Türkiyənin Müdafiə naziri Hulusi Akar, arxiv şəkli

Hulusi Akar: "Silahlı Qüvvələrimiz Qarabağda qardaşlarımıza dəstək olur"

16
(Yenilənib 12:51 18.03.2021)
Türkiyə ordusu bütün bu fəaliyyətləri ilə yanaşı BMT, NATO, ATƏT və Avropa İttifaqı çərçivəsində üzərinə götürdüyü öhdəlikləri ilə də bir çox coğrafiyada, regional, beynəlxalq sülh və sabitliyə qatqı verməyə davam etdirməkdədir.

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 18 mart — Sputnik. "Türkiyə Silahlı Qüvvələri cənab Prezidentimizin başçılığı ilə Suriyada, İraqın şimalında, Aralıq dənizinin şərq hissəsində millətimizin haqq, mənafe və maraqlarını qoruyarkən eyni zamanda Liviyada və Qarabağda qardaşlarımıza dəstək olmaqdadır". Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Naziri Hulusi Akarın 18 mart şəhidlər günü ilə bağlı yayımlanan açıqlamasında bildirilib.

"Dünən vətənimizi işğal etməyə cəhd edənlər qarşısında qanının son damlasına qədər çarpışan Mehmetçik; bu gün də eyni ruhla vətən torpaqlarımızın, mavi vətənimizin, səmalarımızın və 84 milyon vətəndaşımızın təhlükəsizliyinə istiqamətlənən başda FETÖ, PKK/YPG və İŞİD olmaq üzrə hər cürə təhdid və təhlükəyə qarşı əzim və qərarlılıqla mübarizəsini davam etdirməkdədir", - deyə Akar qeyd edib.

O, həmçinin vurğulayıb ki, şanlı Türkiyə ordusu bütün bu fəaliyyətləri ilə yanaşı BMT, NATO, ATƏT və Avropa İttifaqı çərçivəsində üzərinə götürdüyü öhdəlikləri ilə də bir çox coğrafiyada, regional, beynəlxalq sülh və sabitliyə qatqı verməyə davam etdirməkdədir.

16
ABŞ prezidneti Co Bayden, arxiv şəkli

Baydenlə Putinin görüşü yaxın həftələrdə baş tuta bilər

4
"Biz Rusiya ilə stabil və təxmin edilən münasibətləri üstün tuturuq. Bu, öz növbəsində kommunikasiya xətlərinin açıq olmasını tələb edir ki, biz baxışlarımız, siyasət, Rusiyanın hərəkətlərinə qarşı etirazımız barədə aydın danışa bilək" - Blinken.

BAKI, 15 aprel - Sputnik. ABŞ Prezidenti Cozef Bayden rusiyalı həmkarı Vladimir Putinə "yaxın həftələrdə" görüşməyi təklif edib.

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu ABŞ dövlət katibi Entoni Blinken deyib. Bir qədər öncə isə Ağ Ev görüşün yaxın bir neçə ay ərzində baş tuta biləcəyini bildirmişdi.

​"Biz Rusiya ilə stabil və təxmin edilən münasibətləri üstün tuturuq. Bu, öz növbəsində kommunikasiya xətlərinin açıq olmasını tələb edir ki, biz baxışlarımız, siyasət, Rusiyanın hərəkətlərinə qarşı etirazımız barədə aydın danışa bilək. Bu, yanlışlardan qaçmaq üçün vacibdir. Bunu da siz dünən gördünüz: Bayden prezident Putinə zəng vuraraq yaxın həftələrdə görüşməyi təklif etdi", - Blinken Brüsseldə təşkil olunmuş mətbuat konfransında deyib.

4
Teqlər:
görüş, Cozef Bayden, Vladimir Putin
ABŞ-ın Hərbi Dəniz Qüvvələrinə məxsus Ross esminetsi Bosfor boğazında

Qara dənizdə baş verir? ABŞ Türkiyəyə xəbərdarlığını geri götürdü

11
"Bəli, ABŞ səfirliyi bizim nazirliyi bu barədə məlumatlandırıb", - gəmilərin keçidinin təxirə salınması barədə suala cavabında XİN əməkdaşı bildirib.

BAKI, 15 aprel - Sputnik. ABŞ-ın Ankaradakı səfirliyi özlərinin iki hərbi gəmisinin Bosfor boğazı vasitəsilə Qara dənizə keçməyəcəyi barədə Türkiyəni məlumatlandırıb.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən məlumat verilib.

Qeyd edək ki, bundan öncə Türkiyə XİN-dəki mənbə RİA Novosti-yə bildirmişdi ki, Vaşinqton Ankaraya iki hərbi gəmisinin Bosfor boğazı vasitəsilə Qara dənizə keçəcəyi və aprelin 14-15-dən mayın 4-5-dək orada qalacağı barədə xəbərdarlıq etmişdi. Pentaqonun rəsmi nümayəndəsi Con Kirbinin sözlərinə görə, Amerika hərbi gəmilərinin Qara dənizdəki əməliyyatları "rutin xarakter" daşıyır və ABŞ bu fəaliyyəti Türkiyə hökuməti ilə Montrö razılaşması çərçivəsində gerçəkləşdirir. 

"Bəli, ABŞ səfirliyi bizim nazirliyi bu barədə məlumatlandırıb", - gəmilərin keçidinin təxirə salınması barədə suala cavabında XİN əməkdaşı bildirib.

 

11
Teqlər:
təxirə salınmaq, keçid, hərbi gəmi, Qara dəniz, ABŞ, Türkiyə