BAKI, 19 mart — Sputnik. ABŞ-ın eks-prezidenti Donald Trampın onunla eyni adı daşıyan oğlu Ağ Evin Rusiya prezidenti Vladimir Putinin teledebat təklifindən imtinasından sonra bəyan edib ki, hazırda ABŞ-da lider yoxdur, sadəcə içi boş kostyum və telesuflyor var.
"Putin Co Baydeni əvvəldən hazırlanmış mətn olmadan birbaşa efirdə debata çağırdı. Ancaq bütün dünya bilir ki, bizim başımızda bir lider yoxdur, yalnız işi boş kostyum və telesuflyor var", – deyə Donald Tramp (oğul) öz Twitter hesabında yazıb.
Qeyd edək ki, bu günlərdə ABŞ prezidenti Co Baydenin Rusiya prezidenti Vladimir Putinlə bağlı söylədiyi fikirlər bütün dünyada böyük əks-səda doğurub.
Bayden bildirmişdi ki, Vladimir Putin seçkilərə müdaxilə ilə bağlı cavab verməli olacaq. KİV-də, həmçinin qeyd olunmuşdu ki, ABŞ prezidenti ABC telekanalına müsahibəsində Rusiya liderini qatil adlandırıb. Buna cavab olaraq, Putin Baydenə sağlamlıq arzulayıb və onu canlı yayımda teledebata çağırıb.
BAKI, 19 aprel — Sputnik. Ermənistanda koronavirusa yoluxanların sayı 208818-ə çatıb. Sputnik Ermənistan xəbər verir ki, bu barədə Ermənistanın Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Milli Mərkəzinin yaydığı məlumatda bildirilib.
Məlumatda qeyd olunub ki, bir gündə bu virusa yoluxanların sayı daha 298 nəfər artıb.
Ermənistanda son gündə daha 17 nəfər ölüb. Ümumilikdə bu virusdan ölənlərin sayı 3895-ə, sağalanların sayı isə 189017-yə çatıb. Hazırda bu ölkədə 14924 nəfər xəstəxanada müalicə alır.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 141,4 milyonu keçib, 3 milyondan çox adam isə virus səbəbi ilə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.
BAKI, 19 aprel — Sputnik. Son bir sutka ərzində Rusiyada 8589 koronavirusa yeni yoluxma halı aşkarlanıb. Sputnik Azərbaycan Rusiya Operativ Qərargahına istinadən xəbər verir ki, bir gün ərzində qonşu ölkədə 346 nəfər ölüb.
Ümumilikdə, Rusiyada bu xəstəliyə yoluxanların sayı 4710690-a çatıb. Rusiyada pandemiya yayılandan 105928 nəfər COVID-19-dan vəfat edib. Ölkədə bu virusdan sağalanların sayı 4310557-yə çatıb.