Azərbaycanda koronavirus infeksiyasına qarşı vaksinasiya

Azərbaycanda vaksinasiya yaşı azaldıldı

48
Şahmar Mövsümov deyib ki, Azərbaycanda yaşı 40-dan yuxarı olan şəxslərin koronavirusa qarşı vaksinasiyasına başlanacaq.

BAKI, 19 mart — Sputnik. Martın 22-dən Azərbaycanda yaşı 40-dan yuxarı olan şəxslərin koronavirusa qarşı vaksinasiyasına başlanacaq.

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Adminstrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib.

Prezidentin köməkçisi bildirib ki, ölkədə vaksin çatışmazlığı onlardan asılı olmayan səbəblərdən yaranıb.

"Bu gün Azərbaycan qrafik əsasında CoronaVac vaksinini alır. İndiyə qədər ölkəyə 1 milyon yarıma yaxın vaksin gətirilib", - deyə o, bildirib. 

Prezidentin köməkçisi hər kəsin bayramını təbrik edərək bu il Novruz Bayramının daha fərqli olacağını deyib:

"Bu il Qarabağlı Novruz Bayramı keçirəcəyik. Hər kəsin bayramını təbrik edirəm".

48
Valetta şəhərinə mənzərə, arxiv şəkli

Bu Avropa ölkəsi turistlərə 200 avro ödəyəcək

2
(Yenilənib 23:13 10.04.2021)
"Bu sxem beynəlxalq turizm bərpa olunan vaxt hotellər arasında rəqabətin gücləndirilməsi məqsədi daşıyır", - deyə nazir atdıqları addımın məramını açıqlayıb.

BAKI, 11 aprel — Sputnik. Malta hakimiyyəti ölkədə turizm sahəsini inkişaf etdirmək məqsədilə turistlərə 200 avro pul ödəyəcək. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "Reuters" agentliyi ölkənin Turizm Nazirliyinə istinadla xəbər yayıb. Nazir Kleyton Bartolo bildirib ki, Maltaya gələn əcnəbi turistlər bu pulu yalnız bir şərtlə ala biləcəklər: ölkədə ən az üç gün qalmaqla. Bunun üçün birbaşa yerli hotellərin vasitəsilə otaq bronlaşdırmaq tələb olunur. Bu şərtlərə əməl edənlərə beş ulduzlu hotellər 200, dörd ulduzlular 150, üç ulduzlular isə 100 avro ödəyəcəklər.

Malta arxipelaqındakı Qozo adasındakı hotellərdən nömrə götürənlərə ödənəcək vəsaitin məbləği isə 10 faiz artıq olacaq.

"Bu sxem beynəlxalq turizm bərpa olunan vaxt Malta hotelləri arasında rəqabətin gücləndirilməsi məqsədi daşıyır", - deyə nazir atdıqları addımın məramını açıqlayıb.

Malta hakimiyyəti ölkəyə 35 min turistin gələcəyini gözləyir.

"Reuters"in məlumatına görə, Avropa İttifaqında koronavirusdan ən yüksək vaksinasiya səviyyəsi Maltadadır. Bu ölkədə COVID-19-a yeni yoluxma halı kəskin şəkildə azalıb. Malta hökuməti gediş-gəlişi asanlaşdırmaq üçün Aİ-ni peyvənd pasportu tətbiq etməyə çağırıb.

2
Teqlər:
Avropa, Malta, ödəmə, avro, turist
Meyvə və tərəvəz satışı, arxiv şəkli

Yaz aylarında hansı meyvələrlə immuniteti gücləndirmək olar

2
(Yenilənib 23:55 10.04.2021)
Orqanizmdə dəmir çatmayanda bu vəziyyət atrofik qastrit və miokardiopatiyaya səbəb olur, eyni zamanda, skelet əzələlərinin tonusunu azaldır və yorğunluq hissini artırır.

BAKI, 11 aprel — Sputnik. Dietoloqlar bahar aylarında immuniteti dəstəkləmək və avitaminozdan əziyyət çəkməmək üçün hansı meyvələri yemək lazım gəldiyini açıqlayıblar.

"Meyvələr bizim qida rasionumuzun əsas tərkib hissəsidir. Onların tərkibində çoxlu sayda mikroelementlər və vitaminlər var. Bu, zəngin lif mənbəyi deməkdir, odur ki, meyvələri həmişə menyumuza daxil etməliyik", – deyə dietoloq Oksana Vıdrya rus mətbuatına müsahibəsində bildirib.

Başqa bir dietoloq Olqa Kuznetsova isə qeyd edib ki, yaz avitaminozu zamanı ən təsirli meyvə armuddur. Çünki onun tərkibində çoxlu miqdarda dəmir var. Orqanizmdə dəmir çatmayanda bu vəziyyət atrofik qastrit və miokardiopatiyaya səbəb olur, eyni zamanda, skelet əzələlərinin tonusunu azaldır və yorğunluq hissini artırır.

Eləcə də, B6, K və C vitaminləri ilə zəngin olan nar da immuniteti dəstəkləyir, mərkəzi sinir sisteminin işini, qanı normallaşdırır.

Banan isə tərkibindəki B6 vitamini, manqan və kalium sayəsində vitamin çatışmazlığından qorunmağa kömək edir.

"Əgər banan yeməklə kökəlməkdən ehtiyat edirsinizsə, müəyyən normanı keçməmək məsləhətdir. Məsələn, gün ərzində bir banan yeməyin heç bir ziyanı yoxdur", – bunu isə dietoloq Tamara Kramçeninova deyib.

2
Teqlər:
immunitet, meyvə, yaz, vitamin