Koronavirus testi, arxiv şəkli

Azərbaycanda son sutkada 1129 nəfər COVID-19-a yoluxub

257
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 630, ötən müddət ərzində isə ümumilikdə 2 844 674 test aparılıb.

BAKI, 29 mart — Sputnik. Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1 129 yeni yoluxma faktı qeydə alınıb, 349 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 22 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 257 330 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 236 500 nəfər müalicə olunaraq sağalıb, 3 513 nəfər vəfat edib, aktiv xəstə sayı 17317 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 630, ötən müddət ərzində isə ümumilikdə 2 844 674 test aparılıb.

257
Entoni Hopkins

Entoni Hopkins üçüncü "Tunc maska"sını aldı

2
(Yenilənib 10:42 13.04.2021)
Bu, 83 yaşlı E.Hopkinsin üçüncü "Tunc maska"sıdır. Bundan əvvəl, o, "Kölgələr ölkəsi" ("Shadowlands", 1993) və "Quzuların səssizliyi" ("The Silence of the Lambs", 1990) filmləri üzrə bu nüfuzlu mükafata layiq görülmüşdü.

BAKI, 13 aprel — Sputnik. Britaniyalı aktyor Entoni Hopkins "Ən yaxşı aktyor" nominasiyası üzrə Britaniyanın Film və Televiziya Sənətləri Akademiyasının (BAFTA) mükafatını qazanıb.

Sputnik Azərbaycan xarici mediaya istinadən xəbər verir ki, aktyor bu mükafatı fransalı rejissor Florian Zellerin çəkdiyi və qocalıq, xəstəlik və uşaqlarla münasibətlərdən bəhs edən dram janrlı "Ata" ("The Father", 2020) filmindəki roluna görə əldə edib.

Bu, 83 yaşlı E.Hopkinsin üçüncü "Tunc maska"sıdır. Bundan əvvəl, o, "Kölgələr ölkəsi" ("Shadowlands", 1993) və "Quzuların səssizliyi" ("The Silence of the Lambs", 1990) filmləri üzrə bu nüfuzlu mükafata layiq görülmüşdü.

Hopkinsin builki əsas rəqibi "Ma Reyni: blyuzun anası" ("Ma Rainey's Black Bottom", 2020) filmində rol alan və ötən ilin avqustunda 43 yaşında xərçəng xəstəliyindən vəfat edən amerikalı Çedvik Bouzman olub. Mükafata digər namizədlər "Metalın səsi" ("Sound of Metal", 2019) filmindəki roluna görə britaniyalı Riz Ahmed, "Ağ pələng" ("The White Tiger", 2020) filminə görə hindistanlı Adarş Qurav, həmçinin "Sərxoş" ("Drunk", 2020) filminə görə danimarkalı Mads Mikkelsen və "Mavritaniyalı" ("The Mauritanian", 2021) filminə görə fransız Tahar Rahim idi.

Qeyd edək ki, məşhur aktyor bir neçə dəfə "Oscar", "Qızıl qlobus", "Emmi" və s. mükafatları qazanıb.

2
Teqlər:
Entoni Hopkins, aktyor, mükafat, film

Milli Məclisin iclası başlayıb - Hesablama Palatasının illik hesabatı müzakirə ediləcək

31
(Yenilənib 10:24 13.04.2021)
Parlamentin plenar iclasının gündəliyinə ümumilikdə 9 məsələ daxil edilib. İnzibati Xətalar, Əmək məcəllələrinə və digər qanun layihələrinə baxılacaq.

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 13 aprel — Sputnik. Bu gün Milli Məclisin növbəti plenar iclası başlayıb.

Sputnik Azərbaycan xəbər verir ki, iclasın gündəliyinə 9 məsələ daxil edilib.

Həmin məsələlər bunlardır:

1. Hesablama Palatasının illik hesabatı haqqında.

2. "İcra haqqında" qanunda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş).

3. İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (ikinci oxunuş).

4. "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında" qanunda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (ikinci oxunuş).

5. "Veteranlar haqqında" qanunda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (ikinci oxunuş).

6. "Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında" qanunda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (ikinci oxunuş).

7. Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (ikinci oxunuş).

8. "Prokurorluq haqqında" qanunda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).

9. "Prokurorluq orqanlarında qulluq keçmə haqqında" qanunda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).

31