Çiçək açmış ərik ağacı, arxiv şəkli

Azərbaycana bahar gəlib

207
Günəş ekliptika üzrə hərəkət edərək ekvatoru kəsib cənub yarımkürəsindən şimal yarımkürəsinə daxil olub.

BAKI, 20 mart - Sputnik. Azərbaycana bahar gəlib. Sputnik Azərbaycan xəbər verir ki, yaz fəsli Azərbaycana bu gün saat 13:37:00-da daxil olub. Beləliklə, gecə ilə gündüz bərabərləşib.

Bununla da Günəş ekliptika üzrə hərəkət edərək ekvatoru kəsib cənub yarımkürəsindən şimal yarımkürəsinə daxil olub. Həmin andan şimal yarım kürəsində yaz fəsli başlayıb.

Bu gün Azərbaycanda baharın gəlişini özündə ehtiva edən Novruz bayramı qeyd edilir. 

207
Bıçaq

Qadın keçmiş əri tərəfindən azyaşlı övladının gözü qarşısında bıçaqlandı

0
(Yenilənib 16:26 15.04.2021)
Zərərçəkmişin keçmiş əri Məsimov Rasim Mansır oğlunun şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı Zülfiyyə Mənsimovanı oğlunun gözü qarşısında bıçaqladığı məlum olub.

 

BAKI, 15 aprel — Sputnik. 25 sentyabr 2020-ci il tarixdə saat 19 radələrində Gədəbəy rayonu, Qurudərə kənd sakini Məsimova Zülfiyyə Faiq qızının qəsdən öldürülməsinə cəhd edilməsi faktı üzrə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə Gədəbəy rayon prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb. Bu barədə Gədəbəy rayon prokurorluğundan Sputnik Azərbaycan-a verilən məlumatda bildirilib.

Cinayət işi üzrə müvafiq ekspertizalar təyin edilib, hadisə yerinə baxış keçirilib, maddi sübutlar götürülüb, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

İstintaqla zərərçəkmişin keçmiş əri Məsimov Rasim Mansır oğlunun şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı Zülfiyyə Mənsimovanı oğlu və azyaşlı qohumunun gözləri qarşısında bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Rasim Məsimov təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Cinayət Məcəlləsinin 29, 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

0
Şirniyyat

Konfet vaflinin qiyməti qalxacaq

6
(Yenilənib 15:59 15.04.2021)
Son altı ay ərzində şirniyyat məmulatlarının əsas tərkib hissəsini təşkil edən xammal 25-120% bahalaşıb ki, bu da qiymət artımını qaçılmaz edir.

BAKI, 15 aprel — Sputnik. Rusiya qənnadçıları yaxın vaxtlarda konfet və vaflinin qiymətinin qalxacağı barədə əhalini xəbərdar edib. Sputnik Azərbaycan bu barədə Rusiya mediasına istinadla məlumat yayıb.

Məlumatda bildirilir ki, xammalın bahalaşması istehsalçıları bu şirniyyatların dəyərini əhəmiyyətli dərəcədə artırmağa vadar edir. Belə ki, son altı ay ərzində konfet və vaflilərin əsas tərkib hissənin təşkil edən xammal 25-120% bahalaşıb. Məsələn, un, kərə yağı, yumurta və cemin qiyməti 50, şəkərin qiyməti isə 120 faizə qədər artıb. Nəticədə, şirniyyat məhsullarının istehsal dəyəri orta hesabla 10 faiz çoxalıb.

Xəbərdə bildirilir ki, bahalaşmaya yeyinti sənayesi üçün külli miqdarda xammal ehtiyatı alan və dünyada bu məhsulların defisitinə səbəb olan Çin də təsir göstərib. Bundan başqa, Çin bəzi məhsulların ixrac qiymətini də artırıb.

Xatırladaq ki, bir qədər bundan əvvəl Rusiya hökuməti inflyasiya ilə əlaqədar şəkər tozu-qənd və günəbaxan yağı istehsalçılarına 9 milyard rubl həcmində subsidiya ayırmışdı. Bu addım şəkərin topdansatış qiymətinin 36, pərakəndə qiymətinin isə 46 rubldan yuxarı qalxmamasına imkan verirdi. Subsidiya sayəsində bir litr günəbaxan yağının qiymətini isə 95-110 rubl səviyyəsində saxlamaq mümkün olmuşdu.

Qeyd edək ki, Azərbaycana qənnadı məhsulları ixrac edən ölkələr arasında Rusiya əsas yerlərdən birini tutduğundan, ölkəmizdə də qiymət artımı qaçılmazdır.

 

6