Bakıda sərtləşdirilmiş xüsusi karantin rejimi

Azərbaycan ştammı" da yayıla bilər - Prezidentin köməkçisi

13
(Yenilənib 17:27 19.03.2021)
Prezidentin köməkçisi bildirib ki, "Britaniya ştammı"nın hər hansı bir ölkə tərəfindən qarşısının alınması qeyri-mümkündür.

BAKI, 19 mart — Sputnik. "Test istənilən ştammı müəyyən edir. Ola bilər ki, test verən zaman nəticə neqativ olsun, amma testin cavabından bir gün sonra simptomlar əmələ gəlsin, test müsbət göstərsin".

Sputnik Azərbaycan xəbər verir ki, bunu jurnalistlərə Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib.

Prezidentin köməkçisi bildirib ki, "Britaniya ştammı"nın hər hansı bir ölkə tərəfindən qarşısının alınması qeyri-mümkündür:

"Çünki ştamlar bütün dünyaya yayılır. Necə ilkin ştamm yayılıb, digərləri də yayılacaq. Hətta fantastik bir şey də deyim ki, "Britaniya ştammı"na uyğun olaraq, yerli "Azərbaycan ştammı" da yayıla bilər".

13
Azərbaycanda koronavirus infeksiyasına qarşı vaksinasiya

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

0
Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 758 289, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 418 898 təşkil edir.

BAKI, 12 aprel — Sputnik. Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 100 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 14, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 86 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 1 177 187, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 758 289, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 418 898 təşkil edir.

0

Ordumuzun raket-artilleriya batareyalarının döyüş atışlı taktiki təlimləri başlayıb

4
(Yenilənib 17:41 12.04.2021)
Təlimlərdə əsas səylər gündüz və gecə bölmələrin fasiləsiz idarəedilməsi, onların digər qoşun növləri ilə qarşılıqlı əlaqədə döyüş fəaliyyətinin təşkili üzrə praktiki vərdişlərin təkmilləşdirilməsinə yönəldiləcək.

Müdafiə nazirinin təsdiq etdiyi 2021-ci ilin döyüş hazırlığı planına əsasən Raket və artilleriya qoşunları bölmələrinin döyüş atışlı taktiki təlimləri başlayıb. Bu barədə Sputnik Azərbaycan Müdafiə Nazirliyinə istinadən məlumat verir.

Taktiki təlimlərdə döyüş texnikasının geniş tətbiqi ilə ərazidə nümunəvi döyüş atışları keçiriləcək.

Təlimlərdə əsas səylər Vətən müharibəsində əldə edilən təcrübə nəzərə alınmaqla real döyüş şəraitinə uyğun, gündüz və gecə bölmələrin fasiləsiz idarəedilməsi, onların digər qoşun növləri ilə qarşılıqlı əlaqədə döyüş fəaliyyətinin təşkili üzrə praktiki vərdişlərin təkmilləşdirilməsinə yönəldiləcək.

4