacaq. Abidənin müəllifi, heykəltəraş Şıxəli Təhməzov deyir ki, abidənin iki əldə palıd ağacının kök atmasını əks etdirən görüntülənəcək ki, bu da Türkiyə ilə Azərbaycanın çox qədim qardaşlığının rəmzi nümunəsi olacaq.

  • Azərbaycan - Türkiyə qardaşlıq parkının inşası
    © Sputnik / Leyla Abdullayeva
  • Azərbaycan - Türkiyə qardaşlıq parkının inşası
    © Sputnik / Leyla Abdullayeva
  • Azərbaycan - Türkiyə qardaşlıq parkının inşası
    © Sputnik / Leyla Abdullayeva
1 / 3
© Sputnik / Leyla Abdullayeva
Azərbaycan - Türkiyə qardaşlıq parkının inşası

Qardaşlıq parkına ümummilli lider Heydər Əliyevin, Mustafa Kamal Atatürkün, dövlət başçıları İlham Əliyevin, Rəcəb Tayyib Ərdoğanın Azərbaycanla Türkiyənin necə dost və qardaş olmalarına dair qiymətli kəlamları həkk ediləcək.

Bu gün Quba İH başçısı Ziyəddin Əliyev Azərbaycan bölgələri arasında ən möhtəşəm qardaşlıq parkı olacaq yeni parkın ərazisində olub, tikinti işləri ilə maraqlanıb, tapşırıqlarını və tövsiyələrini verib. Ziyəddin Əliyev bu parkın qubalılar üçün ən gözəl istirahət guşəsi kimi, iki ölkə arasında sıx dostluğun bariz nümunəsi kimi sakinlərin daimi ziyarət yeri olacağını deyib.

Qubada Azərbaycan-Türkiyə qardaşlıq parkının ümummilli lider Heydər Əliyevin doğum günündə - mayın 10-da açılacağı nəzərdə tutulub.

2