BAKI, 19 mart — Sputnik. Azərbaycanda səfərdə olan Türkiyənin kənd təsərrüfatı və meşə naziri Bəkir Pakdəmirli ölkəmizin işğaldan azad olunmuş ərazilərinə səfər edib. Nazir səfər təəssüratını jurnalistlərlə bölüşüb.
Sputnik Azərbaycan "Modern.az" saytına istinadla xəbər verir ki, türkiyəli nazir Qarabağda qazandığımız qələbə münasibətilə Azərbaycanı təbrik edib, işğaldan azad olunmuş bölgələrdə aqrar sahənin inkişafı üçün Türkiyənin bütün istiqamətlərdə ölkəmizə dəstək olacağını bildirib.
Söhbət zamanı nazir Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın yaxın zamanlarda Azərbaycana səfər gələcəyini də qeyd edib.
Xatırladaq ki, Ərdoğan sonuncu dəfə Azərbaycana dekabrın 10-da rəsmi səfər edib. Türkiyə prezidenti həmin gün Azərbaycanın dövlət başçısı İlham Əliyevlə birgə "Azadlıq" meydanında keçirilən Qələbə paradında iştirak edib.
BAKI, 15 aprel - Sputnik. ABŞ Prezidenti Cozef Bayden rusiyalı həmkarı Vladimir Putinə "yaxın həftələrdə" görüşməyi təklif edib.
Sputnik Azərbaycan-ın məlumatına görə, bunu ABŞ dövlət katibi Entoni Blinken deyib. Bir qədər öncə isə Ağ Ev görüşün yaxın bir neçə ay ərzində baş tuta biləcəyini bildirmişdi.
RUSSIA: Jen Psaki jokes with a reporter about a possible meeting between President Biden and Vladimir Putin pic.twitter.com/6HpEEiaPCA
— Forbes (@Forbes) April 13, 2021
"Biz Rusiya ilə stabil və təxmin edilən münasibətləri üstün tuturuq. Bu, öz növbəsində kommunikasiya xətlərinin açıq olmasını tələb edir ki, biz baxışlarımız, siyasət, Rusiyanın hərəkətlərinə qarşı etirazımız barədə aydın danışa bilək. Bu, yanlışlardan qaçmaq üçün vacibdir. Bunu da siz dünən gördünüz: Bayden prezident Putinə zəng vuraraq yaxın həftələrdə görüşməyi təklif etdi", - Blinken Brüsseldə təşkil olunmuş mətbuat konfransında deyib.
BAKI, 15 aprel - Sputnik. ABŞ-ın Ankaradakı səfirliyi özlərinin iki hərbi gəmisinin Bosfor boğazı vasitəsilə Qara dənizə keçməyəcəyi barədə Türkiyəni məlumatlandırıb.
Sputnik Azərbaycan bildirir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən məlumat verilib.
Qeyd edək ki, bundan öncə Türkiyə XİN-dəki mənbə RİA Novosti-yə bildirmişdi ki, Vaşinqton Ankaraya iki hərbi gəmisinin Bosfor boğazı vasitəsilə Qara dənizə keçəcəyi və aprelin 14-15-dən mayın 4-5-dək orada qalacağı barədə xəbərdarlıq etmişdi. Pentaqonun rəsmi nümayəndəsi Con Kirbinin sözlərinə görə, Amerika hərbi gəmilərinin Qara dənizdəki əməliyyatları "rutin xarakter" daşıyır və ABŞ bu fəaliyyəti Türkiyə hökuməti ilə Montrö razılaşması çərçivəsində gerçəkləşdirir.
"Bəli, ABŞ səfirliyi bizim nazirliyi bu barədə məlumatlandırıb", - gəmilərin keçidinin təxirə salınması barədə suala cavabında XİN əməkdaşı bildirib.