Azərsu ASC, arxiv şəkli

"Azərsu" bayram günləri gücləndirilmiş rejimdə işləyəcək

12
(Yenilənib 15:18 19.03.2021)
Əhalinin içməli su ilə təchizatında dayanıqlığın təmin olunması məqsədilə qarşıdakı günlərdə qəza xidmətləri fasiləsiz və operativ fəaliyyət göstərəcək. Bayram günlərində planlı təmir və qoşulma işləri həyata keçirilməyəcək.

BAKI, 19 mart — Sputnik. Novruz bayramı ilə əlaqədar qeyri-iş günlərində "Azərsu" Açıq Səhmdar Cəmiyyəti gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. "Azərsu"dan Sputnik Azərbaycan-a verilən məlumata görə, qeyri-iş günlərində mərkəzi idarə aparatında, regional və yerli sukanal idarələri və sahələrində 24 saatlıq növbətçilik sistemi tətbiq ediləcək. Bu məqsədlə "Azərsu" ASC sədrinin müavinləri, department və şöbə rəisləri səviyyəsində növbətçilik cədvəli təsdiq olunub.

Əhalinin içməli su ilə təchizatında dayanıqlığın təmin olunması məqsədilə qarşıdakı günlərdə qəza xidmətləri fasiləsiz və operativ fəaliyyət göstərəcək. Bayram günlərində planlı təmir və qoşulma işləri həyata keçirilməyəcək.

Bayram günlərində "Azərsu" ASC-nin qəza, meterologiya xidmətləri 24 saat fəaliyyət göstərəcək. İçməli su xətlərində qəzaların, tullantı su xətlərində tutulmaların qarşısını almaq, həmçinin sayğaclarda yaranmış nasazlıqları aradan qaldırmaq üçün bütün zəruri tədbirlər görüləcək.

İstehlakçılardan xahiş olunur, içməli su təchizatı və kanalizasiya xidmətlərində yaranacaq problemlərlə əlaqədar "Azərsu" ASC-nin 955 Zəng Mərkəzinə müraciət etsinlər. Eyni zamanda vətəndaşlar (055) 209-95-59 votsap nömrəsi və facebook.com sosial şəbəkəsi vasitəsi ilə də müraciətlərini ünvanlaya bilərlər. Abonentlərdən daxil olan bütün müraciətlər operativ qaydada qəbul edilib aidiyyəti üzrə yönləndiriləcək.

Bayram və qeyri-iş günlərində əhalinin içməli su ilə təchizatında dayanıqlığın təmin olunması məqsədilə bütün təşkilatı və texniki tədbirlər görüləcək.

12
ABŞ prezidneti Co Bayden, arxiv şəkli

Baydenlə Putinin görüşü yaxın həftələrdə baş tuta bilər

2
"Biz Rusiya ilə stabil və təxmin edilən münasibətləri üstün tuturuq. Bu, öz növbəsində kommunikasiya xətlərinin açıq olmasını tələb edir ki, biz baxışlarımız, siyasət, Rusiyanın hərəkətlərinə qarşı etirazımız barədə aydın danışa bilək" - Blinken.

BAKI, 15 aprel - Sputnik. ABŞ Prezidenti Cozef Bayden rusiyalı həmkarı Vladimir Putinə "yaxın həftələrdə" görüşməyi təklif edib.

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu ABŞ dövlət katibi Entoni Blinken deyib. Bir qədər öncə isə Ağ Ev görüşün yaxın bir neçə ay ərzində baş tuta biləcəyini bildirmişdi.

​"Biz Rusiya ilə stabil və təxmin edilən münasibətləri üstün tuturuq. Bu, öz növbəsində kommunikasiya xətlərinin açıq olmasını tələb edir ki, biz baxışlarımız, siyasət, Rusiyanın hərəkətlərinə qarşı etirazımız barədə aydın danışa bilək. Bu, yanlışlardan qaçmaq üçün vacibdir. Bunu da siz dünən gördünüz: Bayden prezident Putinə zəng vuraraq yaxın həftələrdə görüşməyi təklif etdi", - Blinken Brüsseldə təşkil olunmuş mətbuat konfransında deyib.

2
Teqlər:
görüş, Cozef Bayden, Vladimir Putin
ABŞ-ın Hərbi Dəniz Qüvvələrinə məxsus Ross esminetsi Bosfor boğazında

Qara dənizdə baş verir? ABŞ Türkiyəyə xəbərdarlığını geri götürdü

6
"Bəli, ABŞ səfirliyi bizim nazirliyi bu barədə məlumatlandırıb", - gəmilərin keçidinin təxirə salınması barədə suala cavabında XİN əməkdaşı bildirib.

BAKI, 15 aprel - Sputnik. ABŞ-ın Ankaradakı səfirliyi özlərinin iki hərbi gəmisinin Bosfor boğazı vasitəsilə Qara dənizə keçməyəcəyi barədə Türkiyəni məlumatlandırıb.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən məlumat verilib.

Qeyd edək ki, bundan öncə Türkiyə XİN-dəki mənbə RİA Novosti-yə bildirmişdi ki, Vaşinqton Ankaraya iki hərbi gəmisinin Bosfor boğazı vasitəsilə Qara dənizə keçəcəyi və aprelin 14-15-dən mayın 4-5-dək orada qalacağı barədə xəbərdarlıq etmişdi. Pentaqonun rəsmi nümayəndəsi Con Kirbinin sözlərinə görə, Amerika hərbi gəmilərinin Qara dənizdəki əməliyyatları "rutin xarakter" daşıyır və ABŞ bu fəaliyyəti Türkiyə hökuməti ilə Montrö razılaşması çərçivəsində gerçəkləşdirir. 

"Bəli, ABŞ səfirliyi bizim nazirliyi bu barədə məlumatlandırıb", - gəmilərin keçidinin təxirə salınması barədə suala cavabında XİN əməkdaşı bildirib.

 

6
Teqlər:
təxirə salınmaq, keçid, hərbi gəmi, Qara dəniz, ABŞ, Türkiyə