Maskada yaşlı adamlar, arxiv şəkli

İşləyən pensiyaçılar sosial sığorta haqqı ödəməkdən azad edilə bilər - Nazirlik

393
(Yenilənib 23:49 24.03.2021)
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi "İşçilərin ixtisarı zamanı yaşa görə əmək pensiyası yaşına çatmasına 10 il qalmış qadınların və 7 il qalmış kişilərin əmək müqaviləsinin ləğv edilməsinin qadağan olunması mümkündürmu" sualını da cavablandırıb.

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 25 mart — Sputnik. Ombudsman işləyən pensiyaçıların sosial təminat hüququnun səmərəli təmin edilməsi və onların məcburi dövlət sosial sığorta haqqı ödəməkdən azad edilməsi məqsədilə "Sosial sığorta haqqında" qanuna dəyişikliklərin edilməsini təklif edib. Bu, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsman) 2020-ci il üzrə məruzəsində öz əksini tapıb.

Sputnik Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə işləyən pensiyaçılar məcburi dövlət sosial sığorta haqqı ödəməkdən azad edilə bilərlərmi sualını ünvanlayıb.

Nazirlikdən Sputnik Azərbaycan-ın sorğusuna cavab olaraq bildirilib ki, işləyən pensiyaçıların sosial sığorta sistemi ilə əhatə olunması onların əsas sosial hüquqlarından biridir və sosial sığorta sistemi ilə əhatə olunmaq onlara öz pensiyalarını artırmaq üçün fərdi hesablarında əlavə vəsait toplamaq imkanı yaradır.

Bankomatın yaxınlığında insanlar, arxiv şəkli
© Sputnik / Elvin Ahmad
 Belə ki, yaşa görə pensiya təyin olunduqdan sonra azı 6 il işləmiş pensiyaçının pensiyası yenidən hesablanaraq artırılır. "Əmək pensiyaları haqqında" qanuna əsasən, vətəndaş yaşa görə pensiya təyin olunduğu gündən etibarən işləməkdə davam edərsə, hər 6 ildən bir onun hesabında toplanmış sosial sığorta haqqı 72-yə (6 il×12 ay) bölünərək onun pensiyasının üzərinə əlavə olunur.

"Əgər şəxs yaşa görə pensiya təyin olunduqdan sonra 6 ildən də az işləyirsə və artıq işləməkdə davam etmirsə, o zaman da pensiyası yenidən hesablanır, yaşa görə pensiya təyin olunduqdan sonra fərdi hesabında nə qədər vəsait toplayıbsa, müvafiq qaydada hesablanaraq pensiyasına əlavə edilir. Bu da işləyən pensiyaçıların mənafelərinin daha dolğun təmin olunmasına imkan verir", - deyə nazirlikdən bildirilib.

Nazirlik "İşçilərin ixtisarı zamanı yaşa görə əmək pensiyası yaşına çatmasına 10 il qalmış qadınların və 7 il qalmış kişilərin əmək müqaviləsinin ləğv edilməsinin qadağan olunması mümkündürmu" sualını da cavablandırıb: "Azərbaycanda beynəlxalq normalara uyğun əmək qanunvericiliyi mövcuddur. Qanunvericilik işəgötürənlərin və işçilərin hüquqlarını eyni dərəcədə özündə ehtiva edir. Qeyd edilən hansısa belə qadağa istər beynəlxalq əmək standartlarında, istər milli qanunvericilikdə nəzərdə tutulmayıb".

Qeyd edək ki, Ombudsman işçilərin ixtisarı zamanı pensiya yaşının çatmasına azı 5-7 il qalmış işçilərin əmək və sosial təminat hüquqlarının müdafiəsi məqsədi ilə yaşa görə əmək pensiyası yaşına çatmasına 10 il qalmış qadınların və 7 il qalmış kişilərin əmək müqaviləsinin ləğv edilməsinin qadağan olunması və bununla bağlı Əmək Məcəlləsinə əlavələrin edilməsini təklif edib.

393
Meyvə və tərəvəz satışı, arxiv şəkli

Yaz aylarında hansı meyvələrlə immuniteti gücləndirmək olar

2
(Yenilənib 23:55 10.04.2021)
Orqanizmdə dəmir çatmayanda bu vəziyyət atrofik qastrit və miokardiopatiyaya səbəb olur, eyni zamanda, skelet əzələlərinin tonusunu azaldır və yorğunluq hissini artırır.

BAKI, 11 aprel — Sputnik. Dietoloqlar bahar aylarında immuniteti dəstəkləmək və avitaminozdan əziyyət çəkməmək üçün hansı meyvələri yemək lazım gəldiyini açıqlayıblar.

"Meyvələr bizim qida rasionumuzun əsas tərkib hissəsidir. Onların tərkibində çoxlu sayda mikroelementlər və vitaminlər var. Bu, zəngin lif mənbəyi deməkdir, odur ki, meyvələri həmişə menyumuza daxil etməliyik", – deyə dietoloq Oksana Vıdrya rus mətbuatına müsahibəsində bildirib.

Başqa bir dietoloq Olqa Kuznetsova isə qeyd edib ki, yaz avitaminozu zamanı ən təsirli meyvə armuddur. Çünki onun tərkibində çoxlu miqdarda dəmir var. Orqanizmdə dəmir çatmayanda bu vəziyyət atrofik qastrit və miokardiopatiyaya səbəb olur, eyni zamanda, skelet əzələlərinin tonusunu azaldır və yorğunluq hissini artırır.

Eləcə də, B6, K və C vitaminləri ilə zəngin olan nar da immuniteti dəstəkləyir, mərkəzi sinir sisteminin işini, qanı normallaşdırır.

Banan isə tərkibindəki B6 vitamini, manqan və kalium sayəsində vitamin çatışmazlığından qorunmağa kömək edir.

"Əgər banan yeməklə kökəlməkdən ehtiyat edirsinizsə, müəyyən normanı keçməmək məsləhətdir. Məsələn, gün ərzində bir banan yeməyin heç bir ziyanı yoxdur", – bunu isə dietoloq Tamara Kramçeninova deyib.

2
Teqlər:
immunitet, meyvə, yaz, vitamin
Nyu-Yorkda Tayms-skver meydanı, arxiv şəkli

Məşhurlar Nyu-York küçələrini podiuma çevirdilər - FOTO

10
Kadrlardan görünür ki, İrina Şeyk, Bella Hadid, Naomi Kempbell, Eşli Qrem, Liya Kebede, Helena Kristensen və Alek Uek Nyu-York küçələrini əsl podiuma çeviriblər.

BAKI, 10 aprel — Sputnik. Nyu-Yorkda "Michael Kors Collection"ın nümayişi keçirilib.

Sputnik Azərbaycan xarici mediaya istinadən xəbər verir ki, pandemiya ilə əlaqədar olaraq tədbir rəqəmsal formatda baş tutub: modellərin yürüşü video qeydiyyata alınıb, ictimaiyyətə isə daha sonra təqdim ediləcək.

​Amma buna baxmayaraq, "Michael Kors Collection"dan ilk fotolar mediaya sızıb. Kadrlardan görünür ki, İrina Şeyk, Bella Hadid, Naomi Kempbell, Eşli Qrem, Liya Kebede, Helena Kristensen və Alek Uek Nyu-York küçələrini əsl podiuma çeviriblər.

​Dünyaca məşhur modellərin bir araya toplaşması nadir hadisə hesab olunur. Ona görə də şounun çox yaddaqalan olacağı barədə proqnozlar verilib.

10
Teqlər:
Nyu-York, moda