Mehriban Əliyevanın Novruz təbriki

267
"Qoy təbiətin oyanması və yenilənməsinin rəmzi olan bu bayram hər birinizin ocağına sağlıq, qarşılıqlı anlaşma və əmin-amanlıq gətirsin!"

BAKI, 20 mart - Sputnik. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi “Instagram” səhifəsində Novruz bayramı münasibətilə xalqımızı təbrik edib.

Sputnik Azərbaycan xəbər verir ki, təbrikdə deyilir:

“Əziz həmvətənlər!

Novruz bayramı münasibətilə sizi səmimi-qəlbdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, gözəl əhval-ruhiyyə, bol sevincli və xoşbəxt anlar arzulayıram. Təbriklərə və xoş arzulara görə hər kəsə minnətdaram. Sevginizə, səmimiyyətinizə, etimadınıza, hörmət və diqqətinizə görə çox sağ olun! Qoy təbiətin oyanması və yenilənməsinin rəmzi olan bu bayram hər birinizin ocağına sağlıq, qarşılıqlı anlaşma və əmin-amanlıq gətirsin! Allah Vətən uğrunda həlak olmuş bütün şəhidlərimizə rəhmət eləsin, onların doğma və yaxınlarına səbir versin. Uca Tanrı mərhəmətini xalqımızdan heç zaman əsirgəməsin!

Dərin hörmət və sevgilərlə,

Sizin MEHRİBAN”.

267
Entoni Hopkins

Entoni Hopkins üçüncü "Tunc maska"sını aldı

0
(Yenilənib 10:42 13.04.2021)
Bu, 83 yaşlı E.Hopkinsin üçüncü "Tunc maska"sıdır. Bundan əvvəl, o, "Kölgələr ölkəsi" ("Shadowlands", 1993) və "Quzuların səssizliyi" ("The Silence of the Lambs", 1990) filmləri üzrə bu nüfuzlu mükafata layiq görülmüşdü.

BAKI, 13 aprel — Sputnik. Britaniyalı aktyor Entoni Hopkins "Ən yaxşı aktyor" nominasiyası üzrə Britaniyanın Film və Televiziya Sənətləri Akademiyasının (BAFTA) mükafatını qazanıb.

Sputnik Azərbaycan xarici mediaya istinadən xəbər verir ki, aktyor bu mükafatı fransalı rejissor Florian Zellerin çəkdiyi və qocalıq, xəstəlik və uşaqlarla münasibətlərdən bəhs edən dram janrlı "Ata" ("The Father", 2020) filmindəki roluna görə əldə edib.

Bu, 83 yaşlı E.Hopkinsin üçüncü "Tunc maska"sıdır. Bundan əvvəl, o, "Kölgələr ölkəsi" ("Shadowlands", 1993) və "Quzuların səssizliyi" ("The Silence of the Lambs", 1990) filmləri üzrə bu nüfuzlu mükafata layiq görülmüşdü.

Hopkinsin builki əsas rəqibi "Ma Reyni: blyuzun anası" ("Ma Rainey's Black Bottom", 2020) filmində rol alan və ötən ilin avqustunda 43 yaşında xərçəng xəstəliyindən vəfat edən amerikalı Çedvik Bouzman olub. Mükafata digər namizədlər "Metalın səsi" ("Sound of Metal", 2019) filmindəki roluna görə britaniyalı Riz Ahmed, "Ağ pələng" ("The White Tiger", 2020) filminə görə hindistanlı Adarş Qurav, həmçinin "Sərxoş" ("Drunk", 2020) filminə görə danimarkalı Mads Mikkelsen və "Mavritaniyalı" ("The Mauritanian", 2021) filminə görə fransız Tahar Rahim idi.

Qeyd edək ki, məşhur aktyor bir neçə dəfə "Oscar", "Qızıl qlobus", "Emmi" və s. mükafatları qazanıb.

0
Teqlər:
Entoni Hopkins, aktyor, mükafat, film

Milli Məclisin iclası başlayıb - Hesablama Palatasının illik hesabatı müzakirə ediləcək

31
(Yenilənib 10:24 13.04.2021)
Parlamentin plenar iclasının gündəliyinə ümumilikdə 9 məsələ daxil edilib. İnzibati Xətalar, Əmək məcəllələrinə və digər qanun layihələrinə baxılacaq.

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 13 aprel — Sputnik. Bu gün Milli Məclisin növbəti plenar iclası başlayıb.

Sputnik Azərbaycan xəbər verir ki, iclasın gündəliyinə 9 məsələ daxil edilib.

Həmin məsələlər bunlardır:

1. Hesablama Palatasının illik hesabatı haqqında.

2. "İcra haqqında" qanunda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş).

3. İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (ikinci oxunuş).

4. "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında" qanunda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (ikinci oxunuş).

5. "Veteranlar haqqında" qanunda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (ikinci oxunuş).

6. "Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında" qanunda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (ikinci oxunuş).

7. Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (ikinci oxunuş).

8. "Prokurorluq haqqında" qanunda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).

9. "Prokurorluq orqanlarında qulluq keçmə haqqında" qanunda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).

31