Koronavirus xəstəsi

COVID-19-dan ölüm riskini dörd dəfə artıran amil açıqlandı

581
(Yenilənib 18:12 19.03.2021)
Tədqiqatın müəllifləri Böyük Britaniyanın "Biobank"ından götürülmüş 412 mindən çox insanın göstəricilərini təhlil ediblər.

BAKI, 19 mart — Sputnik. Yavaş yeriyən insanların sürətli yeriyənlərə nisbətən COVID-19-dan ölmə "şansı" dörd dəfə çoxdur. Bu barədə RİA Novosti "The Daily Mail"-ə istinadla məlumat yayıb. Sözügedən nəticəyə Lester Universiteti alimlərinin araşdırmasından sonra gəlinib.

Tədqiqatın müəllifləri Böyük Britaniyanın "Biobank"ından (Krallığın 40-69 yaş arası yarım milyon vətəndaşının tibbi və genetik məlumat bazası) götürülmüş 412 mindən çox insanın göstəricilərini təhlil ediblər. Bu zaman COVID-19-la insanların çəkisi və yeriş tempi arasındakı əlaqəyə diqqət yetirilib.

Mütəxəssislər müəyyənləşdiriblər ki, yavaş yeriyən insanlar koronovirusdan 3,75 dəfə daha tez dünyasını dəyişir. Bundan başqa, çəkisi normal olub yavaş yeriyən insanların COVID-19-u ağır formada keçirmə riski artıq çəkidən əziyyət çəkən, ancaq sürətli addımlarla yeriyənlərə görə daha böyükdür.

Alimlər bunu yüksək templə yeriyənlərin ürək-damar sisteminin daha sağlam olması ilə izah edirlər ki, bu amil də xəstəliyin gedişatına öz təsirini göstərir. Bununla belə, tədqiqatçılar etiraf ediblər ki, əldə olunan nəticənin dəqiq səbəbini müəyyənləşdirmək mümkün olmayıb.

581
Teqlər:
Koronavirus, epidemiya, COVID-19
Xadimə hoteldə hamam otağını təmizləyir, arxiv şəkli

Azərbaycanda pandemiya ocaqları: Birgünlük kirayə evlərdə vəziyyət necədir

12
(Yenilənib 23:22 19.04.2021)
"Böyük bir həyətdə sol və sağı tək otaqlarla dolu olan evlər var ki, bunlar fəhlələrə bir günlük kirayəyə verilir. Fəhlələr günü 1 manata belə evlərdə qalırlar. Onların mətbəxləri, hamamları isə ümumi olur" - Ədalət Rüstəm.

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 20 aprel — Sputnik. Bu günlərdə Türkiyədə birgünlük kirayə verilən evlərdə koronavirus pandemiyası ilə mübarizə çərçivəsində reyd keçirilib. Səbəb pandemiyanın geniş yayıldığı şəraitdə belə evlərdə sanitar-gigiyenik tələblərə əməl edilməməsidir. 

Azərbaycanda da birgünlük kirayə evlər var. Bu evlərin qiyməti 3 manatdan başlayır. 3, 10, 15-35 manat arasında da birgünlük kirayə evlər tapmaq mümkündür.

Bəs, görəsən bu evlərdə sanitar-gigiyenik tələblər gözlənilirmi?

Sputnik Azərbaycan belə evlərin sahibləri və maklerlərlə əlaqə saxlayıb. Onlar bu evlərin vaxtaşırı dezinfeksiya edildiyini iddia ediblər. Lakin məsələnin gerçəkdə necə olduğunu heç kəs bilmir. 

Millət vəkili Aydın Mirzəzadə Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, Türkiyədə baş verən bu hadisə çox maraqlı təcrübədir və Azərbaycan üçün də aktualdır. Deputataın fikrincə, bu istiqamətdə böyük təbliğat işi aparılmalıdır. Çünki belə vəziyyətdə evini kirayəyə verən sahiblərin də yoluxma təhlükəsi var. 

"Daxili İşlər Nazirliyinə belə yerlərə vaxtaşırı reyd keçirmə icazəsi verilməlidir. DİN və vergi orqanları ilə birgə reydlər keçirilə bilər", - deyə o, əlavə edib.

Azərbaycan Tibb Universitetinin dosenti Ədalət Rüstəm isə əməkdaşımıza birgünlük evlərin təhlükəsindən danışarkən deyib: ""Böyük bir həyətdə sol və sağı tək otaqlarla dolu olan evlər var ki, bunlar fəhlələrə bir günlük kirayəyə verilir. Fəhlələr günü 1 manata belə evlərdə qalırlar. Onların mətbəxləri, hamamları isə ümumi olur. Təsəvvür edin, biri 3-5 gün fəhlə işləyib o evi tərk edəndən sonra bir başqa fəhlə həmin evdə kirayədə qalır. COVID-19-dan öncə də belə evlər var idi. Bu evlər infeksiya mənbəyidir və orada yoluxma ehtimalı yüksəkdir. Polis tərəfindən əməliyyat keçirilərək cəzalandırma tədbirlərinin görülməsi normal haldır".

Əli Rüstəmin sözlərinə gröə, Nəsimi bazarı, Biləcəri tərəfdə də belə evlər var: "Bir həyətdə 30 ailə yaşayır. Təbii ki, bu evlər, ərazilər infeksiya mənbəyidir. Virusun yayılmasında belə evlərin də rolu var".

Azərbaycanın hüquq-mühafizə orqanları isə hələlik belə müvəqqəti yaşayış yerlərində reyd keçirmək barədə fikirləşmirlər. "Bu barədə yuxarıdan hər hansı əmr və ya təlimat gəlməyib. Gəlsə, təbii ki, reyd keçiriləcək və sanitar-gigiyenik qaydaları pozanlar cəzalandırılacaq", - deyə paytaxt polisindən bildiriblər. 

12

Qafqazın qədim elm mərkəzi: Gürcüstanın Gelati monastırı

7
(Yenilənib 23:25 19.04.2021)
Gürcüstan yalnız dadlı milli yeməkləri və şərabları, füsunkar təbiəti və qonaqpərvər insanları ilə deyil, həm də saysız-hesabsız məbədləri, kilsələri və monastırları ilə məşhurdur. Onlardan biri də zəngin tarixə malik Gelati monastırıdır.

Əzəmətli Gelati monastır kompleksi təpənin üzərində inşa edilib və Gürcüstanın İmereti bölgəsinin mərkəzi Kutaisi şəhərindən 11 km uzaqlıqda yerləşir. Monastırın inşasına 1106-cı ildə daha çox Qurucu David kimi tanınan gürcü çarı David Aqmaşenebelinin əmri ilə başlanılıb.

Bu monastırdan başqa, David burada sonradan təhsil, elm və fəlsəfi düşüncə mərkəzinə çevrilən Gelati Akademiyasının da əsasını qoyub və bununla da bölgənin, eləcə də, bütövlükdə ölkənin inkişafına böyük töhfə verib. Akademiya ən görkəmli filosof və ilahiyyatçıların əsərlərinin saxlanıldığı, Gürcüstanın hüdudlarından çox-çox kənarda da şöhrət tapmış zəngin kitabxanaya malik olub.

Çar David də elə bu monastırda dəfn olunub. Vəsiyyətinə əsasən, qəbri məhz monastır tağının altında qazılıb ki, buraya daxil olanlar onun məzar daşının üstünə ayaq bassınlar. Zaman keçdikcə monastır yeni kilsələr və tikililərlə genişləndirilib.

Gelati monastırının ən maraqlı yerlərindən biri də freskalar və mozaikalardır. Onlar müxtəlif dövrlərdə fərqli insanlar tərəfindən düzəldilib. Freskaların bir hissəsi 1125-ci ilə aiddir. Mehrabın apsidasında Müqəddəs Nikopiyanın təsvir olunduğu mozaika da həmin dövrə aiddir. Ancaq mozaikanın aşağı hissəsi dövrümüzə qədər gəlib çatmadığından sonradan freskalarla əvəz olunub. Eləcə də freskalarda çar Davidin nadir təsvirlərindən bir neçəsi öz əksini tapıb.

Hazırda Gelati monastır kompleksi Gürcüstanın ən çox maraq doğuran turizm məkanlarından biridir ki, bu da təəccüblü deyil. Çünki monastır dövrümüzə qədər mükəmməl şəkildə qorunub saxlanılıb. Gelati monastırı UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilib.

7
  • © Sputnik / Murad Orujov

    Gürcüstanda Kutaisidən 11 km aralıda yerləşən Gelati monastırı.