Bir çox ölkələr qapanmalara gedir - Prezidentin köməkçisi

© Sputnik / Murad OrujovИсполнительный директор Государственного нефтяного фонда Азербайджана (SOFAZ) Шахмар Мовсумов
Исполнительный директор Государственного нефтяного фонда Азербайджана (SOFAZ) Шахмар Мовсумов - Sputnik Azərbaycan, 1920, 19.03.2021
Abunə olmaq
Şahmar Mövsümov: Azərbaycanda da son zamanlar virusa yoluxma ilə bağlı rəqəmlər artmağa başlayıb. Yumşalmalardan sonra bu, gözlənilən idi.

BAKI, 19 mart — Sputnik. Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqi keçirilir. Sputnik Azərbaycan-ın məlumatına görə, mətbuat konfransında Azərbaycan Prezidentinin köməkçisi Şahmar Mövsümov, "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi"nin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva iştirak edir.

Ş. Mövsümov bildirib ki, hazırda bir çox ölkələrdə virusun növbəti dalğası müşahidə olunur.

"Siz bilirsiniz ki, bir çox ölkələr qapanmalara gedirlər. Azərbaycanda da son zamanlar virusa yoluxma ilə bağlı rəqəmlər artmağa başlayıb. Yumşalmalardan sonra bu, gözlənilən idi. Saylar artdıqca, ölənlərin də sayı artır ki, bu da narahatedici məqamdır", - deyə Ş. Mövsümov bildirib.

Xəbər lenti
0