BAKI, 24 mart - Sputnik. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi ilə Rusiya Federasiyası Mülki Müdafiə, Fövqəladə Hallar və Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması üzrə Nazirliyi arasında mövcud olan qarşılıqlı xoşməramlı münasibətlər çərçivəsində işğaldan azad olunmuş torpaqlarımızın minalardan təmizlənməsi əməliyyatlarında iştirak etmək üçün Rusiya FHN-in növbəti pirotexniklər qrupu martın 24-də ölkəmizə gəlib.
Fövqəladə Hallar Nazirliyinin saytında yer almış məlumata görə, 25 nəfər təcrübəli mütəxəssisdən ibarət olan bu qrup artıq 3 aylıq fəaliyyətini başa vuraraq Rusiyaya geri dönən digər qrupu əvəz edəcək. Gəncə Beynəlxalq Hava Limanında rusiyalı pirotexnikləri Azərbaycan FHN-in Qarabağ Regional Mərkəzinin rəisi polkovnik Mirəli Feyziyev qarşılayıb.
Qeyd edək ki, Rusiya FHN-in pirotexniklər qrupu işğaldan azad olunmuş torpaqlarımızın minalardan təmizlənməsi əməliyyatını Azərbaycan FHN-in bu sahədə ixtisaslaşmış qüvvələri ilə birlikdə icra edir.
Müdafiə Nazirliyi Cəbrayıl rayonunun Daş Veysəlli kəndinin görüntülərini yayıb. Sputnik Azərbaycan həmin görüntüləri təqdim edir.
1993-cü ildə işğal olunmuş Daş Veysəlli kəndi 2020-ci il oktyabrın 20-də erməni işğalından azad edilib.
Daş Veysəlli Cəbrayıl rayonunun Minbaşılı inzibati ərazi vahidində kənddir. Gəyan çölündədir. Qərib Ağa, Düldül pirləri bu kəndin ərazisində yerləşir.
BAKI, 17 aprel — Sputnik. Sahibkarlıq subyektlərində monitorinqlər davam etdirilir.
İqtisadiyyat Nazirliyindən Sputnik Azərbaycan-a bildirilib ki, nazirliyin sahibkarlıq subyektlərində (ictimai iaşə və turizm obyektləri istisna olmaqla) pandemiya şəraitinin zəruri qayda və tələblərinə əməl olunmasına nəzarət məqsədilə aprelin 15-də keçirdiyi monitorinqlər zamanı Binəqədi rayonunda Nazir Məmmədova, Nəsimi rayonunda Ələmdar Abuşova, Nizami rayonunda Orxan İsmayılova, Xəzər rayonunda Əlihüseyn Abbasova məxsus pərakəndə ticarət obyektlərində, Gəncə şəhərində "Super sport idman malları" mağazasında, "Azəri xatun geyim mağazası"nda, "Viano butik", "Rodi-jeans" ticarət obyektlərində, Sumqayıt şəhərində Rəhman Əsgərova, Rövşən Təhməzova, Tağı Tağıyevə, Əkrəm Tahirova, İlhamə Qurbanovaya məxsus pərakəndə ticarət obyektlərində, ümumilikdə 40 obyektdə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena tələblərinin pozulduğu aşkar olunub.
Nöqsanlara yol vermiş sahibkarlıq subyektləri barədə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.