Президент РФ Владимир Путин и премьер-министр Армении Никол Пашинян (слева)

Putinlə Paşinyan arasında telefon danışığı olub

243
(Yenilənib 20:46 26.03.2021)
Tərəflər arasında enerji sektoruna və koronavirus infeksiyasına qarşı mübarizəyə toxunaraq ikitərəfli əməkdaşlığın aktual məsələləri barədə fikir mübadiləsi aparılıb, gələcək əlaqələr razılaşdırılıb.

BAKI, 26 mart - Sputnik. Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub. Tərəflər Dağlıq Qarabağdakı vəziyyəti müzakirə edib. Söhbət əsnasında bölgədəki vəziyyətin sabitləşdiyi bildirilib.

APA-nın məlumatına görə, bu barədə Kremlin mətbuat xidmətinin açıqlamasında deyilir.

"Ermənistan tərəfinin təşəbbüsü ilə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan arasında telefon danışığı baş tutub. Dağlıq Qarabağ ətrafındakı vəziyyət müzakirə edilərkən qeyd olunub ki, bölgədə vəziyyət sabitləşib və ümumiyyətlə sakit olaraq qalır", - açıqlamada deyilir.

Həmçinin bildirilir ki, tərəflər arasında enerji sektoruna və koronavirus infeksiyasına qarşı mübarizəyə toxunaraq ikitərəfli əməkdaşlığın aktual məsələləri barədə fikir mübadiləsi aparılıb, gələcək əlaqələr razılaşdırılıb.

243
Evdən icazəsiz çıxan koronavirus xəstəsi

Şəki Oğuzda koronavirus xəstələri ictimai yerlərdə aşkarlanıb

0
(Yenilənib 11:40 21.04.2021)
Digərlərinin də sağlamlığı üçün təhlükə yaradan E.Bayraməliyev və H.Lətifov barəsində araşdırma aparılır

BAKI, 21 aprel — Sputnik. Şəki və Oğuz Rayon Polis Şöbələrinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı aktiv koronavirus xəstələri ictimai yerlərdə aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Sputnik Azərbaycan-a verilən məlumata görə, ev şəraitində müalicəyə cəlb edilən Oğuz rayon sakini Elxan Bayraməliyev və Şəki şəhər sakini Hamil Lətifova sosial izolyasiya qaydalarına riayət edərək yaşadıqları ünvanları tərk etməmələri barədə xəbərdarlıq olunmasına baxmayaraq, onlar polis əməkdaşları tərəfindən küçədə aşkarlanıb. Həmin şəxslər evlərinə geri qaytarılıb.

Digərlərinin də sağlamlığı üçün təhlükə yaradan E.Bayraməliyev və H.Lətifov barəsində araşdırma aparılır.

 

0
Nikol Paşinyan, arxiv şəkli

Paşinyan gecə ilə Zəngəzura getdi

11
Ermənistan parlamentinin vitse-spikeri Alen Simonyan: "Biz Baş nazirlə Şurnuxuda bir neçə evi ziyarət etdik. Gözləmirdilər".

BAKI, 21 aprel — Sputnik. Ermənistan Baş naziri Nikol Paşiyan və parlamentin vitse-spikeri Alen Simonyan dünən axşam saatlarında ölkənin Sünik (Zəngəzur) vilayətinə səfər edib. Sputnik Ermənistan xəbər verir ki, parlamentin vitse-spikeri Alen Simonyan öz "Facebook" səhifəsində bildirib.

"Biz Baş nazirlə Şurnuxuda bir neçə evi ziyarət etdik. Gözləmirdilər", - yazan Simonyan, həmçinin foto da paylaşıb.

Qeyd edək ki, bu ilin yanvarın 5-i Şurnuxu kəndinin 11 evi Azərbaycanın nəzarətinə keçib.

Qeyd edək ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb. Bəyanata əsasən, Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə razılıq əldə olunub.

Bəyanata görə, Ağdam rayonu 2020-ci il noyabrın 20-də, Kəlbəcər rayonu noyabrın 25-də (ilkin olaraq noyabrın 15-i nəzərdə tutulurdu), Laçın rayonu isə dekabrın 1-də Azərbaycana qaytarılıb. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılmalıdır.

Tərəflərin razılığına əsasən, yaxın üç ildə Laçın dəhlizi üzrə Xankəndi ilə Ermənistanın əlaqəsini təmin edəcək yeni hərəkət marşrutunun tikintisinin planı müəyyən olunacaq. Daxili məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarının nəzarəti altında Dağlıq Qarabağın və ətraf rayonların ərazisinə qayıdacaqlar. İqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunacağı gözlənilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki tərəfə maneəsiz hərəkətinin təşkil olunması məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək.

11