İyirmi yeddi il sonra doğma evinə qayıdan zabitimiz haqqında cizgi filmi çəkilib - VİDEO

© AFP 2023 / SAID KHATIBДети смотрят телевизор, фото из архива
Дети смотрят телевизор, фото из архива - Sputnik Azərbaycan, 1920, 20.03.2021
Abunə olmaq
Sultan Abbasbəyli: "Balaca tamaşaçılarımıza vətənpərvərlik hisslərinin aşılanması üçün cizgi filmlərinin böyük rolu var. İkinci Qarabağ müharibəsi bizim üçün bir şans idi ki, biz bu hadisələri ekranlaşdıraq".

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 20 mart — Sputnik. Cəbrayıl rayonunun işğaldan azad edilmiş Horovlu kəndində çəkilmiş bir fotoşəkil oktyabr ayında sosial şəbəkələrin trendinə çevrilmişdi. Azərbaycan Silahlı Qüvvələrinin Cəbrayıl rayonundan olan mayoru Camal Qəmbərov 7 yaşında məcbur çıxdığı kəndə 27 il sonra zabit kimi qayıtdı. Camal Qəmbərov əsgərlərimizlə bərabər həyətlərini taparaq oradakı nar ağacının yanında şəkil çəkdirmişdi. Hər kəsi duyğulandıran bu hadisə animator Sultan Abbasbəylinin də diqqətini cəlb edib. Animator "Həmən nar ağacı" adlı cizgi filmi haqqında Sputnik Azərbaycan-a danışıb: "Balaca tamaşaçılarımıza vətənpərvərlik hisslərinin aşılanması üçün cizgi filmlərinin böyük rolu var. İkinci Qarabağ müharibəsi bizim üçün bir şans idi ki, biz bu hadisələri ekranlaşdıraq. Kino sahəsi ilə bərabər, biz balaca tamaşaçılarımızı da düşünməliyik".

Animator "Həmən nar ağacı"nı müsabiqə üçün çəkdiyini söyləyir. Gənclər və İdman nazirliyi virtual formatda müsabiqə elan etmişdi. Müsabiqə müharibə və pandemiya mövzusunda idi. Mən həm o müsabiqə üçün, həm də öz vətəndaş borcumu yerinə yetirmək üçün çəkmişəm. Düşünürəm ki, bu tipli cizgi filmlərin davamı gəlməlidir. Balaca tamaşaçılarımız xarici cizgi filmlərinə baxdığı qədər, öz cizgi filmlərimizə də baxsınlar".

Qeyd edək ki, Camal Qəmbərov Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə, "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib.

Xəbər lenti
0