Rahim Məmmədov, Sputnik Azərbaycan
BAKI, 25 mart — Sputnik. Yazın ilk günlərindən Mingəçevir şəhəri yavaş-yavaş öz simasını dəyişir. Mingəçeviri iki hissəyə ayıran Kür çayı isə bura xüsusi gözəllik verir. Çayın üzərində uçuşan qağayılara, gəzinti gəmilərinə baxdıqca insanın ruhu dincəlir. Hətta parkda diqqətimizi çəkən pişik də bu məsələdə sakinlərlə həmrəy görünür.
Bayram tətili günlərində Kür çayı sahilində müxtəlif bölgələrdən gələnlər az deyil. Onları Sahil parkının girişində quraşdırılan “Mən səni sevirəm, Mingəçevir” lövhəsi qarşılayır. Digər bölgələrdən fərqli olaraq “Nur şəhəri”ndə quraşdırılan lövhədə yazının ingilis dilində olması turistlərin də diqqətini çəkməyə xidmət edir. Mingəçevirdə Novruz bayramı günlərində insanların ən çox şəkil çəkib, paylaşım etdikləri məkan da yeni quraşdırılan lövhənin ətrafıdır.
"Nur şəhəri"nin bayram əhvalına Sputnik Azərbaycan-ın fotolentində baxa bilərsiz.
BAKI, 15 aprel - Sputnik. ABŞ-ın Ankaradakı səfirliyi özlərinin iki hərbi gəmisinin Bosfor boğazı vasitəsilə Qara dənizə keçməyəcəyi barədə Türkiyəni məlumatlandırıb.
Sputnik Azərbaycan bildirir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən məlumat verilib.
Qeyd edək ki, bundan öncə Türkiyə XİN-dəki mənbə RİA Novosti-yə bildirmişdi ki, Vaşinqton Ankaraya iki hərbi gəmisinin Bosfor boğazı vasitəsilə Qara dənizə keçəcəyi və aprelin 14-15-dən mayın 4-5-dək orada qalacağı barədə xəbərdarlıq etmişdi. Pentaqonun rəsmi nümayəndəsi Con Kirbinin sözlərinə görə, Amerika hərbi gəmilərinin Qara dənizdəki əməliyyatları "rutin xarakter" daşıyır və ABŞ bu fəaliyyəti Türkiyə hökuməti ilə Montrö razılaşması çərçivəsində gerçəkləşdirir.
"Bəli, ABŞ səfirliyi bizim nazirliyi bu barədə məlumatlandırıb", - gəmilərin keçidinin təxirə salınması barədə suala cavabında XİN əməkdaşı bildirib.
BAKI, 14 aprel - Sputnik. Türkiyə Silahlı Qüvvələrinin İraq Kürdüstanında yerləşən bazası raket atəşinə tutulub.
Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, İraq təhlükəsizlik qüvvələrinin mənsubu raketin Baaşika şəhərində yerləşən Türkiyə SQ düşərgəsinin ərazisinə düşdüyünü söyləyib. Onun sözlərinə görə, xəsarət alanlar barədə məlumat yoxdur.
Irak Kürdistan Bölgesel Yönetimi Güvenlik Ajansı, en az bir füzenin Erbil Uluslararası Havalimanı'nı hedef aldığını duyurduhttps://t.co/5wtOHVBMJy
— Evrensel Gazetesi (@evrenselgzt) April 14, 2021
Daha bir raket isə yaxınlıqdakı kəndə düşüb, bir mülki şəxs yaralanıb. Mənbənin sözlərinə görə, Ərbil aerodromu ərazisinə də raket düşüb.
Baaşika ilə Ərbil arasında məsafə 90 km-dir.
L`Orient-Le-Jour nəşri isə Ərbildə Amerika əsgərlərinin hədəf alındığını bildirib.
Xatırladaq ki, bu ilin fevralında Ərbilin raket atəşinə tutulması nəticəsində bir nəfər həlak olmuş, doqquz nəfər yaralanmışdı. Bəzi amerikalı hərbçilərdə beyin silkələnməsi təsbit edilmişdi. Beynəlxalq koalisiyanın məlumatına görə, ümumilikdə 14 raket buraxılmış, onlardan 3-ü Ərbildəki bazaya düşmüşdü.