Prezident Rus Dram Teatrının əməkdaşlarını təltif edib onlara fəxri adlar verib

144
(Yenilənib 23:39 17.03.2021)
Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının 100 illiyi münasibətilə Azərbaycanda teatr sənətinin inkişafında xidmətlərinə görə Teatrın əməkdaşlarıı təltif edilib və onlara fəxri adlar verilib.

BAKI, 17 mart - Sputnik. Prezident İlham Əliyev Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrı əməkdaşlarının təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sputnik Azərbaycan xəbər verir ki, sərəncama əsasən, Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının 100 illiyi münasibətilə Azərbaycanda teatr sənətinin inkişafında xidmətlərinə görə Teatrın aşağıdakı əməkdaşları təltif ediliblər:

3-cü dərəcəli “Əmək” ordeni ilə

Baliyeva Natalya Gennadyevna

Əmirbəyova Rita Cəmil qızı

“Tərəqqi” medalı ilə

Lerman Viktoriya Anatolyevna

Rudıçev Nikolay Nikolayeviç

Saprıkina Lyudmila Qennadiyevna. 

Prezident İlham Əliyev həmçinin Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının əməkdaşlarına fəxri adların verilməsi haqqında da sərəncam imzalayıb.

Sərəncama əsasən, Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının 100 illiyi münasibətilə Azərbaycanda teatr sənətinin inkişafında xidmətlərinə görə Teatrın aşağıdakı əməkdaşlarına Azərbaycan Respublikasının fəxri adları verilib:

“Xalq artisti”

Osmanov Fuad Tacəddin oğlu

“Əməkdar artist”

 Ağayeva Həcər Maqsud qızı

Dubovitskaya Mariya Aleksandrovna

Əmirbəyov Oleq Arnoldoviç

Hacıyeva Natavan Nizami qızı

İmranova İnna Aleksandrovna

Klimaşeva Bella Vladislavovna

Məmmədov Murad Məmməd oğlu

Omelçenko Yuri Vladimiroviç

Rəhimov Teymur Əsgər oğlu

Sokolenko Milana Aleksandrovna

 “Əməkdar mədəniyyət işçisi”

Məmmədov İlham Əli İslam oğlu. 

144
FTX

FTX Ukraynanın Peterburqdakı konsulunu saxlayıb

2
(Yenilənib 15:58 17.04.2021)
Ukrayna xarici işlər nazirliyi isə yaxın vaxtlarda konsulun Vətənə qaytarılması məsələsinin həll ediləcəyini bəyan edib

BAKI, 17 aprel — Sputnik. Ukraynanın Peterburqdakı konsulu Aleksandr Sosonyuk rusiyalı bir şəxsdən "qapalı" məlumatlar alarkən yaxalanıb. Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir ki, söhbət güc nazirliklərinin informasiya bazasına daxil olan məlumatlardan gedir.

"Hazırda o Ukraynanın diplomatik nümayəndəliyindədir. Yaxalanmanın təfərrüatları araşdırılır. Mövcud təcrübə və qarşılıqlılıq prinsipi əsasında Ukrayna tərəfi cavab hazırlayır", - deyə Ukrayna XİN mətbuat katibi Oleq Nikolayenko bildirib.

Federal təhükəsizlik xidmətinin (FTX) məlumatında qeyd olunur ki, Sosonyukun fəaliyyəti "Rusiyaya qarşı düşmənçilik xarakterlidir və diplomatik işçi statusu ilə bir araya sığmır". O uzun illərdir ki Rusiyada çalışıb: Ukraynanın Peterburqdakı konsulluğununu internet saytında onun 2012-ci ilin oktyabrından burada işləməsi barədə qeyd var.

FTX məlumatında o da qeyd olunur ki, Sosonyuk beynəlxalq hüquq normalarına uyğun olaraq cəzalandırılacaq.

Rusiya prezidenti yanında millətlərarası münasibətlər şurasının rəyasət heyətinin üzvü Boqdan Bespalkonun qənaətinə görə, konsul Rusiyadan qovula bilər. O həmçinin Sankt-Peterburqdakı konsulluğun ümumiyyətlə bağlanmasını da istisna etməyib.

Ukrayna xarici işlər nazirliyi isə yaxın vaxtlarda konsulun Vətənə qaytarılması məsələsinin həll ediləcəyini bəyan edib.

"Yaxın vaxtlarda biz onun Vətənə qaytarılması məsələsini həll edəcəyik. Bizim diplomatımızın Rusiya hüquq-mühafizə orqanlarının onun haqqında iddia etdiyi hərəkətlərlə heç bir əlaqəsi yoxdur", -deyə Ukrayna xarici işlər nazirinin müavini Yevgeni Yenin bildirib.

Xatırladaq ki, diplomatlar çalışdıqları ölkələrdə toxunulmazlıq statusuna malik olurlar. Eyni zamanda Vyana konvensiyası diplomatik nümayəndələrin qanunları pozduğu və ya düşmənçilik xarakterli hərəkətlərə yol verdiyi təqdirdə olduqları dövlətin onları ölkədə qalmaq hüququndan məhrum etməsini də nəzərdə tutur.

2

Bizə heç kim çata bilməz! Zürafə Lipa yazın gəlişinə necə sevinir VİDEO

5
(Yenilənib 12:03 16.04.2021)
Moskva Zooparkının keniyalı sakini zürafə Lipa baharın gəlişinə, artıq açıq havaya çıxa bildiyinə sevinərək volyerin ətrafında dövrə vurur. Videomuzu izləyin.

Kadrlarda zürafənin bahar günəşindən ləzzət alaraq zebra ilə birlikdə meydançada necə qaçışdığı əks olunur.

Moskva Zooparkının mətbuat xidmətindən bildiriblər ki, Lipa çox sürətli qaçır. Onu da əlavə ediblər ki, ümumiyyətlə, təbiətdə zürafələrin sürəti saatda 60 kilometrə qədər çata bilər.

5