Almaniyada koronavirusla bağlı qadağalara görə etiraz aksiyası

Pandemiya Avropa üçün "ideal fırtına"ya çevrilir

164
(Yenilənib 11:54 25.03.2021)
Yol verilən səhvlər ortada ola-ola bu cür israrla yanlış fikrə qapılmaq bir o qədər də ağıllı hərəkət deyil, ancaq Avropa İttifaqı təkidlə ikinci dəfə palçığa batmaq fürsətini əldən vermir.

BAKI, 25 mart — Sputnik, İrina Alksnis. Martın 23-də Vladimir Putin Rusiya peyvəndlərindən biri ilə COVID-19-a qarşı vaksinasiya olundu. Kreml prezidentin məhz hansı preparata üstünlük verdiyini açıqlamadı. Baş nazirin müavini Tatyana Qolikova isə bildirdi ki, o özü "Vektor" mərkəzi tərəfindən işlənib-hazırlanan "EpiVacCarona" preparatı ilə peyvənd olunub. O, həmçinin qeyd etdi ki, bir neçə gündən sonra Çumakov adına mərkəzin "CoviVac" preparatı da vətəndaşların ixtiyarına veriləcək.

Rusiya Birbaşa İnvestisiyalar Fondu gündəlik olaraq "Sputnik V" peyvəndinin dünya bazarında tanıdılması sahəsində qazanılan yeni uğurlar barədə məlumat verir.

Çin Xalq Respublikasının Dövlət Şurası dünyada 100 milyondan çox insanın artıq bu ölkədə istehsal olunmuş preparatlarla peyvənd olunduğunu bildirib. Moskvanın və Pekinin təmkinli və sistematik fəaliyyəti fonunda Qərbdə, xüsusən də, Avropada baş verən hadisələr o qədər xoşagəlməz vəziyyət alıb ki, bu durumu xarakterizə etmək üçün "ideal fırtına" (ing. - perfect storm) ifadəsi yerinə düşür.

Rusiya Prezidenti Vladimir Putin, arxiv şəkli
© Sputnik / Aleksey Nikolskiy

Avropanı üçüncü koronavirus dalğası bürüyüb. Yoluxma hallarının növbəti dəfə artması şəraitində hakimiyyət orqanları öyrəşdikləri protokola uyğun hərəkət edərək qapanma və sərtləşdirmə tədbirlərinə əl atırlar. Bu isə gözlənilən nəticəyə gətirib çıxaracaq: milli iqtisadiyyatların bərpası üçün yeni maneələrin və onsuz da pik nöqtəsinə yaxınlaşan ictimai narazılığının artması. Hər həftə bir az da kəskinləşən etiraz aksiyaları bunu bir daha sübut edir.

Bütün bunlar isə öz növbəsində, Avropa hökumətlərinin öhdəsindən gələ bilmədikləri peyvənd böhranını bir az da kəskinləşdirir.

Artan böhranın, bəlkə də ən parlaq görüntüləri Almaniyadakı hadisələr zamanı ortaya çıxdı. Autsayderlərin problemləri həmişə kifayət qədərdir, ancaq Aİ-nin ən firavan ölkəsinin lideri belə vəziyyətdən çıxış yolu tapa bilmirsə, deməli düşünmək üçün səbəb var.

Angela Merkel ölkədə karantin müddətini aprelin 18-ə kimi uzatdı və almanlar üçün gələn ayın əvvəllərinə təsadüf edən pasxa tətilində karantin tədbirlərini bir az da sərtləşdirdi. Buna paralel olaraq, Almaniya Federativ Respublikasının Maliyyə Nazirliyi bu gün Nazirlər Kabinetinə əlavə büdcə layihəsi təqdim etməlidir. Həmin layihəyə əsasən, 2021-2022-ci illərdə əlavə dövlət borclarının həcmi təxminən 142 milyard avro təşkil edəcək. Bu vəsaitin böyük bir qismi pandemiyadan zərər çəkmiş müəssisələrə və koronavirusla mübarizə aparmaq üçün səhiyyə sisteminə dəstək üçün nəzərdə tutulub.

Hərçənd, alman cəmiyyəti hakimiyyətin bu sahədəki səylərini çox da yüksək qiymətləndirmir. "YouGov" sosioloji xidmətinin bu günlərdə keçirdiyi sorğu nəticəsində məlum olub ki, almanların üçdə ikisi federal hökumətin hərəkətlərini qənaətbəxş hesab etmir. Respondentlərin 31 faizi hökumətdən narazı, 34 faizi isə çox narazı olduqlarını bildiriblər.

Yeri gəlmişkən, ən aşağı qiymət Almaniyanın səhiyyə naziri Yens Şpanın işinə verilib: rəyi sourşulanların 70 faizi onun fəaliyyətindən narazı olduqlarını bildiriblər. Bu bir qədər qəribə təsir bağışlaya bilər: axı alman səhiyyəsi pandemiya böhranının ən kəskin dövründə belə vəziyyətdən yaxşı çıxa bilmişdi. Ancaq almanların narazılığı daha çox səhiyyə sisteminin vəziyyəti ilə deyil, korrupsiya ilə bağlıdır. Şpan hazırda hakim partiya ilə bağlı yaranan qalmalqalın mərkəzi fiqurudur. Məlum olub ki, Səhiyyə Nazirliyi keçən il bu dövlət məmurunun ərinin (eynicinli nikahda olduğu) rəhbərlik etdiyi şirkətdən yarım milyondan çox qoruyucu maska alıb. Və bu eynicinsli cütlük haqqında yayılan yeganə şayiə deyil.

2020-ci ilin yay aylarında cütlük Berlinin ən yaxşı rayonlarından birində memarlıq abidəsi sayılan dəbdəbəli villa satın alıb. Jurnalistlərin araşdırması nəticəsində məlum olub ki, onların villanı almaq üçün götürüdükləri kreditin əsas hissəsini Şpanın bir neçə il əvvəl rəhbərliyində təmsil olunduğu bank ödəyib. Nazir jurnalistlərin ağzını yummağa çox cəhd göstərsə də, "Spiegel" jurnalının əldə etdiyi məlumata görə, villanın dəyəri 4,125 milyon avrodur.

Və Almaniyada keçiriləcək federal parlament seçkilərinə cəmi altı ay vaxt qalıb. Beləliklə, analitiklərin Angela Merkelin partiyadaşlarının seçkidə qələbə qazanma şansını niyə bu qədər aşağı qiymətləndirdiklərinin səbəbi aydın olur.

Ancaq yuxarıda sadalananlar azmış kimi indi digər Aİ ölkləri kimi FRQ də yeni, eyni zamanda, gözlənilən təhlükə ilə üz-üzə qalıb. Avropanın peyvənd siyasəti öz "bəhrə"sini verir - ictimai narazılıq kəskin şəkildə artıb. Çanaq daha çox "AstraZeneca"nın başında çatlayıb. Yenə "YouGov" xidmətinin keçirdiyi anket sorğusuna görə, almanların yalnız 32 faizi bu İngiltərə-İsveç peyvəndini təhlükəsiz hesab edirlər. Fransa, İspaniya və İtaliya da oxşar vəziyyət müşahidə olunur. Polşa hakimiyyəti isə rəsmi şəkildə bəyan edib ki, ölkə vətəndaşlarının 70 faizi bu preparatla vaksinasiya olunmaqdan imtina ediblər.

Avropa Dərman Agentliyi baş verən qan laxtalanması hadisələri ilə peyvənd arasında əlaqə tapmasa da, Norveş və Almaniyanın iki tədqiqat qrupu bir-birindən xəbərsiz "AstraZeneca"nın tromboza səbəb ola biləcəyini təsdləyib. İndi isə ABŞ-ın Allergiya və İnfeksion Xəstəliklər üzrə Milli İnstitutu odun üstünə bir az da yağ tökərək bəyan edib ki, "AstraZeneca" peyvəndlə bağlı natamam məlumatlar vermiş ola bilər.

Aydındır ki, bu cür fikir ayrılığı xalqın yalnız müəyyən bir dərman preparatına deyil, həm də tez-tez öz mövqeyini dəyişən rəsmi strukturlara olan inamının azalması ilə nəticələnir.

Böhran vəziyyətində ardıcıl və zahiri soyuqqanlılıqla həyata keçirlən səhv qərarlar belə ölkəyə cavabdeh şəxlərin qeyri-sabit hərəkətlərindən daha az ziyan vura bilər. Digər tərəfdən, yol verilən səhvlər ortada ola-ola bu cür israrla yanlış fikrə qapılmaq bir o qədər də ağıllı hərəkət deyil, ancaq Avropa İttifaqı təkidlə ikinci dəfə palçığa batmaq fürsətini əldən vermir. Belə ki, Angela Merkel, İtaliyanın baş naziri və bir sıra digər ölklərin liderlərinin "Sputnik V" peyvəndi alma ehtimalı ilə bağlı açıqlamalarından sonra daxili bazar məsələləri üzrə Avropa komisarı Tyerri Breton bəyan edib ki, Avropanin Rusiya peyvəndinə ehtiyacı yoxdur.

164
Erməni qüvvələrinin açdıqları atəşdən sonra Bərdədə vəziyyət

Ermənistanın Bərdəyə raket zərbəsi barədə reportaj beynəlxaq mükafat ala bilər

8
(Yenilənib 18:18 17.04.2021)
"VICE News"un Ermənistanın Bərdəyə raket zərbəsi barədə reportajı beynəlxaq mükafata namizəd irəli sürülüb.

BAKI, 17 aprel - Sputnik. "VICE News" informasiya agentliyinin jurnalisti Hind Həsənin Ermənistan qoşunlarının Bərdə şəhərinə raket zərbəsindən sonra hazırladığı reportaj "The One World Media" beynəlxaq mükafatına namizəd irəli sürülüb.

Trend bu barədə mükafatın rəsmi saytına istinadən məlumat verir.

Məlumata əsasən, "VICE News"un ikinci Qarabağ müharibəsində döyüş bölgəsindən kənarda yerləşən Bərdə şəhərinə edilən raket hücumunun fəsadlarını əks etdirən reportajı "News Award" kateqoriyasında mübarizə aparacaq.

Xatırladaq ki, ötən il müharibə zamanı Ermənistan qoşunları Bərdəyə raket zərbələri endirmişdi. Nəticədə 20-dən çox şəxs həlak olmuş, 70 nəfər yaralanmışdı.

8
Qandal, arxiv şəkli

Keçmiş komitə sədri Nazim İbrahimovun qardaşı həbs olundu

5
Hazırda Sahib İbrahimovun digər qanunsuz hərəkətləri barədə daxil olmuş çoxsaylı müraciətlər əsasında intensiv istintaq hərəkətləri aparılır.

BAKI, 17 aprel - Sputnik. Bakı şəhəri Xətai rayon məhkəməsinin "STS" şirkəti, "Sahil-D Kompani" MMC-nin təsisçisi, dələduzluq faktlarına görə əvvəllər məhkum edilmiş İbrahimov Sahib Hüseyn oğlunun yenidən oxşar xarakterli cinayət əməlləri törətməsinə dair xüsusi qərardadı əsasında 2021-ci ilin yanvar ayından başlayaraq Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılmaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Bu barədə Azərbaycan Respublikası Baş Prokurorluğunun Mətbuat xidmətindən məlumat verilib.

Eyni zamanda, həmin özəl təşkilatların vəzifəli şəxsləri barəsində kommersiya bankından daxil olmuş materiallar da qeyd edilən cinayət işinə əlavə edilməklə iş üzrə zəruri istintaq hərəkətləri həyata keçirilmişdir.

Cinayət işi üzrə aparılmış istintaq-əməliyyat tədbirləri ilə "STS" şirkəti və "Sahil-D Kompani" MMC-nin təsisçisi Sahib İbrahimovun qeyd edilən təşkilatların digər vəzifəli şəxsləri ilə qabaqcadan əlbir olaraq verdiyi tapşırıqlar əsasında əvvəlcədən vəd edilmiş əmlakı alıcıya vermək niyyəti olmadan tikintisi aparılan binalarda qeyri-yaşayış sahələrinin satılması görüntüsünü yaratmaq məqsədi ilə yalan vəd verərək saxta sənədlərin tərtib edilməsi yolu ilə ayrı-ayrı vaxtlarda vətəndaşdan ümumilikdə 1 milyon 735 min manat məbləğində pul vəsaitini alaraq şəxsi ehtiyaclarına sərf etməsinə, rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı törətməsinə əsaslı şübhələr müəyyən edilmişdir.

Bundan başqa, Sahib İbrahimovun xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə fərdi sahibkar kimi tikinti işlərinin aparılması üçün xərclərin ödənilməsi adı ilə kommersiya bankından 300 min manat məbləğində pul vəsaitini ələ keçirib şəxsi ehtiyaclarına sərf edərək təkrarən dələduzluq etməsinə əsaslı şübhələr müəyyən edilmişdir.

İş üzrə toplanmış kifayət qədər sübutlar əsasında, 17 aprel 2021-ci il tarixdə Sahib İbrahimova Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq), 308.2 (ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilmiş, sonuncu istintaq orqanının çağırışlarına gəlmədiyindən və müxtəlif üsullarla ibtidai istintaqın normal gedişinə mane olduğundan məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir.

Hazırda Sahib İbrahimovun digər qanunsuz hərəkətləri barədə daxil olmuş çoxsaylı müraciətlər əsasında intensiv istintaq hərəkətləri aparılır.

İstintaqın gedişatı və nəticəsi barədə ictimaiyyətə ətraflı məlumat veriləcək.

Qeyd edək ki, Sahib İbrahimov Diasporla İş üzrə Dövlət Komitəsinin sabiq sədri Nazim İbrahimovun qardaşıdır. Sahib İbrahimov bir müddət ATV şirkətinin prezidenti olub. 

5