Kişi yeni evinə baxır, arxiv şəkli

Güzəştli mənzillərin qiyməti açıqlandı

776
(Yenilənib 12:01 19.03.2021)
Bu elan çərçivəsində mənzillərin satışı həm ipoteka kreditindən istifadə etməklə, həm də öz vəsaiti hesabına ödəniş üsulu ilə nəzərdə tutulub.

BAKI, 19 mart — Sputnik. Xəbər verdiyimiz kimi, 21 aprel 2021-ci il tarixində saat 11:00-dan etibarən Hövsan Yaşayış Kompleksində ümumilikdə 503 mənzilin satışı başlayacaq. Sputnik Azərbaycan Mənzil İnşaatı Dövlət Agentliyinə istinadən xəbərinə görə, mənzillərin qiyməti 32 mindən 57 min arasında dəyişilir.

Otaq sayına görə mənzillərin qiyməti isə belə dəyişilir:

1 otaqlı mənzillərin qiyməti – 32 130 manatdan,

2 otaqlı mənzillərin qiyməti – 42 415 manatdan,

3 otaqlı mənzillərin qiyməti – 57 120 manatdan başlayır.

Satışa çıxarılan mənzillərin kvadratı isə 37-67 kvadrat arasında dəyişilir.

Onu da qeyd edək ki, bu elan çərçivəsində mənzillərin satışı həm ipoteka kreditindən istifadə etməklə, həm də öz vəsaiti hesabına ödəniş üsulu ilə nəzərdə tutulub.

Qeyd edək ki, mənzil satışı 30 aprel 2021-ci il tarixi saat 11:00-dək davam edəcək.

 

776
PPX avtomobili

Daha iki koronavirus xəstəsinə cinayət işi açılıb

2
Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə 2 nəfər barəsində cinayət işi başlanılıb.

BAKI, 12 aprel — Sputnik. Daxili işlər orqanlarının əməkdaşları tərəfindən şənbə və bazar günlərində respublika ərazisində 17 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Polis əməkdaşları onlarla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadıqları evə qaytarıb, bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.

Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə 2 nəfər barəsində cinayət işi başlanılıb.

Hazırda istintaq araşdırmaları davam etdirilir.

"Bir daha vətəndaşlarımızdan koronavirusla əlaqədar tətbiq edilmiş xüsusi karantin rejimindən irəli gələn bütün tələb və qadağalara ciddi riayət etmələrini xahiş edirik", - Mətbuat xidmətindən bildirilib.

2
Kosmos

Rəşad Nəbiyev: "Azərbaycan dünya kosmik sənayesinin üzvünə çevrilib"

2
"Peyklərimiz dünya kosmik ailəsində layiqli yerimizi təmin edib", - rabitə və yüksək texnologiyalar naziri qeyd edib.

BAKI, 12 aprel — Sputnik. "Bu gün insanın kosmosa ilk uçuşundan 60 il ötür".

Sputnik Azərbaycan xəbər verir ki, bunu nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev bildirib.

"Çox sevinirəm ki, Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan dünya kosmik sənayesinin üzvünə çevrilib. Peyklərimiz dünya kosmik ailəsində layiqli yerimizi təmin edib", - Rəşad Nəbiyev qeyd edib.

2